Məhkəmə qərarları › İş №e-2-1(116)-1711/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1711/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1711/2022 24.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh MMC-yə qarşı ”sənədlərin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdehndən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin 01 yanvar 2019-cu il tarixdən 01 fevral 2022-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərini, o cümlədən qeyd edilən dövr üzrə mühasibat kitabları, uçot registrləri və dövriyyə cədvəlləri, malların istehsalı (hasilatı) ilə bağlı ilkin sənədləri, mal (iş, xidmətin) alınması və təqdim edilməsinə dair müqavilələr, mal (iş, xidmətin) alınması və təqdim edilməsinə dair qaimə-fakturalar, elekron vergi hesab - fakturaları, elektron qaimə fakturalar, alış aktları, təhvil-təslim aktları, əmtəə nəqliyyat qaimələri, qaimə fakturaya əlavələr, mal-materialın hərəkətini təsdiq edən sənədlər (aylar üzrə material hesabatları) və digər sənədlər, 01 yanvar 2019-cu il, 01 fevral 2019-cu il və 01 fevral 2022-ci il tarixlərə mal qalığı barədə məlumatlar (hər bir mal üzrə miqdar, məbləğ göstərilməklə), nəzarət kassa aparatlarının aylar üzrə hesabatları, malların daşınmasını və çatdırılmasını təsdiq edən sənədlər, işçilərlə bağlanmış əmək müqavilələrinin elektron bazaya daxil edilməsi bildirişləri, əmək haqqı cədvəlləri, ştat cədvəlləri və s. analoji sənədlər, vəkalətnamələr, bank, çek və xəzinə sənədləri, pul vəsaitinin, debitor və kreditorların qalığı və hərəkətinə dair sənədlər, gömrük rəsmiləşdirilməsi sənədləri, əmlak və torpağa dair mülkiyyət sənədləri, tikinti işlərinin apanlmasına dair bağlanmış müqavilələr, görülmüş işlərin təsdiq edilmiş smeta, Forma 2, Forma 3, təhvil-təslim aktları, material silgilərinə dair ilkin sənədlər, icarə müqavilələri, vergilərin hesablanmasına aid digər ilkin sənədlər və elektron faylların götürülməsinə dair” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - 14 saylı Ərazi Vergilər İdarəsinin 02 mart 2022-ci il tarixli, **********154913 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarı ilə Cavabdehndə (VÖEN **********) 01 fevral 2019-cu il tarixdən 01 fevral 2022-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və təyin edilmiş səyyar vergi yoxlamasının 03 mart 2022-ci il tarixdə başlanılması nəzərdə tutulmuşdur. Səyyar vergi yoxlamasının başlaması ilə əlaqədar yoxlayıcılar 03 mart 2022-ci il tarixdə vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvana - Qazax rayonu, Daş Salahlı kəndinə getmiş, lakin Cavabdehn həmin ünvanda, yəni Qazax rayonu, Daş Salahlı kəndində olmadığı və fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar yoxlayıcılar tərəfindən 03 mart 2022-ci il tarixli imtina aktı tərib edilmiş və Qazax rayonu İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsindən 03 mart 2022-ci il tarixli, 1120/422 nömrəli arayış alınmışdır. Vergi orqanının məlumat bazasına əsasən Cavabdeh tərəfindən Qazax rayonu, Daş Salahlı kəndindəki təsərrüfat subyekti (obyekti) Qazax rayonu, Daş Salahlı kənd sakini X1 icarəyə götürüldüyü üçün X1 müvafiq izahat alınmışdır. X4 təqdim etdiyi 03 mart 2022-ci il tarixli izahatında özünə məxsus Qazax rayonu, Daş Salahlı kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən ferma tikilisini aylıq 1000 (min) manat icarə haqqı müqabilində 01 avqust 2019-cu il tarixdə 1 (bir) il müddətinə “Assa Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verdiyini, razılaşmaya əsasən icarə haqqı məbləğini 3 ay ərzində hər ay 300,00 (üç yüz) manat olmaqla Cavabdeh nümayəndəsindən əlbə-əl götürdüyünü, icarə müqaviləsinin müddətinin 3 ay çəkdiyini və bundan sonra həmin şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Cavabdeh faktiki olaraq Qazax rayonu, Daş Salahlı kəndində olmadığı və həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən edildiyi üçün idarənin 02 mart 2022-ci il tarixli, **********154913 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarının surəti, təyin edilmiş səyyar vergi yoxlamasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması barədə 02 mart 2022-ci il tarixli, KY seriyalı ********* nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış və 03 mart 2022-ci il tarixli, **********154940 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə 03 mart 2022-ci il tarixli, **********263900 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına - ünvan 6işdir. Həmçinin idarənin əməkdaşları tərəfindən tərtib edilmiş 03 mart 2022-ci il tarixli imtina aktı, Qazax rayonu İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 03 mart 2022-ci il tarixli, 1120/422 nömrəli (AVİS-də qeydiyyat nömrəsi: **********815600) arayışının və Qazax rayonu, Daş Salahlı kənd sakini X2 izahatının surəti 05 mart 2022-ci il tarixli, **********786600 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına - ünvan 6işdir. Göstərilənləri nəzərə alaraq Cavabdehndə təyin olunmuş növbədənkənar səyyar vergi yoxlamasını cəmiyyətin rəhbəri X8 bildirmək üçün 03 mart 2022-ci il tarixdə hüquqi şəxsin vergi orqanının məlumat bazasında olan ***-***-**-** nömrəli mobil telefona yoxlayıcılar tərəfindən zəng edilmişdir. Telefon zənginə cavab verən şəxs - cəmiyyətin rəhbəri X10 hal-hazırda Bakı şəhərində olduğunu və 05 mart 2022-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinə gələcəyini bildirmişdir. Lakin, Cavabdeh rəhbəri X10 05 mart 2022-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinə gəlməmiş, ondan sonra yoxlayıcılar tərəfindən dəfələrlə zənglər edilməsinə baxmayaraq telefon zənglərinə cavab verməmiş, səyyar vergi yoxlamasının keçirilməsi üçün müvafiq şərait yaradılmamış və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh rəhbəri X7 tapılması, səyyar vergi yoxlamasının keçirilməsi üçün şərait yaradılması və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün 10 mart 2022-ci il tarixli, **********376600 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 16 mart 2022-ci il tarixli, **********138200 nömrəli xidməti məktubla 16 mart 2022-ci il tarixdə Cavabdeh rəhbəri X7 tapılmasının təmin edildiyi, onun araşdırmaya təqdim etdiyi yazılı izahatında 17 mart 2022-ci il tarixdə aidiyyəti üzrə 14 saylı Ərazi Vergilər İdarəsinə gedərək yoxlamanın keçirilməsinə lazımi şərait yaradacağını bildirdirdiyi, bundan əlavə adı qeyd olunan cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş 20 may 1965-ci il təvəllüdlü X3 (FİN:2X2GO4T) istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi əldə olunaraq onunla da əlaqə yaradıldığı və yaranmış zərurətlə bağlı həmin İdarəyə getməsinin vacibliyi barədə xəbərdar edildiyi bildirilmişdir. Bununla əlaqədar olaraq X10 17 mart 2022-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinə gəlmiş və təqdim etdiyi izahatında Cavabdeh rəhbərliyinin onun tərəfindən formal olaraq həyata keçirildiyini, görülən işlərdən heç bir məlumatının olmadığını və bütün işlərin Hüseyn adlı şəxs tərəfindən həyata keçirildiyini bildirmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən yenidən 18 mart 2022- ci il tarixli, **********218500 nömrəli xidməti məktubla X3 təqdim etdiyi izahatda Cavabdeh işlərinin onun tərəfindən həyata keçirildiyini, X7 bu işlərlə bağlı heç bir anlayışının olmadığını və 18 mart 2022-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinə gedəcəyini bildirdiyi bildirilmişdir. X6 18 mart 2022-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinə gəlmiş və təqdim etdiyi izahatda 14 saylı Ərazi Vergilər İdarəsinə gələn zaman Cavabdehnə aid heç bir sənəd gətirmədiyini, hazırlıqsız gəldiyi üçün təkrar olaraq 28 mart 2022-ci il tarixdə cəmiyyətə aid bütün sənədləri götürüb 14 saylı Ərazi Vergilər İdarəsinə gəlməyi öhdəsinə götürmüşdür. Yoxlayıcılar tərəfindən 28 mart 2022-ci il tarixdə, saat 09:40-da X5 məxsus ***-***- **-** mobil telefon nömrəsinə zəng edildikdə o, cəmiyyətə aid sənədləri tapa bilmədiyini, sənədlərin tapılması üçün əlavə olaraq ona 2-3 gün vaxt lazım olduğunu və sənədləri toplayan kimi 14 saylı Ərazi Vergilər İdarəsinə gələcəyini bildirmişdir. Göstərilənlərlə bağlı yoxlayıcılar tərəfindən 28 mart 2022-ci il tarixli imtina aktı tərtib edilmiş və tərtib edilmiş imtina aktı 28 mart 2021-ci il tarixli, **********251400 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına - ünvan 6işdir. Vergi ödəyicisinə göndərilmiş 03 mart 2022-ci il tarixli, **********154940 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamədə sənədlərin təqdim edilməsi üçün nəzərdə tutulan müddət 31 mart 2022-ci il tarixdə başa çatdığı üçün həmin gün yenə də yoxlayıcılar tərəfindən X5 məxsus ***-***-**- ** nömrəli mobil telefona dəfələrlə zənglər edilməsinə baxmayaraq X6 tərəfindən telefon zənglərinə cavab verilməmiş və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması təmin edilməmişdir. Yoxlayıcılar tərəfindən bununla bağlı 31 mart 2020-ci il tarixli imtina aktı tərtib edilmişdir və tərtib edilmiş 31 mart 2020-ci il tarixli imtina aktı 01 aprel 2022-ci il tarixli, **********584200 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına, 01 aprel 2022-ci il tarixli, **********598700 nömrəli məktubla cəmiyyətin rəhbəri Zaur Səfərovun yaşadığı ünvana və 01 aprel 2022-ci il tarixli, **********585900 nömrəli məktubla cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş Hüseyn İbrahimovun yaşadığı ünvana göndərilmişdir. Göstərilənlərə baxmayaraq cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş X6 tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün müvafiq şərait yaradılmamış və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş X6 tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün şərait yaradılması və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün yenidən 04 aprel 2022-ci il tarixli, **********610400 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 08 aprel 2022-ci il tarixli, **********082500 nömrəli xidməti məktubla Cavabdeh fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirdiyi müəyyən olunmuş 20 may 1965-ci il təvəllüdlü X6 (FİN: 2X2G04T, əlaqə nömrəsi: ***-***-**-**) ilə əlaqə yaradıldığı, müvafiq sənədlərin yoxlamaya təqdim edilməsinin zəruri olduğunun ona izah edildiyi və X3 yaxın zaman ərzində yoxlamanın keçirilməsinə lazımi şəraitin yaradacağını bildirdiyi bildirilmişdir, Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün 15 aprel 2022-ci il tarixli, **********156416 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar çıxarılmışdır. Əlaqə saxlamaq mümkün olmadığı üçün idarənin 15 aprel 2022-ci il tarixli, **********156416 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərarı 15 aprel 2022-ci il tarixli, **********521800 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına və 15 aprel 2022-ci il tarixli, **********577500 nömrəli məktubla cəmiyyətin rəhbəri Zaur Səfərovun yaşadığı ünvana göndərilmişdir. Əlaqə saxlamaq və sənədlərin götürülməsi mümkün olmadığı üçün yoxlayıcılar tərəfindən 21 aprel 2022-ci il tarixli, **********156767 nömrəli Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt tərtib edilmişdir. Tərtib edilmiş 21 aprel 2022-ci il tarixli, **********156767 nömrəli Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt 21 aprel 2022-ci il tarixli, **********459700 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına və 21 aprel 2022-ci il tarixli, **********465600 nömrəli məktubla cəmiyyətin rəhbəri Zaur Səfərovun yaşadığı ünvana göndərilmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - vergi ödəyicisnin qeydiyyatı haqqında məlumatdan görünür ki, Cavabdeh (VÖEN: **********) ünvanı ünvan 7zrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Qazax rayonu Daş Salahlı kəndində fəaliyyət göstərmir. - Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********154913 nömrəli qərardan görünür ki, "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019 – yanvar 2022 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlması təyin edilmişdir. - sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq subyekti - "xxxx" MMC, yoxlamanın müddəti xx.xx.2022-xx.xx.2022, yoxlanılan dövr – xx.xx.2019 - xx.xx.2022, yoxlamanın predmeti vergi qanunvericiliyinə əməl olunması (operativ vergi nəzarəti istisna olmaqla), yoxlamanın növü növbədənkənar səyyar vergi yoxlması, yoxlamanın tipi - plandankənar qeyd edilmişdir. - vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, hazırkı tələbdə qeyd edilmiş sənədlərin 15 iş günü müddətində, yəni xx.xx.2022-ci il tarixədək təqdim edilməsi "xxxx" MMC-dən tələb edilmişdir. - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli xidməti məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin rəhbəri X10 xx.xx.2022-ci il tarixdə tapılmış və o, araşdırmaya təqdim etdiyi yazılı izahatında xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə 14 saylı Ərazi Vergilər İdarəsinə gedərək yoxlamanın keçirilməsinə lazımı şərait yaradılacağını bildirmişdir. Bundan başqa müəssisənin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş xx.xx.1965-ci il təvəllüdlü X3 (FİN:2X2GO4T) istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi əldə olunaraq onunla əlaqə yaradılmış və yaranmış zərurətlə bağlı həmin İdarəyə getməsinin vacibliyi barədə xəbərdar edilmişdir. - xx.xx.2022-ci il tarixdə X10 tərəfindən yazılmış izahatından görünür ki, ona "xxxx" MMC-də xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edildiyi bildirilmiş, Zaur Səfərov, formal olaraq həmin müəssisənin direktoru olmasını, müəssisənin bütün fəaliyyətinə faktiki olaraq “Hüseyn” adlı şəxsin rəhbərlik etdiyini bildirmişdir. - xx.xx.2022-ci il tarixdə X6 tərəfindən yazılmış izahatdan görünür ki, o, "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirdiyini, Zaur Səfərovun bu məsələlərdən məlumatı və anlayışının olmamasını, təyin edilmiş növbədənkənar səyyar vergi yoxlamasının predmetinə aid maliyyə-mühasibatlıq sənədlərinin özündə olmasını, bu barədə 14 saylı Ərazi Vergilər İdarəsinin yoxlamanın keçirilməsi həvalə olunmuş əməkdaşına telefon zəngi zamanı məlumat verməsini, vergi orqanının çağırışlarına gedəcəyini, xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərində yerləşən 14 saylı Ərazi Vergilər İdarəsinə gedərək təyin olunmuş yoxlama ilə bağlı tələb olunan müvafiq sənədləri təqdim edəcəyini bildirmişdir. - xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, X6 xx.xx.2022-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinə gəlmiş, "xxxx" MMC-yə aid heç bir sənəd gətirmədiyini bildirmiş, xx.xx.2022-ci il tarixdə cəmiyyətə aid bütün sənədləri götürüb təkrar gələcəyini bildirmişdir. xx.xx.2022-ci ildə onunla telefon əlaqəsi saxlanılmış, o, cəmiyyətə aid sənədləri tapa bilmədiyini sənədlərin tapılması üçün 2-3 gün vaxt lazım olmasını, sənədləri toplayan kimi gələcəyini bildirmişdir. - xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, X6 tərəfindən vergi orqanına tələb edilən sənədlər təqdim edilməmişdir. - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli, **********156416 nömrəli qərardan görünür ki, hazırkı tələbdə qeyd edilən sənəd və materialların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. - Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli, **********156767 nömrəli aktdan görünür ki, X8 Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli, **********156416 nömrəli qərar təqdim edilərək tələbdə qeyd edilən sənəd və materialların təqdim edilməsi təklif edilmiş, lakin, Zaur Səfərov tələb olunan sənədlərin onda olmadığını bildirmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - tələbdə qeyd edilən sənəd və materialların cavabdehdən götürülərək özünə təqdim edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq. Vergi Məcəlləsi: Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Maddə 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Maddə 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Maddə 43.2. Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Maddə 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154913 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması təyin edilmiş, Vergi Məcəlləsinin 42-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə təqdim edilmişdir. İddiaçı, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156416 nömrəli qərar qəbul etmiş və həmin qərarda cavabdehdən yoxlanılan dövr – xx.xx.2019 - xx.xx.2022 olmaqla səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməli olması göstərilmişdir. Cavabdeh, tələb edilən sənədləri vergi orqanına təqdim etmədiyindən “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” xx.xx.2022-ci il tarixli, **********156767 nömrəli akt tərtib edilmişdir. İşdə olan "xxxx" MMCnin rəhbəri X10 və cəmiyyətə faktiki rəhbərliyi həyata keçirmiş X6 tərəfindən yazılmış izahatlardan görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-dən tələbdə qeyd edilmiş sənəd və materialların tələb edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun məlumatlandırma həyata keçirilmiş, buna baxmayaraq ötən müddət ərzində cavabdeh tərəfindən həmin sənədlərin və materialların təqdim edilməsi təmin edilməmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-530/2021 nömrəli qərarında oxşar inzibati mübahisəyə hüquqi qiymət verilmişdir). Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********154913 nömrəli qərar ilə keçirilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan 01 yanvar 2019-cu il tarixdən 01 fevral 2022-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərini, o cümlədən qeyd edilən dövr üzrə mühasibat kitabları, uçot registrləri və dövriyyə cədvəlləri, malların istehsalı (hasilatı) ilə bağlı ilkin sənədləri, mal (iş, xidmətin) alınması və təqdim edilməsinə dair müqavilələr, mal (iş, xidmətin) alınması və təqdim edilməsinə dair qaimə-fakturalar, elekron vergi hesab fakturaları, elektron qaimə fakturalar, alış aktları, təhvil-təslim aktları, əmtəə nəqliyyat qaimələri, qaimə fakturaya əlavələr, mal-materialın hərəkətini təsdiq edən sənədlər (aylar üzrə material hesabatları) və digər sənədlər, 01 yanvar 2019-cu il, 01 fevral 2019-cu il və 01 fevral 2022-ci il tarixlərə mal qalığı barədə məlumatlar (hər bir mal üzrə miqdar, məbləğ göstərilməklə), nəzarət kassa aparatlarının aylar üzrə hesabatları, malların daşınmasını və çatdırılmasını təsdiq edən sənədlər, işçilərlə bağlanmış əmək müqavilələrinin elektron bazaya daxil edilməsi bildirişləri, əmək haqqı cədvəlləri, ştat cədvəlləri və s. analoji sənədlər, vəkalətnamələr, bank, çek və xəzinə sənədləri, pul vəsaitinin, debitor və kreditorların qalığı və hərəkətinə dair sənədlər, gömrük rəsmiləşdirilməsi sənədləri, əmlak və torpağa dair mülkiyyət sənədləri, tikinti işlərinin apanlmasına dair bağlanmış müqavilələr, görülmüş işlərin təsdiq edilmiş smeta, Forma 2, Forma 3, təhvil-təslim aktları, material silgilərinə dair ilkin sənədlər, icarə müqavilələri, vergilərin hesablanmasına aid digər ilkin sənədlər və elektron faylların iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması öhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar