Məhkəmə qərarları › İş №e-2-1(112)-9261/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9261/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9261/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının tutulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyun 2019-cu il tarixdən əvvəlki vəzifəsinə bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-161/2020 nömrəli qərarından verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(103)-197/2022 saylı qərarı ilə təmin edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının ona aid hissədə ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda sözügedən qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1134/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kassasiya şikayəti təmin olunmamışdır. Onunla bağlanmış 12 iyul 2012-ci il əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının mənə aid hissəsi ləğv edilmişdir. Sözügedən məhkəmə qərarının hüquqi nəticəsinə əsasən 03 may 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 baş məsləhətçi- baş əmək müfəttişi vəzifəsinə bərpa edilmişdir. Məhkəmə aktları əsasında qanunsuz və əsassız olduğu təsdiq olunan 13 iyun 2019-cu il tarixli əmr əsasında həmin tarixdən məcburi iş buraxma səbəbindən işə bərpa olunduğu vaxtadək əmək haqqını ala bilməmişdir. Tərəfindən müvafiq mediasiya proseduruna əməl edildikdən sonra göstərilən iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3587/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh dövlət orqanı ilə arasında yaranmış əmək münasibətlərinin mülki münasibət deyil, inzibati münasibət olmasına istinad olunaraq iddia ərizəsinin qəbulundan imtina olunması və hazırkı iddia ilə aidiyyəti inzibati məhkəməyə müraciət etməyi qərara alınmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə 16 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmışdır. İddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı İddiaçı aid hissədə (1.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1134/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-197/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3587/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilmişdir. İddiaçı izah edilmişdir ki, hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ var. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 251/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2023-cü il tarixli 2- 1(103)-197/2023 nömrəli qərardadı ləğv edilmişdir. İddiaçının qərara izah verilməsi barədə ərizəsi rədd edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17/2-5690/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı şəxsi iş materiallarının təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-17/3- 4-716/2023 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı öz arzusu ilə 15 may 2023-cü il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla 03 may 2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıla son haqq-hesabın aparılması təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********1 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X3 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu İİ tarixli **********7 nömrəli əmrinin 1.3-cü yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********4 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 17 dekabr tarixli əmrinin icrası haqqında" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə aşağıdakı yarımbəndlər əlavə edilmişdir: “3.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin. 4.2. Əmək müqviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. 5.2. Azərbaycan. Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əməkhaqqının 1.7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-17/3- 4-679/2023 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2022-ci il tarixli 2-1 (102)-1134/2022 nömrəli Qərarına uyğun olaraq İddiaçı 03 may 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətində daimi dövlət qulluğuna qəbul edilərək işə bərpa olunmuş və Xidmətin X1 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə təyin edilsin. İddiaçı malik olduğu “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə görə 03 may 2023-cü il tarixindən hər ay 65 manat məbləğində əlavə haqqın ödənilməsi təmin edilmişdir. Dövlət qulluğu vəzifəsində qulluq stajına malik olan İddiaçı dövlət qulluğunda 10 ildən yuxarı qulluq stajı nəzərə alınaraq 03 may 2023-cü il tarixindən hər ay aylıq vəzifə maaşının 20 faizi miqdarında əlavə haqqın ödənilməsi təmin edilmişdir. İddiaçı 03 may 2023-cü il tarixindən hər ay aylıq vəzifə maaşının 1,1 misli həcmində əlavənin ödənilməsi təmin edilmişdir. ФВ-İ seriyalı 081086 saylı 1994-cü il tarixli diplomdan görünür ki, İddiaçı Azərbaycan Neft və Kimya İnstitutunun “maşınqayırmada iqtisadiyyat və idarəetmə” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1989-cu il tarixli əmək kitabçasının surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli **********7 nömrəli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X3 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” əmrindən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X3 adları aşağıda qeyd olunan vəzifələrdə qulluq keçən işçilər 13 iyun 2019-cu il tarixdən tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanmış əmək müqavilələri müvafiq olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17/2-H-7401/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxma müddətinə görə ödənişin edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız 26 iyul 2024-cü il tarixli 3-17/1-H-17156/2024 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.2-ci maddəsində inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Qeyd edilən məsələ ilə əlaqədar məhkəmə icraatı getdiyindən müraciət baxılmamış saxlanılır. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17/2-H-2241/2024 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” iddia tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli 2-1(102)-1134/2022 nömrəli Qərarına aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Həmin Qərarın “işə bərpa” hissəsində icrasını təmin etmək məqsədilə 16 fevral 2023-cü il tarixində görüş üçün Nazirliyə dəvət edilmişdir. Görüş zamanı Nazirliyin 17 dekabr 2019cu il tarixli **********7 nömrəli əmri ilə Nazirlik yanında X6 Xidmətinin 4 saylı region üzrə X6 ləğv edildiyindən əvvəl çalışdığı vəzifəyə analoji olan Xidmətin X1 baş məsləhətçi-baş əmək-müfəttişi vəzifəsi təklif olunmuşdur. Qərarın “işə bərpa edilmə" tələbi üzrə icrasını təmin etmək üçün aşağıdakı sənədlərin təqdim edilməsi xahiş edilir: Ərizə; Kadrlar uçotunun şəxsi vərəqəsi; Tərcümeyi-hal; Şəxsiyyət vəsiqəsinin, diplomatik və ya xidməti pasportun (vardırsa) surəti; Dövlət sosial sığorta şəhadətnaməsinin surəti; Sağlamlıq haqqında arayış (forma 86 A); Şəkil 3x4-2 ədəd, 4x6-2 ədəd; Məhkumluq olmaması barədə arayış. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. X8 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X8 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə 16 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmışdır. İddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı İddiaçı aid hissədə (1.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Lakin hal-hazıradək əmrin ləğv edilməsinin hüquqi nəticələri aradan qaldırılmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarı icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X8 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Odur ki, məhkəmə hesab edir ki, tələbkar (iddiaçı) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) Bakı İnzibati məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar