Məhkəmə qərarları › İş №e-2-1(112)-8562/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8562/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8562/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin direktoru X7 və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişlərinin qaytarılması barədə qərar və rəyin verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə mürciət edərək cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə səhv hesablanmış və cavabdeh tərəfindən iddiaçıdan tutulmuş 10048,85 manat idxal gömrük rüsumunun geri ödənilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra iddia tələbi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə 9552,30 (doqquz min beş yüz əlli iki manat otuz qəpik) manat idxal gömrük ödənişlərinin qaytarılması üzrə qərarın verilməsi və rəyin tərtib edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyinin qoyulması kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, “Geongineering"' MMC-nin ünvanına APXAZ220615 nömrəli xx.xx.2022-ci il tarixli invoysla yük (yeni pnevmatik rezin şinlər) idxal olunmuşdur. Həmin yüklər Azarbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrali Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyatin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri va ixrac gömrük rüsumlarının dərəcələri" asasında xarici iqtisadi fəaliyyatin mal nomenklaturası (bundan sonra XİF MN) üzrə 4011 80 000 0 alt yarımmövqeyində (tikintidə, mədənçilikdə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələri və maşınlar üçün yeni pnevmatik rezin şinlər) təsnifləşdirilməli və 0% ilə gömrük rüsumu hesablanmalı idi. Lakin səhvən XİF MN üzrə 4011 90 000 0 alt yarımmövqeyində təsnifləşdirilmiş və 15% idxal gömrük rüsumu hesablanaraq iddiaçıdan rüsumun ödənilməsi tələb edilmiş, əks halda idxal olunmuş şinlərin iddiaçıya verilməyəcəyi bildirilmişdir. Cavabdehlə uzun surən yazışmalar və şifahi danışıqlar heç bir nəticə vermədiyindən iddiaçının öhdəliyi əsasında icra etməli olduğu layihələr üzrə işlərin dayanmaması, habelə iddiaçıya daha böyük zərər dəyməməsi üçün həmin məbləğ, yəni xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən rüsüm ödənilmişdir. İddiaçı rüsumu ödədiyinə baxmayaraq, bu mübahisəni məhkəmə qaydasındahəlletmək hüququnu özündə saxlayır. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə X6 İdarəsinə müraciət olunmuş və vergi ödənişinin nə üçün tətbiq edilməsinə dair sorğu ünvanlanmışdır. Bu sorğuya cavab olaraq X6 İdarəsi tərəfindən 03 fevral 2023-cü il tarixdə cavab məktubu verilmiş və məktubda bildirilmişdir ki, Ekspetizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına APXAZ220615 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunan yük mədənçilikdə və ya sənayedə istifadə edilən nəqliyyat vasitəsinəaid deyil, məhz geofiziki tədqiqatlar zamanı istifadə olunan “NOMAD65 NEO markalı seysmik vibrasiya maşım üçün nəzərdə tutulmuş “ATLAPEX” markalı ölçüləri 66x43.00-25 20PR olan yeni pnevmatik rezin şinlərdir”. Bu cavabdan da göründüyü kimi, bu rezin şinlər məhs GEOFİZİKİ TƏHQİQATLAR zamanı istifadə edilir. Belə olan halda, cavabdeh bu şinlərin geofiziki tədqiqatlar keçirilməsi məqsədilə istifadə olunmasını qəbul edir. Əgər bu ifadənin elmi dildə təriinə baxsaq, Geofizika dedikdə — Yerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənən elm kimi başa düşülür. Həmçinin, Geoloji təyinatlı geofizika (kəşfiyyat geofizikası) əsas obyekti bərk Yerin ən üst hissələri olub, yer qabığının öyrənilməsi, faydalı qazıntıların axtarışı və kəşfiyyatı, hidrogeoloji və mühəndis-geoloji məsələlərin öyrənilməsində geologiya elmi ilə qovuşur. Bu elmi tərifdən də göründüyü kimi, geofiziki tədqiqatlar dedikdə məhs yer qatında hər hansısa bir əməliyyatın aparılması nəzərdətutulur, bu isə birbaşa mədənçilik anlamına gəlir. Belə olan halda, cavabdehin özünün də təsdiq etdiyi kimi bu şinlər məhz MƏDƏNÇİLİK işlərində istifadə edilməsi məqsədilə ölkəyə idxal edilib. Cavabdehlə uzun sürən danışıqlar müsbət nəticə vermədiyi səbəbindən həmin şinlərin mədənçilik işlərində istifadəsinin təxirəsalınmaz və olduqca zəruri olmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixdə 9552.30 (doqquz min beş yüz əlli iki manat otuz qəpik) manat idxal gömrük rüsumu İddiaçı tərəfindən ödənildi. Bundan sonra Bakı Baş Gömrük İdarəsin 2 dəfə, yəni xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində rəsmi müraciət olundu. İlk müraciətə cavab olaraq cavabdeh tərəfindən iddiaçıya şifahi müraciət edilərək əlavə sənədlər təqdim olunması xahiş edilmiş və iddiaçı tərəfindən bütün sənədlər cavabdehə təqdim edilmişdir. Lakin, edilmiş müraciətlərə və təqdim edilmiş sənədlərə dair heç bir müsbət və ya mənfi qərar qəbul edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanma daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır və həmin qərardan Gömrük Məcəlləsinin 10 cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər". Lakin, cavabdeh nəin ki 15 gün, 35 gün ərzində də cavab vermədiyi üçün, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Səhvən ödənilmiş dövlət rüsumunun əsas ödənilmə səbəbi yükün XİF MN-ə görə təsnifat kodunun müəyyən edilməsi məqsədilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində keçirilmiş ekspertizanın verdiyi qərar olmuşdur. Belə ki, ekspertiza üçün qablaşdırılmamış, pnevmatik rezin şinlər təqdim edilmiş və ekspert rəyinə əsasən, İddiaçı MMC-nin ünvanına “APLAPEX” markalı, ölçüləri 66x43.00-25 20PR olan seysmik miqrasiya maşını üçün yeni pnevmatik rezin şinlər XİF MN-ə görə 4011 90 000 0 alt yarım mövqeyində sinifləşdirilmişdir. Lakin qeyd edilir ki, ekspert rəyi reallığı əks etdirmir. Belə ki, təqdim etdiyi şin təsviri barədə məlumatlardan aydın olur ki, idxal olunan avadanlıqlar tikintidəmədənçilikdə istifadə edilən nəqliyyat vasitəsi olan qurğudur. **********9199 nömrəli yük bəyannanəsi üzrə İddiaçı MMC tərəfindən idxal olunan şinlər xx.xx.2022-ci il tarixində **********1416, **********1350, **********1335, **********1124, **********1564 nömrəli yük gəmiləri üzrə idxal olunan 870590 kodlu yalnız mədənçilik və sənayedə istifadə edilən və idxal rüsumuna 0% ilə cəlb edilən titrəyici qurğularda istifadə üçün nəzərdə tutulub, mövcud qanunvericiliyə uyğun olaraq idxal rüsumuna cəlb edilmir. Aşağıdakılara əsasən hesab edilir ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyatı baxımından Bakı İnzibati Məhkəməsində baxılmalı və yuxarıda da qeyd etdiyimiz kimi cavabdehə ünvanlanan müraciət üzrə artıq 35 gün keçməsinə baxmayaraq cavabdehin hərəkətsizliyi və cavabdeh tərəfindən imtinaedici qərar kimi qəbul edilməli və mahiyyət üzrə İddiaçı MMC-nin hüquqları pozulduğu qəbul edilməldir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük ödənişlərinin qaytarılması Qaydalarının 2.1.2-ci bəndinə əsasən, Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına dair hallara gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsi bəndi mövcuddur. Belə olan halda, hesab edirik ki, hazırkı iddianın əsası da, həmin səhv ödənilmiş idxal rüsumun geri qaytarılması tələbidir. Həmçinin həmin Qaydaların 6.2-ci bəndində göstərilən proseduran, yəni ərizəçi tərəfindən gömrük orqanına ərizə müraciət edilməli olan tələbi də iddiaçı yerinə yetirmiş və ərizə ilə 2 dəfə cavabdehə müraciət etmiş, lakin, cavabdeh bu ərizəyə dair heç bir qərar qəbul etməmişdir. Həmçinin həmin qaydalarm 6.7-ci bəndinə əsasən, gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarına əsasən, XİF MN üzrə kodu 4011 80 000 0 olan tikintidə, mədənçilikdə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələri və maşınlar üçün 0% rüsum ödənilir. İddiaçıMMC tərəfindən idxal olunan mallar da mədənçilik-tikinti üzrə istifadə edildiyi üçün 4011 80 000 0 koduna uyğun nəzərdə tutulan qaydada 0%-İə rüsum ödəməyə cəlb edilməlidir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd olunmuşdur ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən 1400-012/002- 25/000677 nömrəli 18.01,2023-cü il tarixli sorğu əsasında İddiaçı MMC-nin ünvanına APXAZ220615 nömrəli xx.xx.2022-ci il tarixli invoysla idxal olunmuş yükün X5 mal nomenklaturası (XİF MN) üzrə təsnifat kodunun müəyyən edilməsinə dair daxil olmuş müraciət əsasında xx.xx.2023-cü il tarixində İpək Yolu gömrük postunun xidməti ərazisində İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin, ipək Yolu gömrük postu üzrə növbətçi inspektorun və MGEİ-nin ekspertinin iştirakı ilə yükə faktiki gömrük baxışı keçirilmiş və mala baxışın keçirilməsi haqqında akt tərtib edilmişdir. Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına APXAZ220615 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunan yük mədənçilikdə və ya sənayedə istifadə edilən nəqliyyat vasitəsinin deyil məhz geofiziki tədqiqatlar zamanı istifadə olunan “NOMAD65 NEO” markalı seysmik vibrasiya maşını üçün nəzərdə tutulmuş “ATLAPEX” markalı, ölçüləri 66x43.00-25 20PR olan yeni pnevmatik rezin şinlərdir. Bu baxımdan bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017ci il tarixli 500 nömrəli “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Qərarına, habelə malların təsvir və kodlaşdmlmasına aid izahnamənin 40-cı mal qrupunun 4011 mal mövqeyi üzrə izahnaməyə istinadən yük XİF MN-ə görə 4011 90 000 0 alt yarımmövqeyində sinifləşdirilərək 2200-017/004- 25/000344 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəy ilə cavablandırılmışdır.

5. Azərbaycan Respublikası dövlət Gömrük Komitəsinin X4 İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli Ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMCin ünvanına APXAZ220615 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunan yük “ATLAPEX” markalı, ölçüləri 66x43.00-25 20PR olan seysmik vibrasiya maşını üçün yeni pnevmatik rezin şinlər olub XİF MN-ə görə 4011 90 000 0 altyraımmövqeyində sinifləşdirilir.

6. İddiaçı tərəfindən X6 İdarəsinə ünvanlanan məktubda qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən **********9199 nömrəli yük gömrük bəyannaməsi üzrə idxal olunan 401180 gömrük kodlu mədənçilik və sənayedə istifadə edilən xüsusi təyinatlı titrədici qurğular üçün nəzərdə tutulan şinlər üzrə aparılmış laboratoriya müayinəsinin nəticəsinə əsasən 15% idxal rüsumu hesablanması müəyyən edilmişdir. **********9199 nömrəli yük gömrük bəyannaməsi üzrə idxal olunmuş şinlər xx.xx.2022 tarixində **********1416, **********1350, **********1335, **********1124, **********1564 nömrəli yük gömrük bəyannamələri üzrə iddiaçı tərəfindən idxal olunan 870590 kodlu yalnız mədənçilik və sənayedə istifadəsi nəzərdə tutulan və idxal rüsumuna 0% ilə cəlb olunan titrəyici qurğularda istifadə üçün nəzərdə tutulmuşdur, mövcud qanunvericiliyə əsasən idxal rüsumuna cəlb olunmur.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “gömrük rüsumunun geri ödənilməsi” tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur. Həmin Məcəllənin 162.1 -ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Həmin Məcəllənin malların təsnifatı adlanan 321-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X5 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Bəyan edilən malların X5 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları X5 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Qeyd edilən normalara əsasən **********9199 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün X4 İdarəsinə müraciət edilmişdir. Müraciət nəticəsində keçirilmiş ilkin ekspertizaya əsasən cavabdehə elektron formada göndərilmiş 21.01,2023-cü il tarixli espert rəyində malın XİF MN üzrə təsnifat kodunun bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmişdir. Belə ki, bəyan edilən təsnifat kodu 4011 80 0 000 (tikintidə, mədənçilikdə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələri və maşınlar üçün- 0% gömrük rüsumu) olsa da, əslində həmin təkərlərin seysmik vibrasiya maşını üçün təkərlər olduğu müəyyən olunmuş, buna görə də 4011 90 000 0 (digərləri -15% gömrük rüsumu) təsnifat kodu ilə sinifləşdirilmişdir. İddiaçı verilmiş ekspert rəyi ilə razılaşaraq gömrük rüsumunu və digər gömrük ödənişlərini ödədiyindən mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Eyni zamanda bildirilir ki, gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə nizama salınır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu - 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. İddia ərizəsində yuxarıda göstərilən hallardan hansının baş verdiyi göstərilməmiş və ərizə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmçinin, həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Xüsusi olaraq bildirilir ki, Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Hesab edilir ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatda qeyd olunmuşdur ki, cavabdeh verdiyi etirazda həmin təkərlərin “seysmik vibrasiya maşını üçün təkərlər” olduğunu müəyyən etmişdir. Bəs seysmik vibrasiya maşınları hansı məqsədlə istismar olunur? Seysmik vibrasiya maşınları (ing. “Seismic vibrator”) - seysmik kəşfiyyat işlərinin təxminən yarısını yerinə yetirmək üçün istifadə olunan, yerdə alçaqtezlikli titrəmələr yarada bilən yük maşını və ya arabaya quraşdırılan cihazdır. Seysmik kəşfiyyat işləri (ing. “Seismic tomography”) - yer qabığının öyrənilməsi, faydalı qazıntıların (əsasən neft və qaz) axtarışı və kəşfiyatı, hidrogeoloji və mühəndisi-geoloji məsələlərin öyrənilməsi və seysmik mikrorayonlaşdırmanın aparılması məqsədi ilə aparılan, geofiziki təhqiqatların altqrupudur. Bu elmi təriflərdən də göründüyü kimi, seysmik vibrasiya maşınları birbaşa yer qatında əməliyyatların aparılması məqsədi ilə istifadə olunur, bu isə birbaşa mədənçilik anlamına gəlir. Bundan əlavə, X6 İdarəsi tərəfindən 03 fevral 2023-cü il tarixində verilmiş cavab məktubunda Ekspertizanın və sənədlərin araşdırılmasının nəticələri göstərilmiş və burada müəyyən olunmuşdur ki, İddiaçı MMC-in ünvanına APXAZ220615 nömrəli xx.xx.2022- ci il tarixli invoys üzrə idxal olunan yük məhz geofiziki təhqiqatlar zamanı istifadə olunan “NOMAD65 NEO markalı seysmik vibrasiya maşını üçün nəzərdə tutulmuş “ATLAPEX” markalı ölçüləri 66x43.00-25 20PR olan yeni pnevmatik rezin şinlərdir”. Göründüyü kimi, cavabdeh bu şinlərin geofiziki təhqiqatlar üçün istifadə olunduğunu özü də təsdiq etmiş, lakin dəqiqləşdirmədən qaçaraq 7 (yeddi) altqrupa bölünən geofiziki təhqiqatların məhz mədənçiliklə birbaşa bağlı olan seysmik kəşfiyyat altqrupuna aid işlər üçün istifadə olunduğunu qeyd etməmişdir. Bütün bu faktlar əsasında anlamaq olar ki, İddiaçı MMC-nin ünvanına APXAZ220615 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunan yük məhz geofiziki təhqiqatların mədənçiliklə birbaşa bağlı olan seysmik kəşfiyyat işləri məqsədi ilə istifadə olunur və XİF MN üzrə 4011 80 000 0 alt yarımmövqeyində (tikintidə, mədənçilikdə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələri və maşınlar üçün yeni pnevmatik rezin şinlər) təsnifləşdirilməli və 0% ilə gömrük rüsumu hesablanmalıdır. Əlavə olaraq qeyd edək ki, mübahisə predmeti olan şinlər seysmik vibrator qurğuları üçün istehsal! olunmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilmiş və bu arayış elə həmin şinləri istehsal edən şirkət olan X9 Co, LTD şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə arayış formasında təsdiq edilmişdir. Eyni zamanda bildirilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük ödənişlərinin qaytarılması Qaydalarının 2.1.2- ci bəndinə əsasən, Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına dair hallara - gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsi bəndi mövcuddur. Yuxarıda da qeyd etdiyimiz kimi, İddiaçı MMC-nin ünvanına APXAZ220615 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunan yük cavabdeh tərəfindən XİF MN üzrə təsnif edilərkən səhvə yol verilmişdir. Bu faktı nəzərə alaraq, iddianın dəqiqləşdirilməsinə dair ərizədə hazırkı iddianın əsası kimi məhz Gömrük ödənişlərinin qaytarılması Qaydalarının 2.1.2-ci bəndi müəyyənləşdirilmişdir.

9. İddiaçı tərəfindən idxal olunan pnevmatik şinlərin istehsalçısı “ATLAPEX” şirkəti tərəfindən təqdim edilmiş Mənşə Sertifikatına əsasən mübahisə predmeti olan 66x43.00-25 20 PR TL AT-SVR parametrli şinlər xüsusi olaraq İNOVA AHV-İV-364 seysmik vibrator qurğuları üçün istehsal edilmişdir.

10. X3 (X1 Group) tərəfindən müəyyənləşdirilmiş X5 Mal Nomenklaturasına uyğun olaraq 4011 əmtəə (mal) kodu üzrə yeni pnevmatik rezin şinlərin təsnifləşdirici xarakterikası cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş təsnifata əsasən özüyeriyən xüsusi seysmik avadanlar üçün şinlər - nomad vibratr (müvəqəqi ehtiyat təkərlər üçün deyil, borusuz, vəstəsiz, disksiz, yeni, pnevmatik; ölçü 66x43. 00-25, ölçü diametri 25 duym, yük indeksi 20pr, profilin eni 1702 mm, xarici diametri 2079 mm, dizayn olunan maksimum sürət k/saat -50) X5 Mal Nomenklaturası üzrə ********** altmövqeyi üzrə təsnifləşdirilmişdir.

11. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X6 İdarəsinin Ekspress diaqnostik tədqiqat bölməsinin bölmə rəisi X10 izahat verərək bildirdi ki, İddiaçı MMC-nin ünvanına APXAZ220615 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunan yükun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin müəyyən olunması barədə Bakı Baş Gömrük İdarəsi tərəfindən 1400-012/0xx-xx/000677 nömrəli xx.xx.2023- cü il tarixli sorğu MGEİ-yə daxil olmuşdur. Sorğunun icrası ilə əlaqədar olaraq xx.xx.2023- cü il tarixində İpək Yolu gömrük postunun xidməti ərazisində MGEİ-nin eksperti kimi onun özünün, İpək Yolu gömrük postunun növbətçi inspektorunun, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə 64AA315/64AA316 nömrəli nəqliyyat vasitəsi ilə idxal olunan yükə invoys üzrə faktiki gömrük baxışı keçirilmiş, istehsalçı tərəfindən yükün üzərində qeyd olunmuş texniki göstəricilərinə aid markalanmanın fotoşəkilləri çəkilmiş, mala baxışın keçirilməsi haqqında akt tərtib edilmişdir. İddiaçı MMC-nin ünvanına APXAZ220615 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunan yük “NOMAD65Neo” markalı seysmik vibrasiya maşınında istifadəsi nəzərdə tutulan “ATLAPEX” modelli, ölçüləri 66x43.00-25 20PR olan yeni pnevmatik rezin şinlər olub XİF MN-ə görə 4011 90 000 0 alt yarımmövqeyində sinifləşdirilərək 2200-017/0xx-xx/000344 nömrəli 21.01,2023-cü il tarixli ekspert rəyi ilə sorğu cavablandırılmışdır. “NOMAD65Neo” markalı seysmik vibrasiya xüsusi təyinatlı nəqliyyat vasitəsi geofiziki tədqiqatlar zamanı istifadə olunur və kənd təsərrüfatında , meşə təsərrüfatında, tikintidə, mədənçilikdə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələrinə aid deyil. Tədqiqat nəticələri üzrə idxal olunan obyektlər malların təsvir və kodlaşdırmasına dair izahnamənin əsas şərhetmə qaydalarına əsasən sinifləşdirilir. Həmin şərhetmə qaydalarına əsasən seysmik vibrasiya xüsusi təyinatlı nəqliyyat vasitəsi geofiziki tədqiqatlar zamanı istifadə olunur və kənd təsərrüfatında , meşə təsərrüfatında, tikintidə, mədənçilikdə və ya sənayedə istifadə edilən nəqliyyat vasitələrinə aid deyil və ona görə də idxal olunan rezin şinlər məhz 4011 90 000 0 alt yarımmövqeyinə uyğun təsnifləşdirilməlidir. Belə ki, malların XİF MN üzrə bölmələr səviyyəsində təsnifatı malların mənşəyi, kimyəvi tərkibi, hazırlandığı materialların növü, malların funksional baxımından təyinatı habelə onların ardıcıl emal texnologiyasının əlamətləri üzrə aparılır. Qeyd edilənlərlə bağlı MGEİ tərəfindən Dövlət Gömrük Komitəsinə təqdim edilən məktubda və ekspert rəyində təfsilatlı şəkildə bildirilmişdir.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.

İİ. İddianın növü və mümkünlüyü

14. Gömrük Məcəlləsinin 319.1-ci və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.3-cü maddəsinə əsasən X5 mal nomenklaturası - müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır.

15. İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

17. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”ndan: 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır.

19. İddianın növü öhdəliyin icrası haqqında iddiadır. İddia mümkündür.

İİİ. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən: 9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. 151.1. Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını, gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi müəyyən olunmuş tələblərə uyğunluğunu, gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını, gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu, gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini yoxlayır. 157.1. gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 157.3. Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur. 218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. 219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. 219.2. Gömrük orqanları gömrük rüsumlarının qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların X5 mal nomenklaturasına uyğun kodu əsas götürülür. 319.1. X5 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini, rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.3. X5 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.5. X5 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 320.0. Müvafiq icra hakimiyyəti orqanı X5 mal nomenklaturasının aparılması ilə əlaqədar X5 mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini təmin edir ( maddə 320.0.7-1). 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X5 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.3. Bəyan edilən malların X5 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları X5 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. 322.1. Malların X5 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi, malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi, malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi, ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması, malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi, ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi, radiasiya təhlükəsi olan malların müəyyən edilməsi, malların gömrük dəyərinin təyin olunması məqsədilə gömrük ekspertizası aparılır. 322.2. gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. 322.5. gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. 322.14. Gömrük ekspertizası aparılarkən mallardan prob və nümunələr bu Məcəllənin 158-ci maddəsinə uyğun olaraq götürülür. 322.15. Gömrük ekspertizasının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydalara əsasən: 1.1. bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.15-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük ekspertizasının təşkili və aparılması, habelə mallardan prob və nümunələrin götürülməsi, onlar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir. 2.1.2. gömrük ekspertizası - gömrük tənzimlənməsi sahəsində məsələlərin həll edilməsi üçün xüsusi və elmi biliklərdən istifadə etməklə, gömrük ekspertləri və (və ya) digər ekspertlər tərəfindən aparılan tədqiqatdır. 3.1. gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndəriş) və ya şəxslərin müraciəti əsasında aparılır. 4.1. Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron da müraciət etmək hüququna malikdirlər. 5.5. gömrük ekspertizası gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır.

22. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.3-cü maddəsinə əsasən X5 mal nomenklaturası - müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır.

23. “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

İV. Məhkəmənin mövqeyi

24. Bəyannaməçi tərəfindən malın təsnifat kodu bəyannamədə düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları təsnifatlandırır.

25. İddiaçı tərəfindən idxal olunan mallar “NOMAD65Neo” markalı seysmik vibrasiya maşınında istifadəsi nəzərdə tutulan “ATLAPEX” modelli, ölçüləri 66x43.00-25 20PR olan pnevmatik şinlərdir və mübahisə həmin malların (rezin şinlərin) X5 Mal Nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsi ilə bağlıdır.

26. Belə ki, iddiaçı mübahisə predmeti olan seysmik vibrasiya maşınında istifadəsi nəzərdə tutulan rezin şinlərin X5 Mal Nomenklaturasına uyğun olaraq 4011 80 000 0 alt yarımmövqeyində, cavabdeh isə həmin rezin şinlərin 4011 90 000 0 alt yarımmövqeyində təsnifləşdirilməli olduğunu hesab edir.

27. “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarından: XİF MN üzrə Mal mövqelərinin adları Əlavə ölçü Tarif dərəcəsi kod vahidləri (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə 4011 Yeni pnevmatik rezin şinlər: 4011 80 000 0 – tikintidə, mədənçilikdə və ya əd 0 sənayedə istifadə edilən nəqliyyat vasitələri və maşınlar üçün 4011 90 000 0 – digərləri əd 15

28. Hazırki işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddia tələbinin predmeti olan şinlər seysmik vibrator (titrəyici) qurğularında istifadə üçün nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı tərəfindən idxal olunan pnevmatik şinlərin istehsalçısı “ATLAPEX” şirkəti tərəfindən təqdim edilmiş Mənşə Sertifikatında da mübahisə predmeti olan 66x43.00-25 20 PR TL AT-SVR parametrli şinlərin xüsusi olaraq İNOVA AHV-İV-364 seysmik vibrator qurğuları üçün istehsal edildiyi qeyd olunmuşdur.

29. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş izahatda mübahisələndirilən şinlərin məhz seysmik qurğular üçün istifadə olunduğu əsas olaraq göstərilmiş və seysmik vibrasiya maşınlarının geofiziki təhqiqatlar zamanı birbaşa yer qatında əməliyyatların aparılması məqsədi ilə istifadə olunduğu, bunun isə birbaşa mədənçilik anlamına gəldiyi bildirilmiş və qeyd olunan səbəblərdən mübahisələndirilən şinlərin X5 Mal Nomenklaturası üzrə ********** altmövqeyi üzrə təsnifləşdirilməsi tələb olunmuşdur.

30. X3 (X1 Group) tərəfindən müəyyənləşdirilmiş X5 Mal Nomenklaturasına uyğun olaraq 4011 əmtəə (mal) kodu üzrə yeni pnevmatik rezin şinlərin təsnifləşdirici xarakteristikası cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Malların təsvir və kodlaşdırmasına dair izahnamənin əsas şərhetmə qaydalarına əsasən özüyeriyən xüsusi seysmik avadanlıqlar üçün şinlər - nomad vibratr (müvəqəqi ehtiyat təkərlər üçün deyil, borusuz, vəstəsiz, disksiz, yeni, pnevmatik; ölçü 66x43. 00-25, ölçü diametri 25 duym, yük indeksi 20pr, profilin eni 1702 mm, xarici diametri 2079 mm, dizayn olunan maksimum sürət k/saat-50) X5 Mal Nomenklaturası üzrə ********** altmövqeyi üzrə təsnifləşdirilmişdir.

31. Məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan “NOMAD65Neo” markalı seysmik vibrasiya maşınında istifadəsi nəzərdə tutulan “ATLAPEX” modelli, ölçüləri 66x43.00-25 20PR olan pnevmatik şinlərə dair istehsalçı şirkət tərəfindən təqdim edilmiş mənşə sertifikatındakı göstəricilər cavabdeh tərəfindən təqdim edilmiş beynəlxalq təsnifat xarakteristikasına (X3 - X1 Group tərəfindən müəyyənləşdirilmiş) tam uyğun gəldiyi üçün mübahisələndirilən şinlərin X5 Mal Nomenklaturasına əsasən ********** altmövqeyi üzrə təsnifləşdirilməsi ilə bağlı cavabdehin dəlilləri əsaslıdır.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən obyektlərin X5 Mal Nomenklaturasına əsasən ********** altmövqeyi üzrə təsnifatlaşdırılmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar