Məhkəmə qərarları › İş №e-2-1(114)-308/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-308/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-308/2023 19.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Firuddun oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********690200 və **********308400 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2004-cü il tarixdə ********** VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə Şahid1 tərəfindən 20.000 manat məbləğində avans ödənişi, xx.xx.2021-ci il tarixdə Şahid2 MMC tərəfindən 23.800 manat avans ödənişi iddiaçının subhesabına köçürülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra mətndə - cavabdeh) xx.xx.2022-ci il tarixli, **********690200 nömrəli qərarına əsasən, 2021-ci ilin oktyabr ayı hesabat dövrü üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması üzrə 18.593,56 manat məbləğində əlavə vergi hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********308400 nömrəli qərarına əsasən 2021-ci ilin avqust ayı hesabat dövrü üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması üzrə 23.800 manat məbləğində əlavə vergi hesablanmışdır. Həmin qərarla razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə (müvafiq poçt xidmətinə təqdim etmişdir) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********690200 və **********308400 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, hazırda fəaliyyətini dayandırmışdır. xx.xx.2021-ci il tarixdə fərdi sahibkar Şahid1 tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 20.000 manat ƏDV məbləği, xx.xx.2021-ci il tarixdə isə Şahid2 MMC tərəfindən 23.800 manat ƏDV məbləği ödənilmişdir. Qeyd olunan proses vergi orqanı tərəfindən vergi tutulan əməliyyat kimi qiymətləndirilmiş və cavabdehin xx.xx.2022-ci il tarixli, **********690200 nömrəli qərarına əsasən, 2021-ci ilin oktyabr ayı üzrə 18.593,56 manat ƏDV və xx.xx.2022-ci il tarixli, **********308400 nömrəli qərarına əsasən 2021-ci ilin avqust ayı üzrə 23.800 ƏDV məbləği hesablanmışdır. İlk növbədə, iddiaçı ilə fərdi sahibkar Şahid1 və Şahid2 MMC arasında hər hansı vergi tutulan əməliyyat baş verməmiş, sonuncuya mal, iş, xidmət təqdim olunmamışdır. Təsadüfi deyildir ki, qeyd olunan dövr üzrə bank hesabına da hər hansı vəsait daxil olmamışdır. Mübahisə predmeti olan pul vəsaiti yanlışlıqda onun hesabına ödənilmiş və dövlət büdcəsinə olan vergi borcuna silinmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisələndirilən qərarların qəbul edilməsilə nəticələnən inzibati icraat düzgün aparılmamış və inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prosessual qaydalara əməl edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə 2021-ci ilin avqust və oktyabr ayları üzrə vergi bəyannamələri təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamələr üzrə çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı iddiaçıdan əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı iştirakı olmadan aparmış və nəticədə bəyannamələri qəbul etməyərək mübahisələndirilən qərarları qəbul etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair xx.xx.2022-ci il tarixli, **********824800 nömrəli etirazını təqdim etmişdir. Etirazında bildirir ki, kameral vergi yoxlaması zamanı təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0,00 manat məbləğ, hesabat dövrü ərzində vergi ödəyicisinin ƏDV depozit hesabına 23.800,0 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 132 222,22 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 23.800,00 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 132.222,22 manat məbləğdən 132.222,22 manat az göstərilməsi müəyyən edilmişdir. Bundan əlavə kameral vergi yoxlaması zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 43800,0 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1406,44 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 42.393,56 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********325200 nömrəli və xx.xx.2021-ci il tarixli **********580300 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat məktubunun təqdim olunmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 377-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin avqust ayı üçün 23800,0 manat, 2021-ci ilin oktyabr ayı üçün 18593,56 manat hesablama aparılmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********165300 nömrəli və xx.xx.2022-ci il tarixli **********423400 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı həmin qərarlardan yuxarı vergi orqanına şikayət vermiş, Dövlət Vergi Xidmətinin **********424200 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən həmin dövrlər üzrə 0 göstərici ilə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Həmin bəyannamələr üzrə kameral vergi yoxlaması keçirilən zaman bir sıra kənarlaşmalar yaranmış, bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, yaranmış uyğunsuzluqların aradan qaldırılaraq həmin dövrlər üzrə dəqiqləşmiş hesabatların vergi orqanına təqdim olunması ondan tələb olunmuşdur. Lakin vergi ödəyicisi həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim etməmişdir. Bu səbəbdən də vergi ödəyicisinin 2021-ci ilin avqust və oktyabr ayı üzrə ƏDV-si yenidən hesablanaraq vergi ödəyicisinin hazırda mübahisələndirdiyi qərarlar qəbul edilmişdir. İddiaçı ərizəsində onunla fərdi sahibkar Şahid1 və "xxxx" MMC arasında hər hansı vergi tutulan əməliyyatın baş vermədiyini, onlara onun tərəfindən mal, iş, xidmət təqdim olunmadığını, həmin dövr üzrə bank hesabına da hər hansı vəsaitin daxil olmadığını, mübahisə predmeti olan pul vəsaitinin yanlışlıqla onun hesabına ödənildiyini və dövlət büdəsinə olan vergi borcuna silindiyini qeyd edir. İddiaçının qeyd etdikləri ilə razılaşmayaraq bildiririk ki, iddiaçının şikayəti üzrə inzibati icraat aparılan zaman İddiaçı nümayəndəsi-mühasibi X3 araşdırmaya izahat təqdim etmiş, həmin izahatda qeyd olunan əməliyyatların aparıldığını qəbul etmişdir (qarşı tərəflərin, yəni Şahid1 və "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında vəsait olduğu üçün ƏDV məbləğlərinin ödənildiyini, sonradan fərdi sahibkara kameral vergi yoxlaması ilə hesablama aparıldığı üçün borc yarandığını, bank hesablarında sərəncam olduğu üçün əsas məbləğlərin ödənilməsinin təxirə salındığını, hesablanmış vergi məbləğləri ləğv edildikdən sonra əsas məbləğlərin qarşı tərəflərdən ödenilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir). Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq təqdim olunmuş izahatda vergi ödəyicisinin nümayəndəsi əməliyyatların həyata keçirildiyini qəbul etmiş, malların dəyərinin bank hesabı ilə ödənilmədiyinin səbəbini hesablarda olan sərəncamlarla və o sərəncamların kameral vergi yoxlaması nəticəsində yaranmış borcla əlaqələndirmişdir. Halbuki iddiaçıya kameral vergi yoxlaması ilə hesablanmış borc məbləği qeyd olunan məbləğlərlə bağlı olmuşdur. İddiaçı iddia ərizəsində həmçinin mübahisələndirilən qərarların qəbul edilməsi ilə nəticələnən inzibati icraatın düzgün aparılmadığını, inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prosessual qaydaya əməl edilmədiyini, tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin avqust və oktyabr ayları üzrə vergi bəyannamsənin təqdim edildiyi, lakin inzibati orqanın həmin bəyannamələr üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı ondan əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı onun iştirakı olmadan apardığını qeyd edir. İddiaçının bu dəlili ilə bağlı cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il avqust və oktyabr ayları ƏDV üzrə dəqiqləşmiş hesabatlar təqdim edilmişdir. Həmin hesabatların kameral qaydada yoxlanılması zamanı hesabatlarda uyğunsuzluqlar müəyyən olunmuş və bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, vergi ödəyicisinin təqdim etdiyi 2021-ci il avqust ayı ƏDV bəyannaməsində, eləcə də 2021-ci ilin oktyabr ƏDV bəyannaməsində mövcud olan problemlər qeyd olunmuş, təqdim olunmuş bəyannamələr üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuş, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinin yenidən hesablalamaq hüququnun olduğu vergi ödəyicisinin diqqətinə çatdırılmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli nömrəli əlverişsiz inzibati aktların ləğvi məqsədini güdür. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Hazırkı mübahisə cavabdehin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablabması barədə» 01sentyabr 2022-ci il tarixli, **********690200 nömrəli və **********308400 qərarlarının ləğvi ilə bağlıdır. Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Yuxarıda istinad olunan normaya görə, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin Maddə 13.2.40.3. ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Maddə 153. Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair xx.xx.2015-ci il tarixli Qərarının 3-cü bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDVnin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır. “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı: 1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. 1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra-alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra -satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının ƏDV depozit hesabına Şahid1 tərəfindən 20.000 manat, xx.xx.2021-ci il tarixdə isə Şahid2 MMC tərəfindən 23.800 manat ödənilmişdir. Həmin məbləğlər 2021-ci ildə iddiaçı tərəfindən təqdim edilən bəyannamələrdə əks olunmamış, bu səbəbdən əlavə kameral vergi yoxlaması zamanı iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********325200 nömrəli və xx.xx.2021-ci il tarixli **********580300 nömrəli məktub göndərilmiş, lakin təsdiqedici sənədlər təqdim edilmədiyi üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin avqust ayı üçün 23.800 manat, 2021-ci ilin oktyabr ayı üçün 18.593,56 manat hesablama aparılmış Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablabması barədə» xx.xx.2021-ci il tarixli, **********165300 nömrəli və xx.xx.2022-ci il tarixli, **********423400 nömrəli qərarlar qəbul olunmuşdur. Həmin qərarlardan verilmiş şikayət üzrə inzibati araşdırma zamanı yaranmış kənarlaşmaların Şahid1 və Şahid2 MMC ilə əlaqədar olması, fərdi sahibkarın ƏDV-nin sub-uçot hesabına qeyd edilən ƏDV məbləğlərinin ödənildiyi, lakin bankda olan hesablaşma hesablarının araşdırılması zamanı qeyd olunan məbləğlərinin əsas məbləğlərinin ödənilmədiyi müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin **********424200 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı həmin dövrlər üzrə 0 göstərici ilə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş, həmin bəyannamələr üzrə kameral vergi yoxlaması keçirilən zaman bir sıra kənarlaşmalar yaranmış, bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, yaranmış uyğunsuzluqların aradan qaldırılaraq həmin dövrlər üzrə dəqiqləşmiş hesabatların vergi orqanına təqdim olunması ondan tələb olunmuşdur. Lakin vergi ödəyicisi həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim etməmişdir. Bu səbəbdən də vergi ödəyicisinin 2021-ci ilin avqust və oktyabr ayı üzrə ƏDV-si yenidən hesablanaraq vergi ödəyicisi tərəfindən hazırda mübahisələndirdiyi qərarlar qəbul edilmişdir. Həmçinin o da, qeyd olunmalıdır ki, iddiaçının şikayəti üzrə aparılmış icraat aparılan zamanı iddiaçının mühasibi X3 izahatında qeyd olunan əməliyyatların aparıldığını qəbul etmiş, Şahid1 və "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında vəsait olduğu üçün ƏDV məbləğlərinin ödənildiyini, sonradan fərdi sahibkara kameral vergi yoxlaması ilə hesablama aparıldığı üçün borc yarandığını, bank hesablarında sərəncam olduğu üçün əsas məbləğlərin ödənilməsinin təxirə salındığını, hesablanmış vergi məbləğləri ləğv edildikdən sonra əsas məbləğlərin qarşı tərəflərdən ödenilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablabması barədə» xx.xx.2022-ci il tarixli **********690200 və **********308400 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar