Məhkəmə qərarları › İş №e-2-1(118)-1083/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1083/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1083/2025 15.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarların ləğvi, əlavə dəyər vergisinin (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergi İdarəsinin **********347700 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla "ABŞERON-ŞƏRAB” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) dekabr 2023-cü il dövrü üzrə əlavə hesablanmış 1289.66 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsi, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi İdarəsinin **********253200 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) aprel 2024-cü il dövrü üzrə əlavə hesablanmış 1348.11 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Açıq Səhmdar Cəmiyyəti AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergi İdarəsinin **********347700 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla "ABŞERON-ŞƏRAB” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) dekabr 2023-cü il dövrü üzrə əlavə hesablanmış 1289.66 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsi, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi İdarəsinin **********253200 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) aprel 2024-cü il dövrü üzrə əlavə hesablanmış 1348.11 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********347700 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) dekabr 2023-cu il üzrə 1289.66 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) hesablanmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********347700 saylı xx.xx.2024-cü il tarixli qərarını "xxxx" ASC tərəfindən dekabr 2023cü il ərzində 7164.80 manat dəyərində malların təqdim edilməsi zamanı ƏDV tətbiq edilməməsi ilə əsaslandırmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********347700 saylı xx.xx.2024-cü il tarixli qərarı tamamilə əsassız və qanunsuzdur. Belə ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində 7164.80 manat dəyərində mallar ixrac gömruk rejimində bəyan edilərək "xxxx" MMC-nin ünvanına ixrac olunmuşdur. Həmin ixrac əməliyyatını əks etdirən **********9052 sorğu nömrəli xx.xx.2023-cu il tarixli gömrük bəyannaməsi AR Dövlət Gömruk Komitəsinin müvafiq orqanına təqdim edilmiş, miivafiq ixrac vergi, rusum və yığımları ödənildikdən sonra gömruk orqanı bəyannaməyə “Buraxılsın” möhürü vuraraq malların ixracına icazə vermişdir. AR Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, malların ixracı əməliyyatı zamanı ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Beləliklə də, 7164.80 manat dəyərində mallar ixrac ölunduguna həmin əməliiyata ƏDV sıfır (0) dərəcəsi ilə hesablanmışdır, yəni 1289.66 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) hesablanmamışdır. Məhkəmə gedişində iddiaçı iddia tələblərinin ardırılması barədə ərizə verərək, bildirilmişdir ki, iddia məhkəməyə verildikdən sonra AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi İdarəsinin **********253200 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) aprel 2024-cü il dövrü üzrə əlavə hesablanmış 1348.11 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) hesablanmışdır. Həmin qərarını da cavabdeh "xxxx" ASC tərəfindən aprel 2024-cü il ərzində 7489.52 manat dəyərində malların təqdim edilməsi zamanı ƏDV tətbiq edilməməsi ilə əsaslandırmışdır. Hesab edirlər ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi İdarəsinin **********253200 saylı xx.xx.2024-cü il tarixli qərarı da tamamilə əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" ASC-yə (VÖEN: **********) 2023-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 1289.66 manat, 2024-cü ilin aprel ayı üçün 1348,11 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, 2023-cü ilin dekabr ayı ərzində ƏDV-yə cəlb edilməyən elektron qaiməfakturaların dəyəri 7164.80 manat olmasına baxmayaraq dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsinin "ƏDV tutulan əməliyyat sayılmayan əməliyyatlar barədə məlumat" bölməsində "Əməliyyatın məbləği (ƏDV nəzərə alınmadan) 0 manat göstərildiyindən 7164.80 manat kənarlaşma yaranmışdır. Malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmədiyindən yaranmış kənarlaşma üzrə hesablama aparılmışdır .Əlavə olaraq istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə rəsmiləşdirilir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********393600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2023-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə 1289.66 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********347700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********529700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, 2024-cü ilin Aprel ayı ərzində ƏDV-yə cəlb edilməyən elektron qaiməfakturaların dəyəri 7489.52 manat olmasına baxmayaraq dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 3 nömrəli Əlavəsinin "ƏDV tutulan əməliyyat sayılmayan əməliyyatlar barədə məlumat" bölməsində "Əməliyyatın məbləği (ƏDV nəzərə alınmadan) 0 manat göstərildiyindən 7489.52 manat kənarlaşma yaranmışdır. Malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmiədiyindən yaranmış kənarlaşma üzrə hesablama aparılmışdır .Əlavə olaraq istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə rəsmiləşdirilir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********637800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2024-cü ilin aprel ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə 1348,11 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********253200 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda(itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62- ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. İddia ərizəsində iddiaçının qeyd etdikləri ilə bağlı malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt aksiz məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtıdır. Buna əsasən istehsalçı tərəfindən istehsal olunan aksiz markası ilə markalanmalı olan malların rüsumsuz ticarət mağazalarına satışı zamanı aksiz vergisi istehsalçı tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanıb dövlət büdcəsinə ödənilir. Həmçinin, istehsalçı tərəfindən rüsumsuz ticarət mağazasına təqdim olunan mallara görə ümumi qaydada ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi” Qaydalarının (bundan sonra - Qaydalar) 2.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallar, habelə spirtli içkilərin bütün növləri (qablaşdırılmamış halda istisna olmaqla) aksiz markaları ilə markalanmalıdır. Həmin Qaydalarda Azərbaycan Respublikasının ərazisində istehsal olunan markalanmalı mallara tətbiq edilən aksiz markaları bu malların istehsal olunduğu yerdə onların istehsalçıları və Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı mallara (pivə istisna olmaqla) tətbiq edilən aksiz markaları həmin malların istehsalçıları və ya Azərbaycan Respublikasının hüdudlarından kənar onların satışında vasitəçilik fəaliyyətini həyata keçirən subyekt tərəfindən yapışdırılması göstərilmişdir. İstehsalçı tərəfindən malların rüsumsuz ticarət mağazasına aksiz markası ilə markalanmadan təqdim olunması adıçəkilən Qaydalarda istisna edilməmişdir. Malların ixracı dedikdə gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması nəzərdə tutulur. Malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmir. Buna əsasən istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə rəsmiləşdirilir. Əlavə olaraq aksizli mallar üzərində vergi nəzarəti aksizli malları istehsal edən vergi ödəyicilərinin istehsal binalarında nəzarət postları yaradılmaqla həyata keçirildikdə vergi nəzarəti zamanı Nazirliyin xx.xx.2019-cu il tarixli **********116100 nömrəli göstəriş məktubunda göstərilən məsələlər nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 71-1-ci, 159-cu, 184-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları” ilə tənzimlənir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 16 fevral 2024-cü il tarixli **********347700 saylı Qərar əsasında İddiaçı ASC-yə 2023-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 1289.66 manat məbləğində vergi hesablanmışdır. Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi haqqında 03 iyun 2024-cü il tarixli, **********253200 saylı Qərar əsasında İddiaçı ASC-yə 2024-cü ilin aprel ayı üçün 1348.11 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. 2023-cü il dekabr və 2024-cü il aprel tarixli vergi dövrlərini əhatə edən əlavə dəyər vergisi bəyənnamələrinin və onlara əlavələrin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə **********9052, **********0823, **********6510 nömrəli gömrük bəyənnamələrinin surətləri və 1 ədəd CD disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “X4 İnternational” MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müəssisə “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli 318 nömrəli qərarı ilə rüsumsuz ticarət fəaliyyəti göstərir. Həmin qanunun tələblərinə əsasən, malların yalnız gömrük sərhədindən keçən şəxslərə satılmasını təmin etmək və malların yalnız pərakəndə satışını təmin etmək müəssisənin vəzifəsidir (Həmin qanunun 4.9.2 və 4.9.3-cü yarımbəndləri). Mağazalarında idxal gömrük rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə (istehlak) üçün nəzərdə tutulan mallar satılır. Ümumilikdə yerli malların mağazada satışı ölkənin xarici turistlərə tanıdılmasıdır. Həmçinin mağazalarda topdan satış qanunla qadağandır və yalnız pərakəndə qaydada həyata keçirilir. Mallar gömrük nəzarəti zonasında olduğundan onların ölkə ərazisinə çıxarılması mümkün deyildir. Alınan mallar aksizsiz və ƏDV-siz olaraq müştərilərə satılır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/2- 001401/2025 saylı məktubunda qeyd edilmişdir ki, daxili malların rüsumsuz ticarət mağazasına aparılması yerli təsərrüfat subyektləri arasında aparılan sövdələşmələr çərçivəsində həyata keçirilir və xarici ticarət müqavilələri ilə müşayiət olunmadığından ixrac əməliyyatı hesab edilmir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır (çünki qəbul edilmiş qərarın ləğv edilməsi nəticəsində məlumatların müvəkkil banka ötürülməsi baş vermir, beləliklə də iddiaçının hüquqi marağı təmin olunmur), iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, "xxxx" ASC-yə (VÖEN: **********) 2023-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 1289.66 manat, 2024-cü ilin aprel ayı üçün 1348,11 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi İdarəsinin **********347700 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla "ABŞERON-ŞƏRAB” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) dekabr 2023cü il dövrü üzrə əlavə hesablanmış 1289.66 manat məbləğində əlavə dəyər vergisinin (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsi, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi İdarəsinin **********253200 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) aprel 2024-cü il dövrü üzrə əlavə hesablanmış 1348.11 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsini istəyir. Cavabdeh qeyd edir ki, 2023-cü ilin dekabr ayı ərzində ƏDV-yə cəlb edilməyən elektron qaimə-fakturaların dəyəri 7164.80 manat olmasına baxmayaraq dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsinin "ƏDV tutulan əməliyyat sayılmayan əməliyyatlar barədə məlumat" bölməsində "Əməliyyatın məbləği (ƏDV nəzərə alınmadan) 0 manat göstərildiyindən 7164.80 manat kənarlaşma yaranmışdır. Malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmədiyindən yaranmış kənarlaşma üzrə hesablama aparılmışdır .Əlavə olaraq istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə rəsmiləşdirilir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********393600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2023-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə 1289.66 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********347700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********529700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, 2024-cü ilin aprel ayı ərzində ƏDV-yə cəlb edilməyən elektron qaimə-fakturaların dəyəri 7489.52 manat olmasına baxmayaraq dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 3 nömrəli Əlavəsinin "ƏDV tutulan əməliyyat sayılmayan əməliyyatlar barədə məlumat" bölməsində "Əməliyyatın məbləği (ƏDV nəzərə alınmadan) 0 manat göstərildiyindən 7489.52 manat kənarlaşma yaranmışdır. Malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmiədiyindən yaranmış kənarlaşma üzrə hesablama aparılmışdır .Əlavə olaraq istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə rəsmiləşdirilir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********637800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2024-cü ilin aprel ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə 1348,11 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********253200 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İddiaçı qeyd edir ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində 3840 manat dəyərində, xx.xx.2024-cü il tarixində 3649.52 manat dəyərində, cəmi 7489.52 manat məbləğində mallar ixrac gömruk rejimində bəyan edilərək "xxxx" MMC-nin ünvanına ixrac olunmuşdur. Həmin ixrac əməliyyatını əks etdirən **********0823 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsi və **********6510 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsi AR Dövlət Gömrük Komitəsinin müvafiq orqanına təqdim edilmiş, müvafiq ixrac vergi, rüsum və yığımları ödənildikdən sonra gömrük orqanı bəyənnaməyə “Buraxılsın” möhürü vuraraq malların ixracına icazə vermişdir. AR Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, malların ixracı əməliyyatı zamanı ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 71-1. Elektron qaimə-fakturaları (...) 71-1.8. Aksizli malların istehsalçısı tərəfindən aksizli malların istehsal binasının hüdudlarından ona məxsus digər təsərrüfat subyektlərinə (obyektlərinə), yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə buraxılışı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulmuş növdə elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Maddə 159. Vergitutma obyekti (...) 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. (...) 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Maddə 184. Vergitutma obyekti 184.1. Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir: 184.1.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, bu Məcəllənin 190.1.1-190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması; 184.1.2. bu Məcəllənin 190.1.1-190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər idxal malları üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması; 184.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə Azərbaycan Respublikasına idxal olunan bu Məcəllənin 190.1.1-190.1.3-cü maddələrində göstərilən aksizli mallar üçün məcburi nişanın alınması. 184.2. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/2- 001401/2025 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli 318 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”na əsasən mağazada şəxsi istifadə (istehlak) üçün nəzərdə tutulan mallar satılır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 127.1-ci maddəsinə əsasən ixrac gömrük proseduru altında gömrük ərazisindən kənardə daimi qalması üçün aparılan daxili mallar yerləşdirilir. Belə ki, malların ixracı dedikdə onların Azərbaycan Respublikası ərazisindən çıxarılması başa düşülməlidir. Daxili malların rüsumsuz ticarət mağazasına aparılması yerli təsərrüfat subyektləri arasında aparılan sövdələşmələr çərçivəsində həyata keçirilir və xarici ticarət müqavilələri ilə müşayiət olunmadığından ixrac əməliyyatı hesab edilmir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli, 100/143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası"na uyğun olaraq təqdim olunan gömrük bəyannamələrinin birinci qrafasındakı ''İX” qeydi və 37-ci qrafasının birinci bölməsində “10” kodu malların əsas keçirilmə üsulunu ehtiva etməklə yanaşı, həmin qrafanın ikinci yarımbölməsındə “36” (malların Rüsumsuz Ticarət Mağazasında satılmaq üçün keçirilməsi) kodunun qed edilməsi malların yekun keçirilmə xüsusiyyətini ehtiva edir və ixrac gömrük prosedurunun tətbiqini istisna edir. Əlavə olaraq bildirirlər ki, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsində Gömrük Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan "Rüsumsuz Ticarət" adlı 33-1-ci fəsildə sözügedən əməliyyatların rüsumsuz ticarət xüsusi gömrük proseaurunda yerləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/2- 001401/2025 saylı məktubunda qeyd edildiyi kimi malların ixracı dedikdə onların Azərbaycan Respublikası ərazisindən çıxarılması başa düşülməlidir. Qeyd edilən araşdırmanın nəticəsi olaraq məhkəmə qərar gəlir ki, malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmir. Aksiz vergisi tutulan mallar üçün vergi tutulan əməliyyatın vaxtı malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxtdır. Vergi Məcəlləsinin yuxarıda qeyd edilən normalarına əsasən istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə faktura təqdim edilməklə rəsmiləşdirilir. Buna əsasən istehsalçı tərəfindən istehsal olunan aksız markası ilə markalanmalı olan malların rüsumsuz ticarət mağazalarına satışı zamanı aksiz vergisi istehsalçı tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanaraq dövlət büdcəsinə ödənilir. Həmçinin, sorğu nömrəsi **********9052, **********0823, **********6510 nömrəli gömrük bəyənnamələrdən görünür ki, bəyənnamələrin birinci qrafasında ''İX” qeydi, 37-ci qrafasının birinci bölməsində “10” kodu və qrafanın ikinci yarımbölməsındə “36” kodu qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/2- 001401/2025 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli, 100/143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası"na uyğun olaraq təqdim olunan gömrük bəyannamələrinin birinci qrafasındakı ''İX” qeydi və 37-ci qrafasının birinci bölməsində “10” kodu malların əsas keçirilmə üsulunu ehtiva etməklə yanaşı, həmin qrafanın ikinci yarımbölməsındə “36” (malların Rüsumsuz Ticarət Mağazasında satılmaq üçün keçirilməsi) kodunun qeyd edilməsi malların yekun keçirilmə xüsusiyyətini ehtiva edir və ixrac gömrük prosedurunun tətbiqini istisna edir. Bu əsasla məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin mübahisələndirilən qərarları əsaslıdır, cavabdehin iddiaçıya münasibətdə vergi borcunun hesablanması ilə bağlı qərarın qəbul olunması ilə nəticələnmiş hərəkətləri qanunauyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar