Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1216/2023 21.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********410800 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2022-ci il tarixli **********878900 nömrəli vergilərin hesablanması barədə qərar 1363.78 manat vergilərin hesablanması hissəsində istisna olmaqla, qalan hissədə ləğv edilməsi, xx.xx.2022-ci il tarixli **********411500 nömrəli vergilrin hesablanması barədə qərar 817.98 manat vergilərin hesablanması hissəsində istisna olmaqla qalan hissədə ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********410800 nömrəli, xx.xx.2022-ci il tarixli **********878900 nömrəli və xx.xx.2022-ci il tarixli **********411500 nömrəli Qərarların ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********410800 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2022-ci il tarixli **********878900 nömrəli vergilərin hesablanması barədə qərar 1363.78 manat vergilərin hesablanması hissəsində istisna olmaqla, qalan hissədə ləğv edilməsi, xx.xx.2022-ci il tarixli **********411500 nömrəli vergilrin hesablanması barədə qərar 817.98 manat vergilərin hesablanması hissəsində istisna olmaqla qalan hissədə ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********410800 nömrəli Qərara əsasən 2019-cu ilin Gəlir vergisi üzrə 2 856.70 manat, xx.xx.2022-ci il tarixli **********878900 nömrəli Qərara əsasən 2020-ci ilin Gəlir vergisi üzrə 4 121.65 manat, xx.xx.2022-ci il tarixli **********411500 nömrəli Qərara əsasən 2021-ci ilin Gəlir vergisi üzrə 32 882.61 manat əlavə vergi məbləği hesablanmışdır. Hazırda iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. İddiaçı xərclərə dair sənədi olmadığından 2019-2020-ci illər üzrə Gəlir vergisi bəyannamələrini AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001 - ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən təqdim etmiş, lakin vergi orqanı bunu qəbul etməyərək, iddiaçının xərc çəkdiyini nəzərə almadan gəlirini birbaşa 20% dərəcə ilə vergiyə cəlb etmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: Mı = Gı : ( 100 + R) x R burada: Mı — vergi ödəyicinin mənfəəti; Gı — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. İş materiallarına əlavə edilmiş 2019-2021-ci illərin Gəlir vergisi bəyannamələrindən göründüyü kimi, iddiaçı həmin illər üzrə gəlirlərini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən hesablamışdır: Mı = Gı : ( 100 + R) x R burada: Mi — vergi ödəyicinin mənfəəti; Gi — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R — şərti rentabellik norması (20 faiz) 2019-cu il: Vergiyə cəlb edilən gəlir = 173000,0 (100 + 20) / 20 = 28833.0 manat Gəlir vergisi: 28833.0 * 20% = 5766.6 2020-ci il: Vergiyə cəlb edilən gəlir = 125139.0 (100 + 20) / 20 = 20856.0 manat Gəlir vergisi: 20856.0 * 20% = 4171.20 2021-ci il: Vergiyə cəlb edilən gəlir = 198152.0 (100 + 20) / 20 = 33025.0 manat Gəlir vergisi: 33025.0 * 20% = 6605.0 Göründüyü kimi, iddiaçı AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək ödəməli olduğu gəlir vergisini hesablamışdır. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Həmçinin iddiaçının 2020-ci il üzrə elektron qaimə faktura əsasında satdığı malların dəyəri 166 049.52 manat olduğu halda, təqdim edilmiş Gəlir vergisi bəyannaməsində gəlirini 125 139.0 manat bəyan etmişdir. Bu isə o deməkdir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şərti rentabellik normasına əsasən iddiaçının həmin il üzrə ödəməli olduğu gəlir vergisi 5 534.98 manat olmalı idi. Beləliklə, iddiaçı həmin il üzrə gəlir vergisini 1 363.78 manat az bəyan etmişdir. Şərti rentabellik normasına əsasən: 166 049.52 (100+20)/20 = 27 674.92 * 20% = 5534.98 Fərq: 5 534.98 - 4 171.20 = 1 363.78 Eyni hal 2021-ci il üzrə təqdim edilmiş bəyannamədə də təkrar edilmişdir. Belə ki, iddiaçının 2021-ci il üzrə elektron qaimə faktura əsasında satdığı malların dəyəri 222 689.30 manat olduğu halda, təqdim edilmiş Gəlir vergisi bəyannaməsində gəlirini 198 152.0 manat bəyan etmişdir. Bu isə o deməkdir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şərti rentabellik normasına əsasən iddiaçının həmin il üzrə ödəməli olduğu gəlir vergisi 7 422.98 manat olmalı idi. Beləliklə, iddiaçı həmin il üzrə gəlir vergisini 817.98 manat az bəyan etmişdir. Şərti rentabellik normasına əsasən: 222 689.30 (100+20)/20 = 37 114.88 * 20% = 7422.98 Fərq: 7 422.98 - 6 605 = 817.98 Göründüyü kimi, iddiaçı ödəməli olduğu gəlir vergisini 2020-ci il üzrə 1 363.78 manat, 2021-ci il üzrə isə 817.98 manat, ümumilikdə 2 181.76 az bəyan etmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilmiş ümumilikdə 39 860.96 manat əlavə vergi məbləğinin 2 181.76 manat hissəsi ilə razılaşır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırlmalı olduğu halda, əksinə iddiaçının vəziyyətini daha da ağırlaşdıran yol seçərək onun faktiki olaraq çəkdiyi xərcləri görməzdən gəlmiş, 2019- 2021- ci illər üzrə gəlir vergisini Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş qaydalara əsasən hesablamalı olduğu halda, bundan imtina etmiş və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilən 2019cu il gəlir vergisi bəyannaməsində göstərilmiş xərclərin cəmi olan 144167.00 manat məbləğin sənədlərlə təsdiq edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixdə **********580200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və ya izahat məktubu təqdim edilmədiyi üçün vergi ödəyicisinə 2019-cu il gəlir vergisinə 2856,7 manat vergi (Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəşt hüququ nəzərə alınmaqla) hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********410800 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, İddiaçı tərəfindən təqdim edilən 2020-ci il gəlir vergisi bəyannaməsində göstərilmiş xərclərin cəmi olan 104278.00 manat məbləğin sənədlərlə təsdiq edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda hesablama metodu ilə təqdim edilmiş gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 125139.00 manat gəlir məbləği hesabat dövrü ərzində elektron qaimə- faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 166049.52 manat məbləğdən 40910.52 manat az əks etdirilmişdir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə **********595400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və ya izahat məktubu təqdim edilmədiyi üçün vergi ödəyicisinə 2020-ci il gəlir vergisinə 4121,65 manat vergi (Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəşt hüququ nəzərə alınmaqla) hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********878900 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir Həmçinin, İddiaçı tərəfindən təqdim edilən 2021-ci il gəlir vergisi bəyannaməsində göstərilmiş xərclərin cəmi olan 140382.00 manat məbləğin sənədlərlə təsdiq edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda hesablama metodu ilə təqdim edilmiş gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 198152.00 manat gəlir məbləği hesabat dövrü ərzində elektron qaimə- faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 222689.30 manat məbləğdən 24537.30 manat az əks etdirilmişdir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə **********580200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və ya izahat məktubu təqdim edilmədiyi üçün vergi ödəyicisinə 2021-ci il gəlir vergisinə 32882,61 manat vergi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********411500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən inzibati aktı rəsmi qaydada iddiaçıya çatdırılması, iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********410800 nömrəli Qərara əsasən 2019-cu ilin Gəlir vergisi üzrə 2 856.70 manat, xx.xx.2022-ci il tarixli **********878900 nömrəli Qərara əsasən 2020-ci ilin Gəlir vergisi üzrə 4 121.65 manat, xx.xx.2022-ci il tarixli **********411500 nömrəli Qərara əsasən 2021-ci ilin Gəlir vergisi üzrə 32 882.61 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********410800 nömrəli, xx.xx.2022-ci il tarixli **********878900 nömrəli və xx.xx.2022-ci il tarixli **********411500 nömrəli Qərarların qismən, 2 181.76 manat əlavə vergi məbləğinin hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsini istəyir. İddiaçı qeyd edir ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırlmalı olduğu halda, əksinə iddiaçının vəziyyətini daha da ağırlaşdıran yol seçərək onun faktiki olaraq çəkdiyi xərcləri görməzdən gəlmiş, 2019- 2021- ci illər üzrə gəlir vergisini AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001 - ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablamalı olduğu halda, bundan imtina etmiş və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Cavabdeh isə qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilən 2019-cu il gəlir vergisi bəyannaməsində göstərilmiş xərclərin cəmi olan 144167.00 manat məbləğin , 2020-ci il gəlir vergisi bəyannaməsində göstərilmiş xərclərin cəmi olan 104278.00 manat məbləğin, 2021-ci il gəlir vergisi bəyannaməsində göstərilmiş xərclərin cəmi olan 140382.00 manat məbləğin sənədlərlə təsdiq edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda hesablama metodu ilə təqdim edilmiş gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 125139.00 manat gəlir məbləği hesabat dövrü ərzində elektron qaimə- faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə X4 Xidmətinin məlumat bazasında olan cəmi 166049.52 manat məbləğdən 40910.52 manat , 198152.00 manat gəlir məbləği hesabat dövrü ərzində elektron qaimə- faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 222689.30 manat məbləğdən 24537.30 manat az əks etdirilmişdir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 2019-cu il gəlir vergisinə 2856,7 manat, 2020-ci il gəlir vergisinə 4121,65 manat, 2021-ci il gəlir vergisinə 32882,61 manat vergi hesablanılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İl-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. İddiaçı qeyd edir ki, xərclərə dair sənədi olmadığından 2019-2020-ci illər üzrə Gəlir vergisi bəyannamələrini AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001 - ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən təqdim etmiş, lakin vergi orqanı bunu qəbul etməyərək, iddiaçının xərc çəkdiyini nəzərə almadan gəlirini birbaşa 20% dərəcə ilə vergiyə cəlb etmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstürlar əsasında hesablayır. Eyni zamanda məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. İş materiallarına əlavə edilmiş 2019-2021-ci illərin Gəlir vergisi bəyannamələrindən göründüyü kimi, iddiaçı həmin illər üzrə gəlirlərini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən hesablamışdır: 2019-cu il: Vergiyə cəlb edilən gəlir = 173000,0 (100 + 20) / 20 = 28833.0 manat Gəlir vergisi: 28833.0 * 20% = 5766.6 2020-ci il: Vergiyə cəlb edilən gəlir = 125139.0 (100 + 20) / 20 = 20856.0 manat Gəlir vergisi: 20856.0 * 20% = 4171.20 2021-ci il: Vergiyə cəlb edilən gəlir = 198152.0 (100 + 20) / 20 = 33025.0 manat Gəlir vergisi: 33025.0 * 20% = 6605.0 Göründüyü kimi, iddiaçı AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək ödəməli olduğu gəlir vergisini hesablamışdır. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Həmçinin iddiaçının 2020-ci il üzrə elektron qaimə faktura əsasında satdığı malların dəyəri 166 049.52 manat olduğu halda, təqdim edilmiş Gəlir vergisi bəyannaməsində gəlirini 125 139.0 manat bəyan etmişdir. Bu isə o deməkdir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şərti rentabellik normasına əsasən iddiaçının həmin il üzrə ödəməli olduğu gəlir vergisi 5 534.98 manat olmalı idi. Beləliklə, iddiaçı həmin il üzrə gəlir vergisini 1 363.78 manat az bəyan etmişdir. Şərti rentabellik normasına əsasən: 166 049.52 (100+20)/20 = 27 674.92 * 20% = 5534.98 Fərq: 5 534.98 - 4 171.20 = 1 363.78 Eyni hal 2021-ci il üzrə təqdim edilmiş bəyannamədə də təkrar edilmişdir. Belə ki, iddiaçının 2021-ci il üzrə elektron qaimə faktura əsasında satdığı malların dəyəri 222 689.30 manat olduğu halda, təqdim edilmiş Gəlir vergisi bəyannaməsində gəlirini 198 152.0 manat bəyan etmişdir. Bu isə o deməkdir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şərti rentabellik normasına əsasən iddiaçının həmin il üzrə ödəməli olduğu gəlir vergisi 7 422.98 manat olmalı idi. Beləliklə, iddiaçı həmin il üzrə gəlir vergisini 817.98 manat az bəyan etmişdir. Şərti rentabellik normasına əsasən: 222 689.30 (100+20)/20 = 37 114.88 * 20% = 7422.98 Fərq: 7 422.98 - 6 605 = 817.98 Göründüyü kimi, iddiaçı ödəməli olduğu gəlir vergisini 2020-ci il üzrə 1 363.78 manat, 2021-ci il üzrə isə 817.98 manat, ümumilikdə 2 181.76 az bəyan etmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilmiş ümumilikdə 39 860.96 manat əlavə vergi məbləğinin 2 181.76 manat hissəsi ilə razılaşır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən rgi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırlmalı olduğu halda, əksinə iddiaçının vəziyyətini daha da ağırlaşdıran yol seçərək onun faktiki olaraq çəkdiyi xərcləri görməzdən gəlmiş, 2019- 2021- ci illər üzrə gəlir vergisini Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş qaydalara əsasən hesablamalı olduğu halda, bundan imtina etmiş və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********410800 nömrəli qərar tam ləğv edilməli, xx.xx.2022-ci il tarixli **********878900 nömrəli vergilərin hesablanması barədə qərar 1363.78 manat vergilərin hesablanması hissəsində istisna olmaqla, qalan hissədə ləğv edilməli, xx.xx.2022-ci il tarixli **********411500 nömrəli vergilərin hesablanması barədə qərar 817.98 manat vergilərin hesablanması hissəsində istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********410800 nömrəli qərar ləğv edilsin, xx.xx.2022-ci il tarixli **********878900 nömrəli vergilərin hesablanması barədə qərar 1363.78 manat vergilərin hesablanması hissəsində istisna olmaqla, qalan hissədə ləğv edilsin, xx.xx.2022-ci il tarixli **********411500 nömrəli vergilərin hesablanması barədə qərar 817.98 manat vergilərin hesablanması hissəsində istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(118)-1216/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1216/2023
21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver