Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9873/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək cavabdeh 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iddiaçıdan ətraf mühitə atılıan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatını, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatları, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2-TG (hava, su təsərrüfatı, təhlükəli tullantılar) illik statistik hesabatları tələb etməsinin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəyən 1500 manat maddi və 50 000 manat mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh 2024-cü ilin Fevral-Mart ayları ərzində guya iddiaçının vəzifəli şəxsləri tərəfindən ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərini pozulması, cinayət və inzibati xətalar törədilməsi ilə bağlı qərəzli olaraq icraatlara başlayıb, protokollar aktlar tərtib edərək prokurorluğa və məhkəməyə göndərib. Belə ki, cavabdeh guya iddiaçının öz ərazisində 3 ədəd ağacı kəsməsi ilə bağlı akt və protokol tərtib edib və iddiaçının rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün 26 Fevral 2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərib. Lakin Baş Prokurorluqda obyektiv araşdırma zamanı aşkar olunub ki, ağacların kəsilməsi faktının iddiaçıya heç bir aidiyyəti yoxdur. Bununla bağlı Baş Prokurorluqda 05 Aprel 2024cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi qərar çıxarılıb. Bundan başqa cavabdeh ******* saylı 28 Mart 2024-cü il tarixli X4 tərtib edərək iddiaçının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrindənəzərdə tutulan xətaları törətməsi barədə icraata başlayıb, iddiaçının cərimə olunması üçün materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərib. Lakin məhkəmədə iddiaçının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan xətaları törətməsi faktı da öz təsdiqini tapmayıb, buna görə də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 3(005)-756/2024 saylı 19 Mart 2024-cü il tarixli qərarı ilə iddiaçı barəsində inzibati icraata xitam verib. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsi 3(103)-815/2024 saylı xx.xx.2024cü il tarixli qərarı ilə cavabdehin şikayətini təmin etməyib, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-756/2024 saylı 19 mart 2024-cü il tarixli qərarını dəyişdirilmədən saxlayıb Bundan əlavə də cavabdeh qərəzli olaraq 3-14-26/2-375/2024 saylı 15 Mart 2024-cü il tarixli məktubla iddiaçıya qarşı qanunsuz tələblər irəli sürüb. Məktubda cavabdeh imperativ şəkildə ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin mücərrəd tələblərinə istinad edərək ətraf mühitə atılıan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2-TG (hava, su təsərrüfatı, təhlükəli tullantılar) illik statistik hesabatların qısa müddət ərzində idarənizə təqdim edilməsi və razılaşdırılmasıni tələb edir, iddiaçını yenə də cərimə tətbiq ediləcəyi ilə hədələyir. İddiaçı da həmin məktuba cavab olaraq 01 saylı 30 Mart 2024-cü il tarixli məktubla bir daha bildirib ki, o heç bir istehsal və təsərrüfat fəaliyyəti ilə məşğul olmur. Onun fəaliyyəti yalnız mülkiyyətindəki daşınmaz əmlakları icarəyə verməkdən ibarətdir. Bu faktı araşdırmadan belə bir hədə ilə dolu qərəzli tələb irəli sürülməsinin heç bir qanun əsası yoxdur, ERA” ASC-yə qarşı qərəzli münasibət bilavasitə vəzifədən sui-istifadə etməklə həyata keçirilir. Dövlət qurumu sayılan cavabdehin vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı davam edən qərəzli qanunsuz hərəkətlər nəticəsində iddiaçının işgüzar nüfuzuna ciddi zərər dəyib. İddiaçı hakimiyyət səlahiyyətlərinə malik cavabdeh qarşısında özünü müdafiəsiz hesab edir. Öz işgüzar nüfuzuna dəyən zərəri 50 000 (əlli min) manat qiymətləndiririr. İddiaçı qısa müddət ərzindəməruz qaldığı məhkəmə proseslərinə və prokurorluq araşdırmalarına görə vəkilə müraciət etmək məcburiyyətində qalıb və 1500 manat vəkil haqqı ödəməyə məcbur olub. Mülki Məcəlləsinin 21-ci maddəsinəəsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ətraf mühitin mühafizəsi haqqında mövcud qanunvericiliyin tələblərinə əsasən müəssisələr ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmalı və müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabatı ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim etməlidirlər. Qeyd olunanları nəzərə alaraq müəssisə tərəfindən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş “2-TG (hava, su təsərrüfat və təhlükəli tullantılar)” illik statistik hesabatların qısa müddət ərzində İdarəyə təqdim edilərək razılaşdırılması tələb olunur. Qanunvericiliyin tələbinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir və uçot və hesabatları vaxtında təqdim etməyən təsərrüfat subyektləri (müəssisələr) barəsində inzibati araşdırma başlanılacaqdır.
4. 13-19 fevral 2024-cü il tarixli Monitorinq Aktı və “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, MN1765261 nömrəli Protokol iş materiallarına əlavə olunmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Protokola əsasən İddiaçı ASC-nin ərazisində qarışıq tərkibli (bərk məişət, istehsalat) tullantıların atılaraq qalaqlandığı və bəzi hissələrdə yandırıldığı müəyyən edilmişdir. Həmçinin tullantıların qanunamüvafiq idarə olunmadığı müəyyən olunmuşdur. Nəticədə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci və 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-756/2024 nömrəli Qərarı ilə “ERA" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
6. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərara əsasən ünvan 1 ünvanında 2023-cü il dekabr ayınnda Era ASC-yə məxsus olan ərazidə meşə fonduna daxil olmayan üç ədəd Ayland cinsli ağacın qanunsuz kəsilməsi 2880 (iki min səkkiz yüz səksən) manat xeyli miqdarda ziyan vurması faktına görə araşdırılan material üzrə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-815/2024 nömrəli Qərarı ilə inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 3(005)-756/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən tərəflər məhkəmə iclasında iştirak etmir.
II. İddianın mümkünlüyü
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
13. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə tələbin özlüyündə hüquqi müdafiə ehtiyacı yoxdur. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh orqanın qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etmişdir.
14. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 18. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqi
1. Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.
2. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır.
3. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir.
15. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən ətraf mühitin müəssisə monitorinqinə əsasən hesabatın tələb edilməsi qanunvericilikdə nəzərdə tutulduğundan iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil.
16. Məhkəmə qeyd edir ki, müvafiq hesabat nəticəsində qəbul edilən qərar iddiaçının qanunla qorunan hüquqlarına təsir etdiyi təqdirdə inzibati məhkəmə araşdırmasının predmeti ola bilər.
17. Digər tərəfdən məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir.
18. X6 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X5rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X3rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
19. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Protokola əsasən İddiaçı ASC-nin ərazisində qarışıq tərkibli (bərk məişət, istehsalat) tullantıların atılaraq qalaqlandığı və bəzi hissələrdə yandırıldığı müəyyən edilmişdir. Həmçinin tullantıların qanunamüvafiq idarə olunmadığı müəyyən olunmuşdur. Nəticədə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci və 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-756/2024 nömrəli Qərarı ilə “ERA" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərara əsasən ünvan 1 ünvanında 2023-cü il dekabr ayınnda Era ASC-yə məxsus olan ərazidə meşə fonduna daxil olmayan üç ədəd Ayland cinsli ağacın qanunsuz kəsilməsi 2880 (iki min səkkiz yüz səksən) manat xeyli miqdarda ziyan vurması faktına görə araşdırılan material üzrə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-815/2024 nömrəli Qərarı ilə inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 3(005)-756/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Protokol tərtib olunsa da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-756/2024 nömrəli Qərarı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-815/2024 nömrəli Qərarı ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, mübahisələndirilən hal (cavabdehin illik hesabat tələb etməsi) iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır.
22. Tələbin maddi və mənəvi zərərin ödənilməsi hissəsi də həmin tələbdən irəli gələrək subsidiar xarakter daşıyır.
23. Odur ki, iddia mümkün sayılmamalıdır.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan, prosessual xərclərə dair hissə istisna olmaqla 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva