Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3167/2025 28.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qıznınn katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olmuş X44, hazırda Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olan X52 və X45 ədliyyə orqanlarından xaric edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olmuş X44, hazırda Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olan X52 və X45 ədliyyə orqanlarından xaric edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: “İddiaçının yaşadığı ev saxta sənədlər əsasında baldızı X14 adına rəsmiləşdirilmiş və bu saxta notariat əməliyyatları daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadir Zeynalov və onunla əlbir olan X48 və X58 tərəfindən aparılmışdır. Həmçinin hazırda da Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusları olan X52 və X17 Zaur Vaqif oğlu və X58 ilə əlbir olaraq qanunsuz əməllər törətməkdə davam edirlər. Belə ki, iddiaçı bir müddət öncə də həmin saxta sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə rəsmi ərizə ilə müraciət etsə də Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X59 həmin sənədlərin düz olduğunu, ona 1/4 payın verildiyini bildirərək həmin sənədlərin arxivdə olan nüsxələrinin təsdiq edilmiş surətlərinin ona verilməsindən yayındı. Uzun müddət həmin sənədlər təqdim edilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X59 da, X48 və X58 ilə əlbir işlədiyinə görə həmin şəxslər tərəfindən düzəldilən saxta sənədləri iddiaçı tərəfindən əldə edilməyindən iddiaçını çəkindirmək və buna süni maneələr yaratmağa çalışırlar. Lakin iddiaçı dəfələrlə təkid etdikdən sonra və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayətlər etdikdən sonra nəhayət ki, həmin sənədlərin təqdim edilməsinə nail oldu. Həmin sənədlərlə tanış olarkən nəyə görə həmin sənədlərin gizlədilməsi və həmin sənədlərin əldə edilməsindən çəkindirilməyi daha da aydın oldu. Belə ki, sənədlərlə tanış olduqca daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadir Zeynalov və onunla əlbir olaraq belə saxta sənədlər tərtib edən X48 və X58 tərəfindən hansı saxtakarlıqlara əl atdıqları üzə çıxdı. İlk öncə qeyd edir ki, həmin saxta səndlərin hazırlanmasında Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində iddiçının baldızı X19 nümayəndəsi qismində X48. X35 və X15 nümayəndəsi qismində isə X58 iştirak etmişlər. Həmin vərəsəlik işinin içərisində X19 X39 verdiyi etibarnamənin surəti əlavə edilsə də, X35 və X15 X49 verdikləri etıbarmanələrin surətləri iş materiallarında mövcud deyil. Sadəcə olaraq iş materiallarında olan X10 X49 Bakı şəhəri, 44 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş 7E- 7863 reyestr nömrəli etibarnaməyə dair elektron notariat sistemindən çıxarış və X23 X49 Bakı şəhəri, 32 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş 7E-24758 reyestr nömrəli etibarnaməyə dair elektron notariat sistemindən çıxarışlar mövcuddur. Burada sual olunur, daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadir X7 nəyə görə qeyd edilən şəxslərin ona verdikləri etibarnamələri tələb etməmişdir. Daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadir Zeynalov nəyə görə və hara tələsirdi ki, tərəfdən etibarnamə tələb etmir və sadəcə olaraq elektron notariat sistemindən həmin etibarnaməni əldə edərək vərəsəlik işinə əlavə edir? Bəs nəyə görə həmin notariat ofisinə müraciət edən digər şəxslərdən etibarnamənin əsli tələb edilir? X19 X39 verdiyi etibarnamə ilə tanış olarkən görürük ki, həmin vərəsəlik işi üzrə daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadir Zeynalov, X48 və X58 ilə sövdələşmələri açıq aydın olur. Belə ki, vərəsəlik işində mövcud olan 05 noyabr 2022-ci il tarixdə verilmiş 7E-10765 reyestr nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə 2 ay müddətinə yəni 05.11 2022-ci il tarixdən 05.01 2023-cü il tarixinədək verilmiş, xx.xx.2022-ci il tarxdə vərəsəlik işi açılmış, 17 dekabr 2022-ci il tarixdə isə saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək iş yekunlaşmışdır. Göründüyü kimi cəmi 1 ay 7 gün ərzində saxta sənədlər hazırlanmışdır. Burada sual ortaya çıxır, Zaur Mahmudov notarius Nadir Zeynalovla daha öncədən bu iş barədə sövdələşməmişdirsə onda hardan bilirdi ki, bu iş 2 ayadək qısa müddətə yekunlaşacaq ki, belə qısa müddətlik etibarnamə alırdi? Axı notariat ofislərində vərəsəlik işləri demək olar ki, aylarla, illərlə çəkir. Bu iş də uzun müddət tələb edən işlərdəndir, belə ki, hazırki işdə mirasqoyan X11 xx.xx.1991 -ci ildə vəfat etmiş və vərəsəlik işi açılan günə həmin şəxsin vəfat etməsindən 31 il keçmiş, mirasqoyanın 5 vərəsəsindən 4-ü vəfat etmişdir. Zaur Mahmudov bütün bunları bilə-bilə nəyə və kimə arxeyn idi ki, 1 ay 7 günlük qısa müddətə bu vərəsəlik işini yekunlaşdıracaq. X2 X49 verdiyi 7E-7863 reyestr nömrəli etibarnamənin “Elektron notariat” X1 Çıxarışından görünür ki, həmin etibarnamə 3 ay 5 gün müddətinə yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək verilmişdir. Etibarnamənin belə qısa müddətə verilməsi də bu işdə daha öncədən sövdələşmənim olmasını təsdiq edən mötəbər sübutlardandır. X55 və Abid Səmədov arxayin idilər ki, notarius tərəfindən ondan qeyd edilən vərəsələrin mirası faktiki qəbulu və mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tələb edilməyəcək. Halbuki, 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Göründüyü kimi X11 xx.xx.1991-ci il tarixdə vəfat etmiş və buna görə də daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadir Zeynalov mərhumun vərəslik işi ilə bağlı 2000-ci ilin sentyabrın 1dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə (1965-ci il redaksiyası) istinad etməli idi. Həmin dövrdə qüvvədə ol muş qanunvericiliyin də tələbindən göründüyü kimi, mirasın qəbul edilmiş hesab olunması üçün miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başlamaq və ya mirasa yiyələnmək lazımdır. Vəsəlik işindən göründüyü kimi iddiaçının ərindən başqa digər vərəsələrin heç biri mirası nə faktiki və qanuni yolla qəbul etməmişər. Vərəsəlik işindən görünür ki, qeyd edilən şəxslər miras əmlak olan evdə pasport qeydiyyatında olmamaqla orada yaşamırlar. Nəinki həmin miras əmlak olan fərdi yaşayış evində hətta miras əmlakın yerləşdiyi şəhərdə belə yaşamırlar. Belə ki, vərəsəlik işində açıq aydın görünür ki, vərəsələrdən X32 ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində, vərəsələrdən X9 vərəsəsi X25 ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində, X9 digər vərəsəsi X36 ünvan 5 ünvanında olmaqla Bakı şəhərində, X4 vərəsəsələri X6, X16 və X24 ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayırlar. Göründüyü kimi vərəsəlik işində qeyd edilən vərəsələrin mirası faktiki qəbul etməmələri onların yaşadıqları ünvandan açıq aydın görünür və belə olan halda Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadir Zeynalov nəyə görə Zaur Mahmudovdan və Abid Səmədovdan vərəsələrin mirasın faktiki qəbulunu təsdiq edən və ya mirasın qəbulu üçün müəyyən edilmiş ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tələb etməyib. Həmçinin qeyd edilir ki, 2001 -ci ilin sentyabr ayının 1-dən-2023-cü ilin dekabr ayına kimi qüvvədə olmuş MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsaəsn mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsində göstərilir ki, ölmüş şəxsin (miras qoyanın əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Bel bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq" edir Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət keçdikdən sonra daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadir Zeynalov və onunla əlbir olaraq belə saxta sənədlər tərtib edən şəxslər X48 və X58 tərəfindən 2022-ci ildə baldızımın və qayınlarımın övladlarının adlarına saxta yolla vərəsəlik rəsmiləşdirilmişdir. Halbu ki, mərhum qaynatası 1991-ci ildə vəfat etmiş və həmin dövrdə vərəsələr mirasdan rəsmi qaydada imtina etmişdilər. Qaynanam isə 2008-ci ildə vəfat etmiş onun vəfatından 14 il sonra mirasın qəbulu faktını təsdiq edən və ya ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə mövcud olmadığı halda saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda da qeyd edilən kimi xx.xx.1991-ci il tarixdə vəfat etmiş qaynatası X5 vərəsələri olan X32, X20 və X12 ayrı ayrılıqda notariat kontorlarına müraciət edərək atalarından miras qalmış fərdi yaşayış evinin anasının adına keçməsinə etiraz etmədiklərini bildirmişlər. xx.xx.1991-ci il tarixdə miras əmlakın yerləşdiyi ərazinin məhəllə nümayəndəsi də Şəki şəhər notariat kontoruna arayış təqdim edərək mirasqoyan vəfat edərkən onun iki vərəsəsinin - arvadı X21 və X26 olması qeyd edilmişdir. Lakin həmin ərizələr notarius tərəfindən bilərəkdən və qəsdən gizlədilmişdir. Bundan əlavə iddiaçının mərhum qaynatasının vərəsələrindən X3 doğum haqqında akt qeydində adı “Şəhliyar” kimi qeyd edilsə də onun nikah haqqında akt qeydində “Şəhniyar”, ölüm haqqında akt qeydində “Şəhliyar”, onun vərəsələrindən Emil Məmmədovun şəxsiyyət vəsiqəsində ata adı “Şəhriyar” kimi qeyd edilmişdir. Bundan əlavə iddiaçının mərhum qaynatasının vərəsələrindən X4 doğum haqqında akt qeydində ata qrafasında “X11” əvəzinə X13” kimi qeyd edilmişdir. Sual olunur vərəsəlik işində mövcud vərəsələrdən yuxarıda qeyd edilən şəxslərin vətəndaşlıq vəziyyətəki aktlarında qeyd edilən nöqsanlar olduğu halda notarius Nadir Zeynalov nəyə görə vərəsələrdən həmin nöqsaların aradan qaldırılmasını tələb etməyərək tələmtələsik saxta qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir? Bütün bu qeyd edilənlər daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadır X8 və X58 ilə öncədən sövdələşmələrini və maddi maraq güdmələrini qeyd şərtsiz sübut edir. Buna görə də mən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edərək Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Nadir Zeynalov, hazırda Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusları olan X52 və X45 ədliyyə orqanlarından xaric edilmələrini xahiş etmişəm. Həmin ərizəmi xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərmişəm və xx.xx.2025-ci il tarixdə mənim ərizəm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə çatdırılmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən mənim tələbimə hal-hazıradək cavab verməmişdir, İnzibati Prosessual Məcəllənin 39 1-ci maddəsində nəzərdə tutulmuş 35 günlük müddət də bitmişdir. Mən də məcbur olub məhkəməyə müraciət etməli olmuşam.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarına əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Təqdim edilmiş iddia ərizəsində iddiaçının tələbi Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olmuş X44, hazırda Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olan X52 və X45 ədliyyə orqanlarından xaric edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi xahiş edilsədə, əslində iddiaçının hüququ marağı notariuslar tərəfindən açılan vərəsəlik işi üzrə aparılmış notariat hərəkətlərinin qanunsuzluğu ilə bağlıdır. Belə olan halda mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu məsələsi ortaya çıxır. Bununla bağlı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı”nın 8-ci bəndində qeyd edilmişdir ki, “aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. MPM-in 445.0.6-cı, İPM-in 8.1.3-1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya izah edir ki, notariat ofisinin xüsusi notariusları tərəfindən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair iddialarla müvafiq mülki məhkəmələrə müraciət etmək, eyni zamanda həmin hərəkətlər nəticəsində notariuslar tərəfindən təsdiq edilmiş mülki əqdləri mübahisələndirmək hüququna malikdir. Bununla belə iddiaçının xüsusi notariusların ədliyyə orqanlarından xaric edilməsi tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı şəxs müraciət etdikdən sonra 1 ay müddətində onun bu qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olub-olmamasını araşdırmalı və nəticəsindən asılı olaraq toplanmış sənədləri ixtisas komissiyasına təqdim etməlidir. Şəxsin müraciətinə baxılmasının nəticəsi barədə ona yazılı qaydada məlumat verilməlidir. Şəhadətnamə almaq istəyən şəxslərin bilik səviyyəsi imtahan və müsahibə vasitəsilə yoxlanılır, bundan sonra onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə (bundan sonra – icbari təlim) cəlb olunurlar. Müvafiq icra hakimiyyəti orqanının notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda və dövlət notariat ofislərində ali hüquq təhsili tələb olunan inzibati vəzifələrdə və ya xüsusi notariusun köməkçisi vəzifəsində 3 ildən az olmayaraq işləyən və bu Qanunun tələblərinə cavab verən şəxslər, habelə hakimlər şəhadətnamə almaq üçün yalnız notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər. İmtahanının və müsahibələrin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 5-ci maddəsinə əsasən notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxsin, habelə xüsusi notariusun köməkçisi vəzifəsinə namizədlərin bilik səviyyəsinin imtahan və müsahibə vasitəsi ilə yoxlanılması, onun notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi, şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən beş il müddətinə 7 nəfərdən ibarət tərkibdə ixtisas komissiyası yaradılır. Komissiyanın sədri komissiya üzvlərinin arasından seçilir. İxtisas komissiyasının fəaliyyətinin təşkilati təminatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirməlidir. İxtisas komissiyası daxil olan sənədlərə baxır, şəxsin icbari təlimə buraxılması məsələsinin həll edilməsi üçün ondan imtahan qəbul edir, müsahibə keçirir, icbari təlimin nəticələrini qiymətləndirir, peşə hazırlığının yoxlanılması üzrə müsahibə keçirir və onun nəticəsindən asılı olaraq şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. İxtisas komissiyasına daxil olmuş sənədlər üzrə məsələlər komissiyanın iclaslarında iki ay müddətindən gec olmadan öz həllini tapmalıdır. Hər bir iclasın gedişatı və qəbul olunan qərarlar tərtib edilən protokolda öz əksini tapmalıdır. İxtisas komissiyasının iclası onun üzvlərinin azı beşi iştirak etdikdə səlahiyyətlidir. İxtisas komissiyası öz qərarlarını səs çoxluğu ilə qəbul edir və bundan sonra üç gün müddətində qərarın surətini şəxsə verir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledicidir. Şəxs şəhadətnamənin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarının surətini aldıqdan sonra 1 ay müddətində qanunvericiliyin tətbiqinin düzgünlüyünə dair məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 6-cı maddəsinə əsasən icbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə ixtisas komissiyası şəhadətnamənin verilməsi barədə qərar çıxardıqdan sonra şəxs ona şəhadətnamə verilməsinə görə dövlət rüsumu ödəməlidir. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim edildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ona beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verməlidir. Notariat fəaliyyətini davam etdirmək istəyən notarius şəhadətnamənin müddətinin qurtarmasına üç ay qalmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir və bununla bağlı həmin orqan tərəfindən onun fəaliyyəti qiymətləndirilir. Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödəməlid Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda notariusun şəhadətnaməsi ləğv edilir: 1) notarius öz arzusu ilə şəhadətnaməsinin ləğv olunması barədə yazılı ərizə verdikdə; 2) şəhadətnamə almış şəxs notarius andını qəbul etmədikdə; 3) notariusun şəhadətnamə almaq üçün təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda; 4) xüsusi notarius şəhadətnaməni aldıqdan sonra bu Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdən sonra notariat fəaliyyətinin həyata keçirilməsinə başlamadıqda; 5) növbəti dəfə şəhadətnamə verilmədikdə; 6) notarius 65 yaşa çatdıqda; 7) qanunvericiliyin tələblərini dəfələrlə və kobudcasına pozmaqla notariat hərəkətləri apardıqda; 8) dövlət notariusu tutduğu vəzifədən azad edildikdə; 9) xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün əsas olmuş hallar aradan qalxmadıqda; 10) notarius əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirdikdə (tibbi rəyə əsasən); 11) notariusun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda, notarius tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə işləməyə qadir olmadıqda; 12) notariusun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya notarius Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə; 13) notarius cinayət törətməyə görə məhkum edildikdə və ya onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 14) notarius barəsində bəraətverici əsaslar olmadan cinayət işinin xitam olunması haqqında qərar çıxarıldıqda; 15) notarius vəfat etdikdə; 16) notarius məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə. Şəhadətnaməsi ləğv edilmiş notariusun notariat fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilir. Fəaliyyətinə xitam verilmiş xüsusi notariusun qeydiyyat vəsiqəsi ləğv edilir. Xüsusi notariusun fəaliyyətinə xitam verildikdə, onun işlədiyi notariat ofisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə bilər. Fəaliyyətinə xitam verilmiş xüsusi notarius aparılmış notariat hərəkətləri barədə sənədləri bir aydan gec olmayaraq dövlət notariat arxivinə təhvil verməlidir. Notariat sənədləri dövlətə məxsusdur. Xüsusi notarius işləmiş şəxs notariat hərəkətləri barədə sənədlərin təhvil verilməməsinə görə inzibati məsuliyyət daşıyır. Həmin qanunun 7-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda xüsusi notarius vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır: 1) qəsdən cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb edildikdə; 2) notarius 6 ayadək müddətdə əmək qabiliyyətini fasiləsiz olaraq itirdikdə; 3) notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda; 4) notarius siyasi partiyada öz fəaliyyətini dayandırmadıqda. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notarius notariat fəaliyyətinin icrasına buraxılmır və bu Qanunun 25-1-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu əvəz edən şəxs təyin edilir. Notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada öz fəaliyyətini dayandırması halları ilə bağlı vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqda, bu halları 10 gün müddətində aradan qaldırmalıdır. Xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün mövcud olan əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notarius vəzifələrinin icrasına buraxılır. Həmin Qanunun 16-cı maddəsinə əsasən Dövlət notariusu vəzifəsinə şəhadətnamə almış şəxslər arasından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təyin edir. Dövlət notariusunun həvəsləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və vəzifədən azad edilməsi məsələlərini "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həll edir. Dövlət notariusu vəzifəsi vakant olduqda, həmin vəzifənin icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən digər ədliyyə işçisinə 18 ay müddətinə həvalə edilə bilər. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli Fərmanının 3.3-cü bəndinə əsasən həmin Qanunun 4-cü maddəsinin birinci, ikinci və beşinci, 5-ci maddəsinin birinci və üçüncü, 6-cı maddəsinin ikinci və üçüncü, 7-ci maddəsinin birinci, ikinci və dördüncü, 7-1-ci maddəsinin birinci, ikinci və dördüncü, 10-cu maddəsinin üçüncü, altıncı və yeddinci, 14-cü maddəsinin birinci, ikinci və yeddinci, 16-cı maddəsinin birinci, ikinci və üçüncü, 17-ci maddəsinin ikinci, 20-ci maddəsinin birinci, ikinci, üçüncü və dördüncü, 21-ci maddəsinin birinci, ikinci (dövlət notariat arxivinin işinin təşkilinə və səlahiyyətinə dair Əsasnamənin təsdiq edilməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə razılaşdırılmaqla), üçüncü və altıncı, 22-ci maddəsinin ikinci, 24-cü maddəsinin birinci, ikinci (hər iki halda), dördüncü (birinci halda), beşinci və altıncı (hər iki halda) hissələrində, 25-ci maddəsinin birinci, ikinci, dördüncü, altıncı və yeddinci hissələrində, 25-1-ci maddəsinin birinci hissəsində, üçüncü hissəsinin birinci və ikinci cümlələrində, doqquzuncu hissəsində, 26-1-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü cümlələrində, üçüncü və beşinci hissələrində, 26-2-ci maddəsinin yeddinci və 68-ci maddəsinin dördüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Qeyd olunan normalardan göründüyü kimi notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəxsə müəyyən edilmiş prosedur qaydalarını keçdikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yaradılmış 7 nəfərdən ibarət tərkibdə ixtisas komissiyası tərəfindən şəxsin icbari təlimə buraxılması məsələsinin həll edilməsi üçün ondan imtahan qəbul edir, müsahibə keçirir, icbari təlimin nəticələrini qiymətləndirir, peşə hazırlığının yoxlanılması üzrə müsahibə keçirir və onun nəticəsindən asılı olaraq şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. İcbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə ixtisas komissiyası şəhadətnamənin verilməsi barədə qərar çıxardıqdan sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ona beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir. Göstərilən prosedur qaydaları çərçivəsində xüsusi notarius şəhadətnaməsi almış şəxsin şəhadətnaməsinin ləğv edilməsi məsələsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində müəyyən edilmiş hallarda bilavasitə inzibati orqanın səlahiyyətlərinə aid edilmiş və bu mənada iddiaçının hər hansı maraqlarına müdaxilə ehtimalı yoxdur. Hazırkı vəziyyətdə iddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının öhdəlik kimi inzibati orqanın üzərinə həvalə etmək istədiyi məsələnin həlli onun üçün hüquqi nəticə yaratmış olsun. Lakin belə nəticənin gözləntisi yoxdur. Yəni notariausların fəaliyyətinə xitam verildiyi halda iddiaçının hansı hüquqlarının bərpa olunacağı müəyyən deyil. Bu da ona dəlalət edir ki, iddiaçının belə bir tələblə çıxış etmək hüququ mövcud deyil. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı). Kassasiya Məhkəməsində baxılan işlərdə subyektiv hüquqa anlayış verərək qeyd edilir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. Məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının aşağıdakı bəndləri qeyd etməyi zəruri hesab edir: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını,cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını,qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddiaərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçının hazırkı tələblə çıxış etməsi üçün subyektiv hüququ mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olmuş X33, hazırda Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olan X41 və X45 ədliyyə orqanlarından xaric edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-3167/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-3167/2025
28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver