Məhkəmə qərarları › İş №e-2-1(112)-9880/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9880/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9880/2025 26.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏSİ Mübahisənin predmeti İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 1 ha torpaq sahəsinin (reyestr nömrəsi **********21) üzərinə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2- 232026187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 1 ha torpaq sahəsi (reyestr nömrəsi **********21) mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2- 02/3/2-232026187/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsasən, həmin torpaq sahəsi üzərinə məhdudiyyət qoyularaq hər hansı qeydiyyat əməliyyatlarının aparılması, əqdlərin bağlanması qadağan edilmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət edərək, İddiaçı MMC-yə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 1 ha torpaq sahəsinə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2- 02/3/2-232026187/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsasən tətbiq edilmiş hər hansı məhdudiyyətin (həbsin, yüklülüyün) ləğv edilməsini xahiş etmişdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli **********43 saylı məktubu ilə iddiaçının torpaq sahəsinə qoyulmuş məhdudiyyətin AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubuna əsasən götürüləcəyi bildirilmişdir. Hesab edir ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə qərarı olmadan, prokurorluğun məktubu əsasında iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırması qanunsuzdur. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2-232026187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən qadağa qoyulmuşdur. Qeyd edilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəmə iclasında iştirak edən şəxsin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Tədqiq edilmiş sənədlər

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********21 reyestr nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 1 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 12913/2025 **********43 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2- 232026187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən qadağa qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2- 02/3/2-232026187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən qoyulmuş qadağanın ləğvinə dair məktub rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu təqdirdə əmlak üzərinə qoyulmuş məhdudiyyət götürüləcəkdir. Məhkəmənin müvafiq sorğusuna əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-30436/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən 1.0 ha torpaq sahəsinin (reyestr nömrəsi:**********21) üzərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2- 2/02/3/2-232026187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən qoyulmuş qadağa qeydə alınmışdır. Həmin məktuba qoşma edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xədmətinə ünvanlanmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2/02/3/2- 232026187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan xx.xx.1985-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan X1 və hüquqi şəxs İddiaçı MMC-nin xüsusi mülkiyyətində Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakın olubolmaması, müsbət halda gələcəkdə verilə biləvək mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulması barədə məhkəmə qərarı təqdim edilənədək özgəninkiləşdiriməsinin və ya girov qoyulmasının müvəqqəti olaraq məhdudlaşırılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2-02/232026287/2025 №-li məktubdanda bildirilmişdir ki, Baş İdarədə istintaqı aparılmış İddiaçı MMC-nin faktiki rəhbəri xx.xx.1985-ci il təvəllüdlü X2 Azərbaycan Respublikası CM-in 179.4, 213.3, 308.2 və 313-cü maddələr təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2025-ci il tarixli qərarla CM-nin 179.4, 308.2 və 313-cü maddələrinə münasibətdə hissəvi xitam verilmiş, daha sonra sözügedən cinayət işi xx.xx.2025-ci il tarixli qərarla istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində xx.xx.1985-ci il təvəllüdlü X3 və İddiaçı MMC barəsində hər hansı cinayət işinin istintaqı aparılmır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “məlumatın təqdim edilməsi haqqında”xx.xx.2025-ci il tarixli 3-21-2-5/2-14553/2025 №-li məktubundan görünür ki, Baş İdarənin İstintaq və təhqiqat idarəsində İddiaçı MMC (VÖEN: **********) tərəfindən xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı araşdırılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə ********* nömrəli cinayət işi başlanmış və hazırda istintaqı davam etdirilir.

Məhkəmənin mövqeyi

Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəlinən nəticə ilə bağlı aşağıdakı qeyd edir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.3.Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); 8.0.Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. 9.4.Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 13.1.Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 249.1.Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. 249.6.bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən 1 ha torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin əsasını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2- 02/3/2-232026187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu təşkil edir. Halbuki, yuxarıda qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Hazırkı iş üzrə isə iddiaçıya məxsus əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq məktubunda qeyd etmişdir ki, Baş İdarədə istintaqı aparılmış İddiaçı MMC-nin faktiki rəhbəri xx.xx.1985-ci il təvəllüdlü X2 təqsirləndirildiyi nömrəli cinayət işi üzrə icraata xx.xx.2025-ci il tarixli qərarla hissəvi xitam verilmiş, daha sonra sözügedən cinayət işi xx.xx.2025-ci il tarixli qərarla istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində xx.xx.1985-ci il təvəllüdlü X3 və İddiaçı MMC barəsində hər hansı cinayət işinin istintaqı aparılmır. Göründüyü kimi hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində X3 və İddiaçı MMC barəsində hər hansı cinayət işinin istintaqı aparılmır. Məhkəmə hesab edir ki, hal-hazırda mənzil üzərinə məhdudiyyətin qoyulmasını təsdiq edən sənədlər olmadığından cavabdehin əsassız olaraq torpaq sahəsi üzərində məhdudiyyəti saxlamaqda nümayiş etdirdiyi hərəkətlər qanuna ziddir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Belə olan halda aydındır ki, cavabdehin məktuba əsaslanaraq mübahisəli əmlaka dair məhdudiyyəti qeydə alması əsaslı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2071/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, əmlak üzərində həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2 - 177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər (CPM-in 248.1.1; 249.2; 249.5-ci maddələri). Hazırkı halda, iddiaçı, cavabdeh tərəfindən əmlak üzərində CPM-in müddəalarına uyğun həbs qərarı olmadan onun mülkiyyət hüququnun məhdudlaşdırılması halına istinad edir ki, bu halda, işə baxan aşağı instansiya məhkəmələri cavabdehin inzibati orqan kimi hərəkətlərinin qanuniliyinə qiymət verməlidirlər. Başqa sözlə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh yalnız daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar olmadan inzibati orqan daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması ilə bağlı hərəkətlər həyata keçirirsə, bu halda mülkiyyətçinin həmin hərəkətlərin qanuniliyini mübahisələndirmək imkanları da mövcuddur. Belə ki, cavabdeh hər bir inzibati orqan kimi fəaliyyətində qanunun müddəalarını rəhbər tutmaqla hərəkət etməlidir. Bu növ iddia isə İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi CPM-in 253-cü maddəsi isə hazırkı hala şamil edilə bilməz. Belə ki, həmin maddəyə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilən maddə o halda tətbiq oluna bilər ki, əmlak üzərində həbsin əsasında CPM-in 249-cu maddəsinə uyğun məhkəmə və ya müstəntiqin qərarı dayansın. Hazırkı işin hallarında isə belə bir qərarın mövcudluğu müəyyən olunmur. Göründüyü kimi Ali Məhkəmə məhkəmə və müstəntiqin qərarının mövcud olmadığı halda əmlak üzərində məhdudiyyətin məktub əsasında qoyulmasına dair iddiaya münasibətdə mövqe nümayiş etdirmiş ki, məhkəmə həmin mövqe nəzərə alınmaqla da hesab edir ki, məhdudiyyətin qoyulmasına dair cavabdehin hərəkətləri qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 1 ha torpaq sahəsinin (reyestr nömrəsi **********21) üzərinə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2-232026187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 1 ha torpaq sahəsinin (reyestr nömrəsi **********21) üzərinə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2- 232026187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar