Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1567/2022 03.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı avtomobilin texniki baxışdan keçirilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Volkswagen Passat” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin tətbiq edilmiş cərimələr ödənilmədən texniki baxışdan keçirilməsi və cəriələrin tətbiq edilməsi ilə vurulmuş ziyana görə 405 manat kompensasiyanın cavabdehdən ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan “Volkswagen Passat” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmək üçün Gəncə RQİTBŞ-nə müraciət etmiş, sonuncu tərəfindən avtomobilə yazılmış cərimələr ödənilmədən texniki baxışdan keçirməkdən imtina edilmişdir. Avtomobil texniki baxışdan küçirilmədiyinə görə hər 20 gündən bir 45 manat cərimə yazılmışdır. Bununla da həm maddi həm mənəvi ziyana məruz qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, tələb etdiyi məbləğ avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı tətbiq edilmiş cərimə məbləğləridir, həmin məbləğ ödənilməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəahdətnaməsindən görünür ki, “Volkswagen Passat” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. -surəti işə əlavə edilmiş etibarnamədən görünür ki, X2 tərəfindən “Volkswagen Passat” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə, bağışlamaq, sərəncam vermək və s. dair iddiaçıya etibar edilmişdir. -surəti işə əlavə edilmiş Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli 2134-1222 nömrəli məktubundan görünür ki, “Volkswagen Passat” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə tətbiq edilmiş cərimələr ödənmilmədən avtomobilin texniki baxışdan keçirilməsindən imtina edilmişdir. -Baş X4 İdarəsi tərəfindən surətləri məhkəməyə göndərilmiş elektron qərarlardan görünür ki, “Volkswagen Passat” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2020-2022-ci illər üzrə müxtəlif vaxtlarda İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə ümumilikdə 17 dəfə cərimə tətbiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçının istifadəsində olan “Volkswagen Passat” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə tətbiq edilmiş cərimə məbləğləri iddiaçı və yaxud avtomobilin mülkiyyətçisi tərəfindən ödənilməmiş, iddiaçı həmin məbləğ ödənilmədən avtomobilin texniki baxışdan keçirilməsinə cəhd göstərsə də cavabdeh bundan imtina etmiş, nəticə etibarilə hər 20 gündən bir avtomobilə xüsusi texniki vasitələrlə aparılmış məlumatlar əsasında cərimələr tətbiq edilmişdir. İddiaçı hazırda avtomobilə tətbiq edilmiş cərimələr ödənilmədən texniki baxışdan keçirilməsini və tətbiq edilmiş cərimə məbləğlərinin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunur ki, Nəqliyyat vasitələrinin qeydiyyatı, texniki baxışdan keçirilməsi, inzibati xətaya görə tənbeh tədbirləri və s. hərəkətlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin qanunun icrasını təmin etmək məqsədilə qəbul edilmiş digər normativ aktlarla, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə tətbiq edilir. Həmin Məcəllənin 339-cu maddəsinə “qeyd”-ə əsasən şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinin Vİ-İ hissəsinə görə nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinin texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi; 2) texniki baxışın fasiləsiz olaraq keçirilməsi; 3) texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi; 4) dövlət rüsumunun, bu Qanunun 30-cu maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan inzibati cərimənin, verginin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi. Həmin Qanunun 30-cu maddəsinin Vİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Qeyd olunan normalardan görünür ki, avtomobilin texniki baxışdan keçirilməsi üçün mülkiyyətçi və yaxud sərəncam vermək hüququ olan digər şəxs tərəfindən inzibati xəta ilə bağlı tətbiq edilmiş cərimənin ödənilməsini təsdiq edən sübut təqdim edilməlidir. Odur ki, cavabdeh orqanın hazırki mübahisə üzrə imtinası qanunun tələblərindən irəli gəlir. Məhkəmə iddianın kompensasiyanın ödənilməsi hissəsini də əsaslı hesab etmir və qeyd edir ki, tələb olunan məbləğ inzibati xəta ilə bağlı tətbiq edilmiş cərimə məbləği olduğundan və həmin məbləğin tətbiqi əsasını təşkil edən qərarlar qüvvədə olduğundan, habelə iddiaçı həmin məbləği ödəmədiyindən və iddiaçının qeyd olunan məbləğ həddində ziyana məruz qalması qanunun tələblərindən irəli gəldiyindən iddia həmin hissədə də əsaslı hesab edilə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı avtomobilin texniki baxışdan keçirilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1567/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1567/2022
03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver