Məhkəmə qərarları › İş №e-2-1(112)-8849/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8849/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8849/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin, yəni məlumatların Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsinin həvalə edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planına uyğun olaraq ********** VÖEN üzrə tərəfimə maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş, tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulub. Bununla bağlı İqtisadiyyat Nazirliyinin 08.04.2020-ci il tarixli F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. 01.01.2019-cu il tarixinə şəxsi hesabında 759.29 manat artıq ödəmələri olub. Hesablaşmalar zamanı 2019-cu ilin 2-ci rübü üçün həmin məbləğdən 40 AZN (Ödəmə tarixi: 22.07.2019), 3-cü rübü üçün həmin məbləğdən 41.12 AZN (Ödəmə tarixi: 21.10.2019), 4-cü rübü üçün isə həmin məbləğdən 360 AZN (Ödəmə tarixi: 21.01.2020) silinmişdir. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəfələrlə müraciət edib, maliyyə dəstəyinin ödənilməsini tələb edib. Ancaq eyni məzmunlu müraciətlərlə bağlı xidmətin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən eyni əsasla imtina məktubları göndərilmişdir. Əməkdaşlar imtinanı belə əsaslandırmışdır: “Bildiririk ki, İqtisadiyyat Nazirliyinin 08.04.2020-ci il tarixli F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstərişin tələbinə əsasən 2019-cu il ərzində dövlət büdcəsinə vergi ödənişi etməyən fərdi (mikro) sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmamışdır.” Halbuki, yuxarıda qeyd etdiyi şəxsi hesab vərəqəsindən də göründüyü kimi onun vergi hesabında toplanmış qalıq məbləğdən 3 rüb ərzində toplam 441.12 AZN məbləğində vergi tutulması həyata keçirilmişdir. Belə olan halda vergi orqanının ona verilən cavab məktublarında 2019-cu ildə vergi ödəmədiyinə dair iddiası əsassızdır.

3. Cavabdeh qurum tərəfindən iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci İİ 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin 08.04.2020-ci il tarixli F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. X2 (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. Belə ki, maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət" alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. Metodiki Göstərişin 3.3-cü bəndinə əsasən müraciət formasında vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanının adı, VÖEN, aktiv bank hesabları, o cümlədən 2019-cu il ərzində ödənilmiş vergiləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları barədə məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada doldurulur. Metodiki Göstərişin 3.4-cü bəndində nəzərədə tutulan (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması)) vergi rejimi barədə məlumatlar isə vergi ödəyiciləri tərəfindən onlayn qaydada doldurmalıdırlar. Metodiki Göstərişə əsasən pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır. Müraciətin yoxlanması zamanı sistem tərəfindən aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər (3.6): - Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; - Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; - 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. Yuxarıda sadalanan müddəalardan da göründüyü kimi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi yalnız müəyyən kateqoriya və konkret şərtlərə cavab verən vergi ödəyiciləri üzrə nəzərdə tutulmuşdur və Metodiki Göstəriş digər əsaslarla yanaşı, 2019- cu il ərzində vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin edilməsini mütləq şərt özündə əks etdirmişdir. İqtisadiyyat Nazirliyinin 08.04.2020-ci il tarixli F-41 nömrəli əmrinin 2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır: 2.1.bu əmrin icrası ilə əlaqədar pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə işçilərə əmək haqqının ödənilməsi və maliyyə dəstəyinin alınması məqsədilə elektron qaydada müraciət etmək imkanının yaradılmasını; 2.2.bu əmrlə təsdiqlənmiş Metodiki Göstəriş barədə vergi ödəyicilərinin şəxsi elektron kabinetləri vasitəsilə məlumatlandırılmasını; 2.3.Maliyyə Nazirliyi tərəfindən açılmış tranzit xəzinə hesabından vəsaitlərin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi barədə gündəlik məlumatların İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsin. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, İqtisadiyyat Nazirliyinin 08.04.2020-ci il tarixli F-41 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinə maliyyə dəstəyinin ödənilməsi ilə bağlı hər hansı tapşırıq qoyulmamışdır, yalnız Maliyyə Nazirliyi tərəfindən köçürülmüş vəsait barədə gündəlik məlumatların İqtisadiyyat Nazirliyinə təqdim edilməsi tapşırılmışdır. Göstərilənlərə əsasən bildirilmişdir ki, maliyyə dəstəyinin göstərilməsi vəzifəsi Dövlət Vergi Xidmətinə həvalə edilə bilməz.

4. İddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planına uyğun olaraq VÖEN ********** üzrə iddiaçıya maliyyə dəstəyinin göstərilməsi, yəni məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi kimi dəqiqləşdirilmişdir. Məhkəmə həmin ərizəni iddianın dəyişdirilməsi kimi deyil, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsi kimi nəzərə alır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, Metodiki Göstərişə əsasən pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır. Müraciətin yoxlanması zamanı sistem tərəfindən aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər (3.6): -Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; -Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; - 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. Yuxarıda sadalanan müddəalardan da göründüyü kimi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi yalnız müəyyən kateqoriya və konkret şərtlərə cavab verən vergi ödəyiciləri üzrə nəzərdə tutulmuşdur və Metodiki Göstəriş digər əsaslarla yanaşı, 2019-cu il ərzində vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin edilməsini mütləq şərt özündə əks etdirmişdir. Lakin hazırkı halda iş materiallarının, o cümlədən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə heç bir vergi ödənişi edilməmişdir. Bununla da, iddiaçının maliyyə dəstəyindən yararlanması üçün nəzərdə tutulan şərtlərə cavab verməməsi müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluğun aşkar edilməsinə səbəb olmuşdur. Bundan əlavə, iddiaçının artıq ödəmə ilə bağlı iddia ərizəsindəki mövqeyinə münasibətdə bildiririk ki, istinad olunan artıq ödəmə məbləği şəxsi hesab vərəqəyə əsasən 2015-ci il ərzində 2012-ci və 2013-cü illərin müvafiq rübləri üzrə təqdim edilmiş bəyannamələrə verilmiş dəqiqləşdirilmiş hesabat nəticəsində azalma ilə yaranmışdır. Başqa sözlə desək, artıq ödəmə də iddiaçı tərəfindən 2019-cu il ərzində edilmiş hər hansı ödənişlər hesabına deyil, 2012 və 2013-cü-ci illərdəki ödəniş, hesablama və ya azalmalar nəticəsində formalaşmışdır.

6. İddiaçının müraiciətinə iddiaya yazılı etirazın məzmununa uyğun olaraq imtina verilməsi mübahisələndirilmir.

7. Dəqiqləşdirilmiş tələb üzrə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının maliyyə dəstəyinin göstərilməsi haqqında müraciətinə qeyd olunan Metdoki Göstərişə əsasən baxılmışdır. Belə ki, Metodiki Göstərişin 3.6.3-cü yarımbəndinə və 3.11-ci bəndinə müvafiq olaraq 250,0 manat məbləğində maliyyə dəstəyi almaq üçün aşağıdakı 2 mühüm şərtin mövcudluğu tələb olunur: -2019-cu il ərzində büdcəyə vergi ödəmələrinin həyata keçirilməsi; - 2019-cu il ərzində büdcəyə həyata keçirilmiş vergi ödəmələrinin ümumi məbləğinin 250,0 manatdan aşağı olması. İddiaçı tərəfindən isə 2019-cu il ərzində dövlət büdcəsinə hər-hansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Beləliklə, qeyd olunan şərtlər mövcud olmadığı üçün iddiaçının müraciəti təmin edilməmiş və ona maliyyə dəstəyinin verilməsindən imtina olunmuşdur. Halbuki iddiaçı 2019-cu ildə dövlət büdcəsinə birbaşa olaraq heç bir ödəniş etməsə də, daha əvvəlki illərdə yaranmış artıq ödəmə hesabına 2019-cu ildə onun konkret vergi öhdəlikləri icra etdiyi qənaətinə gələrək artıq ödəmə hesabına vergi öhdəliyinin yerinə yetirilməsi dövlət büdcəsinə birbaşa ödəniş faktı kimi nəzərə alınmasını tələb etmişdir. Bildirilmişdir ki, Metodiki Göstərişin mənasına görə maliyyə dəstəyinin göstərilməsi üçün 2019-cu ildə birbaşa dövlət büdcəsinə ödənişin həyata keçirilməsi zəruridir. X3 artıq ödəmə hesabına vergi öhdəliklərinin icra edilməsi imkanı nəzərdə tutulmamışdır. Eyni zamanda Vergi Məcəlləsinin normalarından irəli gələn məntiq də artıq ödənilmiş vergilər hesabına növbəti vergi öhdəliklərinin əvəzləşdirilməsinin ödəniş faktı kimi qəbul etmir. Belə ki, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Qeyd olunan müddəaların əlaqəli şəkildə təhlilindən göründüyü kimi, vergi ödəyicisi bəyan etdiyi vergi məbləğini ödəmədiyi və bu öhdəliyi onun artıq ödənilmiş vergi məbləği ilə əvəzləşdirildiyi halda ödənilməmiş vergi məbləğinə görə faiz hesablanmır. Başqa sözlə, vergi ödəyicisinin cari vergi öhdəliyinin artıq ödənilmiş məbləğlərin hesabına əvəzləşdirilməsi həmin şəxsin təqsirini istisna edən hal olduğundan ona faiz hesablanmır. Beləliklə, qeyd edilənlərdən o məna hasil olur ki, qanunverici artıq ödənilmiş vergi məbləğini ödəniş faktı kimi qəbul etmir, əks halda arıtq ödənilmiş vergi məbləğinin vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən ayrıca hal kimi Vergi Məcələsində əks etdirilməsinə zərurət yaranmazdı. İddiaçının tələbinin əsassız olmağının digər bir səbəbi isə artıq ödəmə hesabına 2019-cu ildə icra edilmiş vergi öhdəliyinin məbləğinin 250,0 manatı aşması ilə bağlı olmuşdur. Belə ki, əvvəlki illərdə yaranmış artıq ödəmə hesabına 2019-cu ildə iddiaçının aşağıdakı vergi öhdəlikləri yerinə yetirilmişdir:

Yazılış Əməliyyat adı Əməliyyat ödəmə Miqdar Qalıq Artıq tarixi 05.07.201 SV2O19 2. Rüb- növü Hesablama tarixi 22.07.201 (Manat) 40,00 ödəmə 719,29 07.10.201 SV 2019 3 Rüb- Hesablama 21.10.201 41,12 678,17 14.01.202 SV 2019 4. Rüb - Hesablama 21.01.202 360,00 318,17 0 CARİ(B) 0 Təqdim edilmiş cədvələ əsasən aydın olur ki, artıq ödəmə hesabına 2019-cu ildə icra edilmiş vergi öhdəliyi 441,12 manat olmuşdur. Göründüyü kimi iddiaçı bir tərəfdən artıq ödəmə hesabına vergi öhdəliyinin icrasını birbaşa dövlət büdcəsinə ödəniş faktına bərabər tutulması qənaitinə gəlmiş, digər tərəfdən isə bu şəkildə yerinə yetirilmiş vergi öhdəliyinin 250,0 manatdan artıq olmasını nəzərə almayaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbinin əsassız olmağının digər bir səbəbi isə onun fəaliyyət növünün Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrə aid olmaması ilə bağlıdır. Belə ki, iddiaçının 25.02.2011-ci il tarixli **********980600 nömrəli “Fiziki şəxsin qeydiyyatı ərizəsinə” onun fəaliyyət növü “Layihə işləri” (71112) olmuşdur. Lakin 20.05.2020-ci il tarixdə iddiaçı "Fiziki şəxsin məlumat dəyişikliyi ərizəsi” ilə vergi orqanına müraciət etmiş və fəaliyyət növünü dəyişdirərək əsas fəaliyyət növü kimi “Sair nəşriyyat fəaliyyəti” (58190) seçmişdir. Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrin konkret siyahısı açıq məlumat formasında internet resurslarında öz əksini tapmışdır. Qeyd olunan siyahıya nəzər saldıqda görərik ki, iddiaçının əvvəlki əsas fəaliyyət növü “Layihə işləri” (71112) həmin siyahıda öz əksini tapmır, lakin sonradan 2020-ci il ərzində əsas fəaliyyət növü kimi dəyişdirdiyi “Sair nəşriyyat fəaliyyəti” (58190) isə həmin siyahıda öz təsdiqini tapmışdır, bununla da məlum olur ki, iddiaçı maliyyə dəstəyi almaq niyyəti ilə fəaliyyət növünü dəyişdirmişdir. Yuxarıda qeyd olunanlarda da göründüyü kimi, iddiaçının maliyyə dəstəyindən yararlanması üçün nəzərdə tutulan şərtlərə cavab verməməsi müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluğun aşkar edilməsinə səbəb olmuşdur.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdilər.

İİ. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstərişdən: 1.1. X7 "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının İ hissəsinin 2-ci və 3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. 1.2. Bu X2 (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. X6 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. 3.5. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün fərdi sahibkarlara "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. 3.6. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində "Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət" alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. 3.7. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir. 3.8.Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 3.9.Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit hesab vasitəsilə vergi ödəyicilərinin bank hesablarına köçürülən vəsaitlər barədə hər günün yekunu üzrə hesabat həmin günün sonunda iqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə iqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş göndərilir.

11. X4 icrası əmrə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır.

12. İPM-in 2.2.3-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi, yəni Metodiki Göstərişin 3.8-ci bəndinin icrası ilə bağlıdır.

14. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. İş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində tədbirlər planının 3-cü bəndində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) nəzərdə tutulmuşdur.

16. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş (bundan sonra – Metodiki Göstəriş) təsdiq edilmişdir.

17. Metodiki Göstərişin 3.6-cı maddəsinə əsasən, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proseduru üzrə məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır.

18. Göründüyü kimi məlumatların yoxlanılması zamanı aşkar edilən uyğunsuzluqların dairəsi qeyd edilən maddə ilə məhdudlaşır. - Metodiki Göstərişin 3.6.1-ci bəndi ilə uyğunsuzuğun müəyyən edilməsinə dair: İddiaçı 2011-ci ildə əsas fəaliyyət növü “Layihə işləri” (71112) üzrə uçota alınmış, 20.05.2020-ci ildə əsas fəaliyyət növünü kimi “Sair nəşriyyat fəaliyyəti” (58190) kimi dəqiqləşdirilmişdir. Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin siyahısında “Sair nəşriyyat fəaliyyəti” (58190) nəzərdə tutulmuşdur. Vergi ödəyicisinin koronavirus pandemiyası dövründə koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri ilə uçota alınmasına dair Metodiki Göstərişdə hər hansı məhdudiyyət müəyyən edilmir, eləcə də qeyd edilən Metodiki Göstərişin təsdiq olunmasından sonra həmin fəaliyyət sahələri ilə uçota alınmanın uyğunsuzluğa əsas olması barədə hər hansı müddəa yoxdur. - Metodiki Göstərişin 3.6.2-ci bəndi ilə uyğunsuzuğun müəyyən edilməsinə dair: Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılması müəyyən edilməmişdir; - Metodiki Göstərişin 3.6.3-cü bəndi ilə uyğunsuzuğun müəyyən edilməsinə dair: Cavabdeh tərəfindən müəyyən edilmişdir ki, əvvəlki dövlər üzrə artıq ödənilmiş vergi məbləği hesabına iddiaçının 2019-cu ildə icra edilmiş vergi öhdəliyi 441.12 manat olmuş, lakin ödəniş faktı kimi qəbul edilməmişdir. Cavabdeh qurumun iddiaçının artıq ödəmə hesabına vergi öhdəliyinin icrasını birbaşa dövlət büdcəsinə ödəniş faktına bərabər tutulmamasına dair qənaitini məhkəmə əsassız hesab edir. Belə ki, istər Vergi Məcəlləsində, istərsə də Metodiki Göstərişdə artıq ödənilmiş vergi məbləği hesabına 2019-cu il ərzində büdcəyə vergi ödəmələrinin həyata keçirilməsini istisna edən norma yoxdur. Vergi Məcəlləsindən: 222.5.9. Bu fəslin müddəaları koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) həyata keçirən şəxslərə şamil edilir. 224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir. 224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir.

19. Artıq ödəmə hesabına yerinə yetirilmiş vergi öhdəliyinin 250,0 manatdan artıq olması barədə cavabdeh qurumun dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Metodiki Göstərişin 3.11-ci bəndinə əsasən, fərdi (mikro) sahibkarın 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan aşağı olduqda ona 250,0 manat həcmində (ölkə üzrə minimum aylıq əmək haqqı) vəsait ödənilir. Qeyd edilən bənd 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan artıq olduqda fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsini istisna etmir.

20. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD- 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq İddiaçı (VÖEN **********) maliyyə dəstəyinin göstərilməsi, yəni məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar