Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2114/2025 15.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 07 yanvar 2025-ci il tarixli e-2-1(118)-2114/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(105)-283/2025 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(118)- 2114/2025 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********170788 saylı qərarına əsasən, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Həmçinin, cavabdehin xx.xx.2024-cü il tarixli **********181089 nömrəli Qərarına əsasən əlavə vergi yoxlaması həyata keçirilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi distillə edilmiş və təmizlənmiş spirtli içkilərin istehsalı ilə məşğul olmuşdur. Yoxlama xx.xx.2023-cü il tarixdə başlanmış, xx.xx.2023-cü il tarixdə bitmişdir. Nəticəsi isə xx.xx.2023-cü il tarixli **********171410 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktda qeyd edilənlərə əsasən: Səyyar vergi yoxlaması 5 halda ümumilikdə 123 gün müddətinə müvəqqəti dayandırılmış, 2 halda isə ümumilikdə 60 gün müddətinə uzadılmışdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan səndlərin təqdim olunması haqqında” xx.xx.2023-ci il tarixli **********170801 nömrəli tələbnaməyə əsasən bir sıra zəruri sənədlər "Vergi yoxlamasının predmetinə aid olan sənədlərin təqdim edilməsi barədə" xx.xx.2023-cü il tarixli Akt tərtib edilməklə iddiaçı tərəfindən yoxlamaya təqdim olunmuşdur. Təqdim edilməsi mümkün olmayan sənədlər haqqında Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli "Vergi yoxlamasımın predmetina aid olan sənədlərin təqdim edilməməsi barədə" İmtina Aktı tərtib edilmişdir. Həmçinin, "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2023-cü il tarixli **********174962 nömrəli qərar çıxarılmış və sənədlərin götürülməsi həyata keçirilmişdir. Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2023-cü il tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokol tərtib olunmuşdur. Protokol vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən tərtib edilməyən və götürülməsi mümkün olmayan sənədlər haqqında Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında" Akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli **********176687 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən iddiaçının Xudat şəhərində fəaliyyət göstərən istehsal obyektində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində istehsal olunmuş məhsulların orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı “Azərekspertiza” Birliyinin eksperti Əliyev Bakir ekspert qismində yoxlamaya dəvət edilmiş və sonuncu xx.xx.2023-cü il tarixli ekspert rəyini təqdim etmişdir. xx.xx.2023-cü il tarixli **********172296 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərara əsasən iddiaçının Xudat şəhərində fəaliyyət göstərən istehsal obyektində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində avadanlıqların istehsal gücü, xammal, material enerji sərfiyyatına görə istehsal edilmiş alkoqollu içkilərin istehsal həcminin müəyyənləşdirilməsi üçün Azərekspertiza” Birliyinin eksperti Əliyev Bakir mütəxəssis qismində yoxlamaya dəvət edilmiş və sonuncu xx.xx.2023-cü il tarixli ekspert rəyini təqdim etmişdir. Səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2024-cü il tarixli **********181395 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən: Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinə əsasən ƏDV üzrə 53,318.62 manat əlavə vergi məbləği hesablanmış və 28,360.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu, 104-cü, 105-ci maddələrinə və NK-nin 55 saylı Qərarına əsasən mənfəət vergisi üzrə ümümilikdə 39,369.82 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19,684.92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 182-ci və 184.1.1-ci maddələrinə əsasən aksiz üzrə müəssisəyə 157,612.64 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78,806.32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. MDSS üzrə müəssisəyə19.01 manat sosial sığorta haqqı hesablanmış və 10.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.6-ci maddəsində nəzərdə tutulmuş hüquqpozuntularına görə müəssisəyə 2,837.67 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli **********181395 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 250,320.09 manat əlavə vergi məbləği hesablanmış, 129,699.36 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli **********181395 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz hesab edirlər: Cavabdeh səyyar vergi yoxlaması zamanı iddiaçının mütəxəssis rəyi ilə elektrik enerjisinin sərfiyyatına uyğun müəyyən edilmiş spirtli içki istehsalının həcminə əsasən ona əlavə vergi məbləği hesablayaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Belə ki, müəssisəyə mütəxəssis rəyi nəzərə alınmaqla əlavə olaraq vergilər hesablanmışdır, istehsal edilmiş məsulların istehsalı üçün çəkilmiş xərclərin real həcmi və maya dəyəri müəyyən edilməmişdir. Həmçinin mütəxəssis rəyində göstərilən qaydalarda istehsal həcminin müəyyən edilməsi mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə uyğun deyildir. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyərinin aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: xammal və materiallar; qaytarılmış tullantılar; texniki məqsədlər üçün yanacaq enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; istehsal fəhlələrinin əlavə əmək haqqı; sosial sığortaya ayırmalar; avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən, amortizasiya; ümumi sex xərcləri; ümumi zavod xərcləri; zay məhsul və itkilər; sair istehsalat xərcləri; əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq mütəxəssis rəyində məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatına uyğun şəkildə istehsal həcmi müəyyən edilməmişdir. Hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz. Belə ki, bu, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən, qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa, o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, əlavə verginin istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi vergi orqanlarının 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Lakin elektrik enerjisinin sərfiyyatına görə verginin hesablanması qeyd olunan maddənin bəndlərində nəzərdə tutulmamışdır. Həmin maddədən görünür ki, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilərdi. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada hesablanmamaqla yanaşı, mənfəət vergisinə münasibətdə həmin Məcəllənin birbaşa 83.9cu maddəsinə istinad edilməklə hesablanma aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, mübahisələndirilən qərarla cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə iddiaçıya əlavə mənfəət vergisi hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən səbəblərdən verginin hesablanması mümkün olmadıqda həmin maddədə və bu maddə ilə əlaqəli olaraq Məcəllənin 83-cü maddəsində ardıcıllıqla vergilərin bir neçə hesablama qaydası müəyyən edilmişdir. Vergi orqanı qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməli idi. Lakin göstərilənlərin əksinə vergi orqanı elektrik enerjisi sərfiyyatını əsas götürərək iddiaçıya məxsus müəssisədə müvafiq dövr ərzində spirtli içkilərin istehsal həcmini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, spirtli içkilərin istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu, dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddətindən, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulmasından, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Belə ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Cavabdehin səyyar vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu qaydada həyata keçirilən vergi yoxlaması qanuni sayıla bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2259/2023 nömrəli qərarında qeyd edildiyi kimi, “Enerji sərfiyyatı əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların qanuniliyi ilə bağlı analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, müəssisənin istehsal həcmi onun fəaliyyətinə görə sərf olunmuşelektrik enerjisi sərfiyyatının miqdarı ilə qismən mütənasiblik təşkil etsə də, bu sərfiyyat həmin dövriyyəni müəyyənləşdirən yeganə göstərici kimi çıxış edə bilməz. Elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsaslanmaqla iddiaçının dövriyyəsinin hesablanması ağlabatan olsa da, elektrik enerjisi sərfiyyatı dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqlarının istismarı müddəti, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən, hazırkı vəziyyətdə məhsulun xassəsi baxımından itkiyə getməsi və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər.” (oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2504/2023, 2-1(102)-1632/2023, 2- 1(102)-2491/2023, 2-1(102)-2052/2023, 2- 1(102)-231/2023, 2-1(102)-532/2022 nömrəli qərarları mövcuddur). Hazırkı iş üzrə cavabdeh vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimj qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Göstərilənlərə əsasən hesab edirlər ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərar inzibati icraat və vergi qanunvericiliyinin tələblərinin cavabdeh tərəfindən pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə dair mülahizəsində qeyd edilmişdir ki, İddiaçı MMC-də 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********170788 saylı qərarına əsasən, növbəti səyyar vergi yoxlaması, xx.xx.2024-cü il tarixli **********181089 nömrəli Qərarına əsasən isə əlavə vergi yoxlaması həyata keçirilmişdir. Yoxlama xx.xx.2023-cü il tarixli **********171410 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2024-cü il tarixli **********181395 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən: Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinə əsasən ƏDV üzrə 53,318.62 manat əlavə vergi məbləği hesablanmış və 28,360.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu, 104-cü, 105-ci maddələrinə və NK-nin 55 saylı Qərarına əsasən mənfəət vergisi üzrə ümümilikdə 39,369.82 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19,684.92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 182-ci və 184.1.1-ci maddələrinə əsasən aksiz üzrə müəssisəyə 157,612.64 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78,806.32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. MDSS üzrə müəssisəyə 19.01 manat sosial sığorta haqqı hesablanmış və 10.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.6-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntularına görə müəssisəyə 2,837.67 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli **********181395 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 250,320.09 manat əlavə vergi məbləği hesablanmış, 129,699.36 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli **********181395 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz hesab edirlər: Aksiz vergisi üzrə yol verilən pozuntular: Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən, cavabdeh vergi orqanı yoxlama nəticəsində iddiaçının 2020-ci il üzrə 20,952.2 litr, 2021-ci il üzrə 17,188 litr, 2022-ci il üzrə 8,891 litr arağın əlavə olaraq bəyan edilmədən satıldığını müəyyən etmiş və həmin illər üzrə arağa görə Vergi Məcəlləsində nəzərdə tutulmuş aksiz vergisinin dərəcəsini tətbiq edərək, iddiaçıya: 2020-ci il üzrə 67,047.04 manat (20,952.2 * 3.2) 2021-ci il üzrə 55,001.60 manat (17,188 * 3.2) 2022-ci il üzrə 35,564.0 manat (8,891 * 4) Ümumilikdə, 157,612.64 manat aksiz vergisi hesablamışdır. Hesablamanın qanuniliyinə obyektiv qiymət vermək üçün aşağıdakı suallara düzgün cavab tapılmalıdır. Birinci sual - cavabdeh əlavə araq satışını və onun həcmini (neçə litr olduğunu) necə müəyyən etdi? Cavabdeh vergi orqanı əlavə satılan araq sayını araq butulkalarına yapışdırılmış aksiz markalarının əksik gələn qalığı əsasında müəyyən etmişdir. Necə? Cavabdeh vergi orqanı ilk öncə yoxlama ilə əhatə olunan dövrlər ərzində alınmış aksiz markalarının ümumi sayını (1,131,788 ədəd) müəyyən etmişdir. (xx.xx.2020-ci il tarixə 147,986 ədəd aksiz markası qalığının üzərinə xx.xx.2020xx.xx.2023 hesabat dövrləri ərzində alınan 1,000,000 ədəd aksiz markasını əlavə etmiş, sonda isə xx.xx.2023-cü il tarixə olan 16,198 ədəd aksiz markası qalığını çıxmışdır) Qeyd: yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə alınmış 1,131,788 ədəd aksiz markasının miqdarı ilə iddiaçı da razıdır, bununla bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyil. Mübahisə bundan sonrakı mərhələ ilə bağlıdır. Belə ki, cavabdeh bundan sonra aksiz markalarının ümumi sayı əsasında əksik gələn marka qalığını və araq sayını müəyyən etməyə çalışmışdır. Necə? Cavabdeh ümumi alınmış aksiz markalarının sayından, yenə də yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə (sentybar 2020 - fevral 2023) e-qaimə və NKA vasitəsilə satılmış araqların sayını çıxaraq, əksik gələn aksiz markasının miqdarını müəyyən etmişdir: 1,131,788 ədəd (ümumi alınmış aksiz markası) - 1,078,226 ədəd (ümumi satılmış araq butulkalarının sayı) = 53,562 ədəd Qeyd olunan hesablama nəticəsində cavabdeh belə nəticəyə gəlmişdir ki, alınmış 1,131,788 ədəd aksiz markasından 1,078,226 ədədi rəsmiləşdirilərək satılan araq butulkalarına, 53,562 ədəd əksik gələn aksiz markası isə rəsmiləşdirilmədən (bəyan edilmədən) satılmış araq butulkalarına yapışdırılmışdır. Daha sonra isə cavabdeh vergi orqanı iddiaçının rəhbərindən aldığı izahat əsasında 53,562 ədəd arağın 0.5, 0.7 və 1 litrlik olmaqla 3 kateqoriya üzrə bölüşdürmüş və yekunda qeyd olunan araqların həcmini (neçə litr olduğunu) müəyyən etmişdir. Göründüyü kimi, cavabdeh aksiz vergisi məqsədləri üçün əksik gələn araqların sayını alınmış aksiz markalarının sayından satılmış araqların sayını çıxmaqla, həcmini (neçə litr olduğunu) isə direktorun izahatı əsasında müəyyən etmişdir. Beləliklə, göstərilən üsulun tətbiqi nəticəsində cavabdeh belə qənaətə gəlmişdir ki, iddiaçı istehsal edilmiş 1,131,788 ədəd araqdan 1,078,226 ədədini e-qaimə və NKA vasitəsilə satdığı halda, 53,562 ədədini rəsmiləşdirmədən satmış və vergidən yayınmışdır. Bu səbəbdən də cavabdeh 53,562 ədəd arağa görə iddiaçıya 157,612.64 manat aksiz vergisi hesablamışdır. Cavabdeh 53,562 ədəd güya “əksik gələn” arağa görə aksiz vergisi hesablayan zaman çox böyük və kobud səhvə yol vermişdir. Belə ki, cavabdeh bilərəkdən və ya bilməyərəkdən elə zənn etmişdir ki, aksiz vergisi satılan araqlara görə hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin tələblərinə əsasən aksiz vergisi satılan yox istehsal edilən araqların həcminə görə hesablanır. Vergi Məcəlləsinin: 13.2.76-cı maddəsinə əsasən aksiz markası - aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markasıdır. 182.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur. 184.1-cı maddəsinə əsasən aşağıdakı əməliyyatlar vergitutma obyektləridir: 184.1.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, bu Məcəllənin 190.1.1-190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması. 190.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir: 190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə 4,8 manat; 191.1-cı maddəsinə əsasən aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə, hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir. Sadalanan normalardan aydın olduğu kimi, aksiz vergisi məqsədləri üçün vergitutma obyekti aksizli malların satışı yox, məhz istehsalıdır və təqvim ayı ərzində satılmasından asılı olmayaraq, vergilər istehsal edilən aksizli malların həcminə müvafiq vergi dərəcəsini tətbiq etməklə hesablanır. Hazırkı iş üzrə iddiaçı təqvim ayları (sentyabr 2020 - fevral 2023) üzrə təqdim etdiyi aksiz vergi bəyannamələrində istehsal edilən araq məhsullarının hər litrinə müvafiq vergi dərəcəsini tətbiq edərək, hesablanmış aksiz vergisi məbləğlərini növbəti ayın 20-dək dövlət büdcəsinə ödəmişdir. İndi isə gəlin vergi orqanının səhvini düzəldərək, satışa yox istehsal həcminə əsasən müəyyən edək görək iddiaçının aksiz vergisi üzrə hər hansı kənarlaşması varmı? Bunun üçün ilk öncə iddiaçının yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə istehsal etdiyi araq məhsullarının sayını və həcmini müəyyən etməliyik. İş materiallarına əlavə edilmiş yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə təqdim edilmiş aksiz vergisi bəyannamələrinə əsasən iddiaçının istehsal etdiyi araq məhsullarının ümumi sayı - 1,131,788 ədəd ümumi həcmi (litrlə) - 235,851 litr yapışdırdığı aksiz markasının sayı - 1,131,788 ədəd hesablanmış aksiz vergisi - 827,643.95 manat (İTS daxil olmaqla) Qeyd. Bəyannamələrin yuxarda göstərilən göstəriciləri (vergilər hissəsi istisna olmaqla) yoxlama nəticəsində vergi orqanı tərəfindən təsdiq edilmiş, tərəflər arasında bununla bağlı mübahisə mövcud deyil. İndi isə rəqəmləri müqayisə edək. Cavabdeh vergi orqanı yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə alınmış aksiz markasının sayını 1,131,788 ədəd müəyyən etmişdir. Bəs yoxlama ilə təsdiqini tapmış aksiz vergisi bəyannamələrinə əsasən iddiaçı tərəfindən istehsal edilmiş arağın və onlara yapışdırılmış aksiz markalarının sayı nə qədərdir? Təbiiki 1,131,788 ədəd. Göründüyü kimi, iddiaçının istehsal etdiyi araq sayı ilə tətbiq edilmiş aksiz markalarının sayı arasında hər hansı fərq mövcud deyil. Bu isə o deməkdir ki, iddiaçının aksiz vergisi üzrə hər hansı kənarlaşması mövcud deyil. Yəni, aldığı aksiz markasının sayı qədər də araq istehsal etmiş və buna müvafiq vergiləri hesablayaraq dövlət büdcəsinə ödəmişdir. Beləliklə, bir halda ki, iddiaçı aksiz vergisini vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq, satılmış (1,078,226 ədəd) yox, istehsal edilmiş araq məhsullarının sayına (1,131,788 ədəd) və həcminə görə hesabamışdır, bu halda təbii ki, aksiz vergisi üzrə hər hansı kənarlaşmadan söhbət gedə bilməz. Göründüyü kimi, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq alınmış aksiz markalarının sayından istehsal edilmiş araqların sayını çıxmaq əvəzinə, satılmış araqların sayını çıxaraq, sanki 53,562 ədəd arağa görə aksiz vergisinin hesablanmadığı təəssüratı yaratmağa çalışmışdır. Halbuki, qeyd olunan 53,562 ədəd “əksik gələn” araq elə istehsal edilmiş və bəyannamələrdə də öz əksini tapmış 1,131,788 ədəd arağın daxilində olmuşdur. Başqa sözlə ifadə etsək, iddiaçının bəyannamədə əks etdirərək aksiz vergisi hesabladığı 53,562 ədəd arağa görə cavabdeh vergi orqanı ikinci dəfə aksiz vergisi hesablamışdır. Burada ikinci bir sual ortaya çıxır - əgər istehsal edilən araqların sayı ilə aksiz markalarının sayı (1,131,788 ədəd) eynidirsə, o halda niyə satılmış araqların sayı (1,078,226 ədəd) 53,562 ədəd əksikdir? Bunu misal üzərindən sadə şəkildə izah edək. Misal. Araq istehsal edən vergi ödəyicisi mart ayında 1000 ədəd araq istehsal edir və həmin araq butulkalarına 1000 ədəd aksiz markası yapışdırır. Mart ayında istehsal edilən 1000 ədəd araqdan 600 ədədi mart ayında, geri qalan 300 ədədi aprel ayında, 100 ədədi isə may ayında satılır. Bu halda, aksiz markasının qalığını mart ayının sonuna hesablasaq, 400 ədəd əksik gəlir, yox əgər may ayının sonuna hesablasaq, hər hansı kənarlaşma yaranmır. Hazırki işdə cavabdeh eyni xətaya yol verərək, aksiz markasının qalığını hesablayarkən yalnız yoxlama dövrü ilə (son tarix - xx.xx.2023) məhdudlaşmış, istehsal edilərək anbarda saxlanılan və sonrakı tarixlərdə satılan araq butulkalarının sayını nəzərə almamışdır. Nəticədə cavabdeh 53,562 ədəd əksikgəlmə yarandığını zənn etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, yoxlama xx.xx.2020-xx.xx.2023-cü il tarixləri əhatə etdiyindən, cavabdeh yalnız bu tarix aralığında alınan aksiz markasını və satılan araq butulkalarının sayını əsas götürmüşdür. Halbuki, yoxlama ilə əhatə olunan hesabat dövrünün son aylarında (2022-ci ilin dekbar, 2023-cü ilin yanvar-fevral aylarında) istehsal edilmiş araq məhsullarının bir qismi (53,562 ədədi) anbarda saxlanılaraq və ya pərakəndə satış məqsədilə cəmiyyətə məxsus firma mağazlarına verilərək, yoxlamadan sonrakı aylarda (məsələn, 2023-cü ilin aprel-iyun aylarında) satılmışdır. Çünki, araqlar əvvəlcədən sifariş əsasında istehsal edilmədiyindən, hazır məhsulların bir qismi aksiz markası yapışdırılaraq anbarda saxlanılır və ya yerdəyişmə qaiməsi əsasında pərakəndə satış məqsədilə şirkətə məxsus firma mağazalarına təqdim edilir. Göründüyü kimi, əksik gəldiyi iddia olunan 53,562 ədəd araq butulkaları əslində yoxlama ilə əhatə olunan dövrdən sonrakı (növbəti) aylarda satılmış, lakin cavabdeh vergi orqanı bilərəkdən və ya bilməyərəkdən həmin butulka sayını əksik gəlmə kimi qəbul etmişdir. Növbəti sual - bəs vergi orqanı aksiz markalarının qalığını necə müəyyən etməli idi? Cavabdeh bunun üçün ilk öncə inventarizasiya həyata keçirib, aksiz markasının yoxlama keçirilən anda qalığını müəyyən etməli və həmin göstəricini yoxlama ilə əhatə olunan dövrün əvvəlindən (xx.xx.2020-ci il tarixdən) inventarizasiya həyata keçirilən tarixə qədər olan dövrlər üzrə alınmış və istifadə edilmiş aksiz markalarının sayı ilə müqayisə edərək hər hansı kənarlaşmanın olub-olmadığını aşkar etməli idi. Lakin səyyar vergi yoxlaması aktının 5-ci səhifəsində qeyd edildiyi kimi vergi ödəyicisinin əmlakının inventarizasiyası həyata keçirilməmişdir. Direktorun izahatının mötəbər sübut olmaması Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş cəmiyyətin rəhbəri Səfərov İsmayıl tərəfindən verilmiş izahatdan aydın olur ki, sonuncu əksik gələn 53562 ədəd aksiz markaları ilə bağlı suala cavab olaraq 2020-2022-ci illərdə dövriyyədə bəyan edilməmiş araq butulkalarının sayı, həcmi və hansı dövrlərdə satılması ilə bağlı məlumatları təqdim etmişdir. Cavabdeh vergi orqanı isə qeyd olunan izahatı əsas götürərək iddiaçıya əlavə araq satışı bəhanəsi ilə ƏDV, Mənfəət və aksiz vergisi hesablamışdır. İş materiallarından göründüyü kimi, cavabdeh xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək davam edən yoxlama müddətində ekspert və mütəxəssis rəyləri almış, buna görə yoxlamanı 5 dəfə müvəqqəti dayandırmış, 2 dəfə yoxlamanın müddətini uzatmış, 1 dəfə də əlavə vergi yoxlaması tədbirləri həyata keçirmiş, lakin sonunda bütün bu tədbirləri və rəyləri bir kənara qoyaraq, sadəcə xx.xx.2024-cü il tarixdə (yoxlamanın bitməyinə 5 gün qalmış) aldadılaraq iddiaçıdan alınmış izahatı əsas götürərək iddiaçıya əlavə vergi məbləğləri hesablamışdır. İzahatın aldadılaraq (əhəmiyyətli yanılma nəticəsində) alındığını və reallığı əks etdirmədiyini aydınlaşdırmaq çox sadədir. Necə? Birincisi, yuxarıda da izah etdikləri kimi, 53,562 ədəd əksik gəldiyi iddia olunan aksiz markaları əslində istehsal edilən araq butulkalarına yapışdırılaraq, buna görə müvafiq vergilər hesablanaraq dövlət büdcəsinə ödənildiyi halda, cavabdeh həmin rəqəmi səhvən (qanunvericiliyə zidd olaraq) alınmış markaların sayından istehsal edilən yox, satılan araqların sayını çıxaraq əldə etmişdir. Başqa sözlə desək, rəqəm səhvdirsə, verilmiş izahat necə düzgün ola bilər? İkincisi, 9 ay davam edən yoxlama çərçivəsində hər hansı kənarlaşma aşkar etməyən vergi orqanına şirkətin rəhbəri niyə yoxlamanın bitməyinə 5 gün qalmış könüllü şəkildə kənarlaşma barədə məlumat versin? Göründüyü kimi, sübut qismində istinad edilən izahat reallığı əks etdirmir və mötəbərliyinə dair kifayət qədər ciddi şübhələr var. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-468/2022 nömrəli qərarında da qeyd edilir ki, “Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə müəyyən olunur ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Bununla bağlı kollegiya qeyd edir ki, real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə yeganə mövqeyi olan - iddiaçı MTK- nın təsisçisinin etiraf - izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir. Belə ki, işdən görünür ki, iddiaçı tərəf həmin izahatın səhvən verildiyini iddia edir. Başqa sözlə, iddiaçının mövqeyinə əsasən bu, yanılma nəticəsində verilmiş izahatdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin yuxarıda əks olunmuş mövqeyinə görə, təkcə etiraf yetərli deyil, bu fakt digər sübutlarla da təsdiq olunmalıdır. ...İstinad olunan normaların təhlili onu deməyə əsas verir ki, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalıdır, başqa sözlə, vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz”. Beləliklə, Konstitusiya və kassasiya instansiyası məhkəmələrinin mövqeyindən aydın olduğu kimi, şəxsin faktın etirafı barədə izahatı əhəmiyyətli yanılma və ya digər hallarda verilmə ehtimalı olduğundan, əsaslı sübut kimi qiymətləndirilməsi üçün prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalı, yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi təqdirdə, həmin etiraf - izahat sübut kimi qəbul edilə bilər. Bundan başqa, vergi qanunvericiliyinin ümumi prinsip və tələblərinə əsasən vergilərin hesablanması üçün ilkin olaraq vergitutma elementləri (vergitutma obyekti, vergitutma bazası, vergi dərəcəsi və digərləri) mövcud olmalıdır. (maddə 12.1) Vergitutma obyekti isə gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir ki, bunlar da vergiyə cəlb və azad edilən olmaqla müxtəlif kateqoriyalara bölünür. (maddə 12.3) Vergi Məcəlləsinin xüsusi hissəsində isə hər bir vergi növü üzrə vergitutma obyektinin nədən (nələrdən) ibarət olduğu, vergilərin vergitutma bazası üzrə hansı qaydada və müddətdə hesablanması, hesablama zamanı cəlb və azad edilən vergitutma obyektinin necə fərqləndirilməsi və digər məsələlər tənzimlənir. Ümumi şəkildə qeyd edək ki, Vergi Məcəlləsində vergi ödəyicisinin verdiyi izahatın vergitutma elementi olmasına və vergilərin hesablanması zamanı hər hansı formada nəzərə alınmasına dair bir dənə də olsun norma mövcud deyil. Belə ki, vergi ödəyicisinin izahatı özülüyündə həqiqəti əks etdirməyə, vergidən yayınmaq məqsədilə də verilə bilər. Məhz bu səbəbdəndir ki, qanunverici vergilərin müvafiq təsdiqedici sənədlər ilə rəsmiləşdirilmiş vergitutma obyektləri əsasında hesablanmasını şərt qoşmuşdur. Hazırkı işdən də göründüyü kimi, cavabdeh vergi orqanı bütün səyyar vergi yoxlamasını iddiaçının rəhbərinin izahatı üzərinə qurmuş, izahatın mötəbərliyi ilə bağlı hər hansı əlavə araşdırma aparmadan, sadəcə həmin izahat əsasında əlavə vergi məbləğləri hesablamışdır ki, bu da qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Mənfəət vergisi üzrə yol verilmiş nöqsanlar Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən yoxlama nəticəsində iddiaçının ümumi gəlirləri 2020-ci il üzrə 402,059.43 manat, 2021-ci il üzrə 446,356.69 manat, 2022-ci il üzrə 219,923.36 manat, ümumilikdə 1,068,339.48 manat müəyyən edilmişdir. Halbuki, iddiaçı həmin illər üzrə təqdim etdiyi vergi bəyannamələrində ümumi gəlirləri 2020-ci il üzrə 325,856.40 manat, 2021-ci il üzrə 375,052.69 manat, 2022-ci il üzrə 268,111.37 manat, ümumilikdə 969,020.46 manat bəyan etmişdir. Göründüyü kimi, vergi orqanı həmin dövriyyəni 99,319.02 manat artırmışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya (5-ci suala) cavab olaraq cavabdeh tərəfindən qeyd edilmişdir ki, “2020-2022-ci illər üzrə vergi ödəyicisinin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirləri həmin illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş e-qaimə və NKA üzrə satışların (aksiz vergisiz) üzərinə hər bir il üzrə əlavə satışa verilmiş məhsulların dəyəri əlavə olunaraq (aksiz vergisiz) yoxlama ilə təsdiqlənmişdir”. Göründüyü kimi, məhkəmə illər üzrə ümumi gəlirlərin hansı qaydada (hesablanma qaydası göstərilməklə) müəyyən edildiyi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu istər səyyar vergi yoxlaması aktında, istərsə də sorğuya cavab məktubunda iddiaçının ümumi gəlirlərinin konkret olaraq hansı qaydada hesablandığını və 99,319.02 manat artırıldığını əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh məktubda ümumi gəlirlərin e-qaimə, NKA və əlavə satış əsasında müəyyən edildiyini qeyd etsə də, həmin göstəricilərin ayrı-ayrılıqda nədən ibarət olduğunu açıqlamamışdır. Həmçinin, yuxarıda da izah etdikləri kimi, cavabdeh əlavə araq satışı üzrə dövriyyəni də düzgün müəyyən edə bilməmişdir. Bundan başqa, cavabdeh ümumi gəlirlər üzrə cəmi 99,319.02 manat kənarlaşma aşkar etdiyi halda, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı əsasında iddiaçıya 39,369.82 manat mənfəət vergisi hesablamışdır. Halbuki, 99,319.02 manat əlavə satış dövriyyəsinə birbaşa 20% tətbiq etdikdə belə, hesablanmalı mənfəət vergisinin 19,863.80 manat olduğunu müəyyən edirlər. Göründüyü kimi, cavabdeh vergi orqanı vergiyə cəlb edilən əlavə dövriyyənin hansı qaydada hesablandığını əsaslandıra bilməməklə yanaşı, mənfəət vergisini 20% tətbiq edərək hesablamaq əvəzinə əsassız olaraq daha ağır formada - şərti rentabellik norması tətbiq etməklə hesablamışdır. Bundan başqa, cavabdeh şərti rentabellik normasının tətbiqini belə əsaslandırır ki, iddiaçının əlavə satdığı araqlar üzrə xərcləri müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı qeyd edirlər ki, cavabdeh əlavə satıldığı iddia olunan araqların sayını yoxlama ilə əhatə olunan dövrlər ərzində istehsal edilən araqların və onlara yapışdırılan markaların dəqiq sayı əsasında, hətta əlavə satıldığı iddia olunan araqların həcmini (neçə litrlik olduğunu) və hansı dövrlərdə satıldığını müəyyən etdiyi halda, necə ola bilər ki, onlara çəkilən xərci müəyyən edə bilməsin? Halbuki, əlavə satılan araqlar üzrə xərclər elə istehsala çəkilən xərclər əsasında müəyyən edilir ki, cavabdeh də istehsalın həcmini və sayını dəqiq müəyyən etmişdir. Bundan başqa, iddiaçı da istehsal edilən bütün araq məhsullarının istehsal xərcinə dair təsdiqedici sənədləri cavabdehə təqdim etmişdir. Lakin, buna baxmayaraq cavabdeh vergi orqanı iddiaçıya şərti rentabellik norması tətbiq etmişdir. Halbuki, kassasiya instansiyası məhkəməsinin formalaşmış mövqeyindən bilirik ki, mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hesablandığı halda, aşağıdakı hallara hüquqi qiymət verilməlidir: Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinə əsas verən halın mövcudluğu, yəni müvafiq vergi yoxlaması zamanı zəruri sənədlərin vergi ödəyicisi tərəfindən yoxlamanı həyata keçirən vergi orqanına təqdim edilib- edilmədiyi; Zəruri sənədlər təqdim edilmədiyi təqdirdə, vergi orqanı tərəfindən hesablamanın Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş hansı metod (əlaqəli məlumatdan istifadə, analoji vergi ödəyicisi barədə məlumatdan istifadə, yoxsa şərti rentabellik normasının tətbiqi) əsasında həyata keçirildiyi; Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş 3 metoddan hər hansı birinin tətbiqinə münasibətdə mülahizə səlahiyyətinin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunub-olunmadığı və qəbul edilmiş inzibati aktın inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və uyğun olub-olmadığı; şərti rentabellik institutunun birbaşa tətbiq edildiyi halda, onun tətbiqini zəruri edən əsasların cavabdeh orqan tərəfindən açıqlanıb-açıqlanmadığı. Göründüyü kimi, cavabdeh VM-nin 67-ci maddəsinin tətbiqi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə uyğun davranmamışdır. Belə ki, cavabdeh şərti rentabellik normasının tətbiqini zəruri edən halın mövcudluğunu (sənədlərin təqdim edilmədiyini) və diskresion səlahiyyətdən niyə məhz bu qaydada istifadə etdiyini əsaslandıra bilməmişdir. Əlavə dəyər vergisi üzrə yol verilən pozuntular Aktda qeyd edilənlərə əsasən, cavabdeh vergi orqanı əksik gələn 53,562 ədəd araq sayına orta satış qiymətini (0.5 litrlik araq üzrə 4.20 manat, 0.7 litrlik araq üzrə 5.54 manat, 1 litrlik araq üzrə 7.33 manat) tətbiq edərək, ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən dövriyyəni müəyyən etmiş və daha sonra da həmin dövriyyə əsasında iddiaçıya 2020-ci il dekabr ayına 23,812.55 manat, 2021-ci ilin dekabr ayına 18,231.08 manat, 2022-ci ilin dekabr ayına 10,389.59 manat, ümumilikdə 52,433.22 manat ƏDV məbləği hesablamışdır. Yuxarıda da izah etdikləri kimi, cavabdeh 53,562 ədəd əlavə araq satışı üzrə dövriyyəni düzgün müəyyən edə bilməmişdir ki, bu da hesablanmış 52,433.22 manat ƏDV məbləğinin qanunsuz olduğuna dəlalət edir. Bundan başqa, cavabdeh vergi orqanı: 2020-ci ilin sentyabr-noyabr ayları, 2021-ci ilin fevral-mart, iyun, sentyabr, oktyabr ayları, 2022-ci ilin yanvar-mart, may-iyun ayları və 2023-cü ilin yanvar ayı üzrə ümumilikdə 4,287.46 manat ƏDV məbləğinin AZ, 2021-ci ilin yanvar, aprel-may, avqust, noyabr ayları, 2022-ci ilin aprel, avqust-noyabr ayları, 2023-cü ilin fevral ayı üzrə ümumilikdə 3,402.25 manat ƏDV məbləğinin ARTİQ hesablandığını müəyyən etmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı əlavə satış dövriyyəsi üzrə 52,433.22 manat, digər əsaslarla (dövriyyə və əvəzləşdirmə üzrə yaranan kənarlaşmaya görə) 4,287.46 manat, ümumilikdə 56,720.68 manat ƏDV-nin az, 3,402.25 manat ƏDV-nin isə artıq hesablandığını müəyyən etmişdir. Bununla bağlı qeyd edək ki, sorğu ilə cavabdehə müraciət edilərək, e- qaimələrin təhlili nəticəsində araq çeşidlərinin bir vahidinin orta satış qiymətinin necə hesablandığı, dövriyyə və əvəzləşdirmə üzrə kənarlaşmaların hansı qaimə və təqvim ayı üzrə və hansı məbləğdə olduğu barədə ətraflı məlumat verilməsi tələb edilsə də, cavabdeh 4-cü suala ümumi sözlərlə cavab vermiş, 6-cı suala isə ümumiyyətlə cavab verməmişdir. Beləliklə, göstərilənlərə əsasən hesab edirlər, cavabdeh vergi orqanı tərəfindən əlavə araq satışı üzrə dövriyyə səhv şəkildə (aksiz markası üzrə qalığın düzgün hesablanmaması əsasında) müəyyən edildiyindən, onun əsasında hesablanmış 52,433.22 manat ƏDV məbləği və əvəzləşdirmə və dövriyyə üzrə yaranmış kənarlaşmaya dair əsaslandırma mövcud olmadığından, onun əsasında hesablanmış 4,287.46 manat ƏDV məbləği qanunsuz hesab edilərək silinməlidir. Göstərilənlərə əsasən hesab edirlər ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərar inzibati icraat və vergi qanunvericiliyinin tələblərinin cavabdeh tərəfindən pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, və nümayəndəsi X3 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazlarında qeyd edir ki, keçirilmiş növbəti səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********171410 nömrəli Səyyar vergi yoxlaması Aktının 1 nüsxəsi vergi ödəyicisi İddiaçı MMC-nin rəhbəri X2 təqdim edilmişdir. Müəssisənin rəhbəri X3 tərəfindən heç bir narazılıq və etiraz edilmədən akt qəbul edilmiş, onun tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən iddia verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixli **********181395 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar xx.xx.2024-cü il tarixində vergi ödəyicisinə təqdim edilmiş, göndərilmiş sənəd xx.xx.2024cü il tarixində saat 15:16:02-də vergi ödəyicisi tərəfindən oxunmuş, lakin iddiaçı 5 ay 22 gün sonra, yəni 2024-cü ilin avqustun 20-də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mənfəət vergisi üzrə aşağıdakıları bildirirlər: SVY zamanı müəssisənin 2020-2022-ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri yoxlanılmışdır. Vergi ödəyicisi hesablama metodundan istifadə edərək mənfəət vergisi bəyannamələrini təqdim etmişdir. Keçirilən səyyar vergi yoxlaması zamanı Mütəxəssis rəyindən istifadə edilməmişdir. Aparılan səyyar vergi yoxlaması ilə əlavə araq (aksiz əskikgəlməsindən yaranan) müəyyən edilərək satışa verildiyindən yoxlama ilə vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Yoxlama üçün naməlum olan xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatlarla müəyyən edilməsi mümkün olmadığından 2020-2022-ci illər üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və **********605600 nömrəli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət olunmuşdur. Əldə olunmuş **********900200 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinə uyğun 3 saylı Ərazi Vergilər İdarəsində 2020-2022-ci illər üzrə mənfəət vergisi ödəyicisi olan analoji vergi ödəyicisinin müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi tapılmadığı üçün 2020-2022-ci illər üzrə mənfəət vergisini müəyyən etmək üçün Vergi məcəlləsinin 67.14-cü, 83.9-cu, 104-cü və 105-ci maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir. M= G : (100 + R) x R M - Vergi ödəyicisinin mənfəəti; G - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik norması (20%). Vergi ödəyicisinin yoxlama ilə 2020-ci il üzrə gəliri 402059,43 manat (ƏDV-siz, Aksizsiz) təsdiqlənmişdir. Şərti rentabellik norması əsasında 13401,98 manat mənfəət vergisi müəyyən olunmuşdur. Vergi ödəyicisinin yoxlama ilə 2021-ci il üzrə gəliri 446356,69 manat (ƏDV-siz, Aksizsiz) (o cümlədən 93485,0 manat əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) təsdiqlənmişdir. Əvəzsiz əsasla təqdim olunmuş aktivlər üzrə birbaşa 20% hesablama aparılmış digər hissəyə şərti rentabellk tətbiq edilmişdir. 2021-ci il üzrə 30459,39 manat mənfəət vergisi müəyyən olunmuşdur. Vergi ödəyicisinin yoxlama ilə 2022-ci il üzrə gəliri 219923,36 manat (ƏDV-siz, Aksizsiz) təsdiqlənmişdir. Şərti rentabellik norması əsasında 7330,78 manat mənfəət vergisi müəyyən olunmuşdur. Ümumilikdə Vergi məcəlləsinin 67.14-cü, 83.9-cu, 104-cü, 105-ci maddələrinə və NK 55 saylı Qərarına əsasən vergi ödəyicisinə 2020-2022-ci ilin mənfəət vergisi üzrə 39369,82 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 19684,82 manat (39369,82x50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə aşağıdakıları bildirirlər: Vergi ödəyicisi xx.xx.2016-cı il tarixində 3 saylı ƏVİ tərəfindən verilmiş **********4 №-li ƏDV-nin qeydiyyat bildirişi əsasında ƏDV qeydiyyatından keçmişdir. ƏDV-nin qüvvəyə minmə tarixi xx.xx.2016-cı ildir. Yoxlama ilə əhatə olunan dövr ərzində müəssisə faktiki olaraq spirtli içkilərin istehsalı və satışı ilə məşğul olmuşdur. Yoxlama ilə xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəalarını pozaraq dövriyyəni düzgün bəyan etmədiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin ƏDV dövriyyəsi nəzarət kassa aparatı əsasında aylar üzrə pərakəndə satışlar, eləcə e-qaimə üzrə satışlardan banka daxil olan vəsaitlər və əlavə satışa verilmiş arağın dəyəri əsasında formalaşmışdır. Həmçinin vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozularaq əvəzləşmələr düzgün aparılmamışdır. Keçirilən yoxlama zamanı aksiz markaları qalıqlar nəzərə alınaraq yoxlanılmışdır. Nəticədə aksiz markalarnın əskikgəlməsi müəyyən edilmişdir. Belə ki, müəsssisə tərəfindən 2020-ci ilin yoxlanılan aylarında 4646 ədəd 0,7 litrlik butulkada 17700 ədəd 1 litrlik butulkada araq təqdim etdiyi müəyyən edilmişdir. 2021-ci il üzrə 1400 ədəd 0,5 litrlik butulkada, 9590 ədəd 0,7 litrlik butulkada, 9775 ədəd 1 litrlik butulkada araq təqdim etdiyi müəyyən edilmişdir. 2022-ci il üzrə isə 1500 ədəd 0,5 litrlik butulkada, 2700 ədəd 0,7 litrlik butulkada, 6251 ədəd 1 litrlik butulkada araq təqdim etdiyi müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində müəssisənin təqdim etdiyi e-qaimələr üzrə orta satış qiyməti 0,5 litr butulka araq 4,20 manat, 0,7 litr butulka araq 5,54 manat, 1,0 litr butulka araq 7,33 manat olmuşdur. Yoxlama ilə əlavə satışa verilmiş çeşidlər üzrə hər bir butulka arağın e-qaimə üzrə satış qiyməti tətbiq edilərək hər bir ilin sonuncu ayına əlavə edilərək hesablama aparılmışdır. Yoxlanılan dövr üzrə müəssisəyə Vergi Məcəlləsinin 166-cı, 175-ci, 159-cu və 58.1-ci maddələrinə əsasən 53318,62 manat əlavə vergi məbləği hesablanmış və 28360,45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aksiz vergisi üzrə aşağıdakıları bildirirlər: Yoxlama ilə əhatə olunan dövr ərzində müəssisə faktiki olaraq spirtli içkilərin istehsalı və satışı ilə məşğul olmuşdur. Yoxlama ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə olunmuşdur. Keçirilən yoxlama zamanı aksiz markaları qalıqlar nəzərə alınaraq yoxlanılmışdır. Nəticədə aksiz markalarnın əskikgəlməsi müəyyən edilmişdir. Nəticədə bəyan edilməyərək satılmış araqların hansı aylarda təqdim edildiyini müəyyən etmək mümkün olmadığından hər ilin dekabr ayına əlavə edilərək hesablama aparılmışdır. Belə ki 2020-ci ilin yoxlama ilə əhatə olunan aylarında 20952,2 litr əlavə araq satışı müəyyən olunur. Araqın hansı aylarda təqdim edildiyini müəyyən etmək mümkün olmadığından müəyyən olunmuş əlavə araq 2020-ci ilin dekabr ayına əlavə olunaraq aksiz vergisi hesablanmışdır. Beləliklə 2020-2022-ci illər üzrə Vergi Məcəlləsinin 182-ci və 184.1.1-ci maddələrinin pozulması nəticəsində ümumilikdə müəssisəyə 157612,64 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğlərinin 50%-i miqdarında, yəni 78806,32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2023-cü ilin yanvar-fevral aylarının aksiz bəyannamələrində kənarlaşma müəyyən edilməmişdir. MDSS üzrə aşağıdakıları bildirirlər: “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə” Konsepsiyanın tələblərinə müvafiq olaraq vergi ödəyici tərəfindən işçi sayının və işçilərə ödənilən əmək haqqının tam məbləğinin əmək müqaviləsi bildirişlərində və bəyannamələrdə əks etdirilməsi məsələləri araşdırılmışdır. Vergi ödəyicisi tərəfindən işçilərlə bağlanmış müqavilələrə əsasən ödənilən əmək haqqı məbləğləri ölkə üzrə müəyyən edilən minimum əmək haqqından aşağı olmamışdır. Yoxlanılan dövr üzrə müəssisəyə Sosial sığorta haqqında Qanuna əsasən 19,01 manat sosial sığorta haqqı hesablanmış və 10,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. VM 58.6-cı maddəsi. malların dəyəri ödənilən gündən gec ƏDV məbləğlərinin ödənilməsi halları aşkar edildiyinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisinə 2837,67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi yoxlaması üzrə müəssisəyə ümumilikdə 250320,09 manat əlavə hesablama aparılmış və 129699,36 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilən zaman təqdim edilən iddia ərizəsində Mütəxəssis rəyində göstərilən qaydada istehsal həcminin müəyyən edilməsinin mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə uyğun olmadığı bildirilmiş, həmçinin mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyərinin xammal və materiallar; qaytarılmış tullantılar; texniki məqsədlər üçün yanacaq, enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; sosial sığortaya ayırmalar; avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; ümumi sex xərcləri; ümumi zavod xərcləri; zay məhsul və itkilər; sair istehsalat xərcləri; əmtəəlik məhsulun tam maya dəyəri kimi xərc elementlərindən ibarət olduğu, lakin mütəxəssis rəyində məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatına uyğun şəkildə istehsal həcminin müəyyən edilmədiyi qeyd edilmiş, əlavə olaraq iddiaçı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-2259/2023 nömrəli qərarına da istinad etmiş və "Enerji sərfiyyatı əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların qanuniliyi ilə bağlı analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq müəssisənin istehsal həcminin onun fəaliyyətinə görə sərf olunmuş elektrik enerjisi sərfiyyatının miqdarı ilə qismən mütənasiblik təşkil etdiyini, lakin bu sərfiyyatın həmin dövriyyəni müəyyənləşdirən yeganə göstərici kimi çıxış edə bilməməsi ilə bağlı məhkəmənin mövqeyini də öz iddia ərizəsində əks etdirmişdir. Belə ki, AR-nın Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2259/2023 nömrəli Qərarında elektrik enerjisinin sərfiyyatının avadanlıqların istismarı müddətindən, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən, hazırki vəziyyətdə məhsulun xassəsi baxımından itkiyə getməsi və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bildiyi qeyd edilmişdir. Yuxarıda göstərilənlərlə bağlı 3 saylı Ərazi Vergilər İdarəsi qeyd edir ki, yoxlanılan dövr ərzində vergi ödəyicisi spirtli içkilərin istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfəndən istehsal normaları, kalkulyasiya məlumatları, material hesabatları yoxlamaya təqdim edilməmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən istifadə edilmiş qaz, enerji sərfiyyatları, həmçinin istehsal avadanlıqlarının istehsal gücü nəzərə alınmaqla istehsal həcminin müəyyən edilməsi zərurəti yaranmışdır. Həmin məlumatlar nəzərə alınmaqla istehsal həcminin müəyyən edilməsi vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan xüsusi bilik və təcrübə tələb etdiyi üçün 3 saylı Ərazi Vergilər İdarəsinin "Mütəxəssisin dəvət edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********172296 nömrəli Qərarına əsasən "xxxx" MMC-dən (VÖEN **********) istehsal sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssis dəvət edilmişdir. Mütəxəssis olaraq "xxxx" MMC-nin (VÖEN **********) mütəxəssisi X5 dəvət olunmuşdur. "xxxx" MMC - nin (VÖEN **********) mütəxəssisi tərəfindən rəy verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli **********311000 nömrəli imtina məktubu daxil olmuşdur. İmtina məktubu xx.xx.2023-cü il tarixli **********398100 nömrəli məktubla vergi ödəyicisinə təqdim edilmişdir. Həmçinin istehsal avadanlıqlarının gücünün və istehsal olunmuş məhsulun həcminin müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********176685 nömrəli Qərar əsasında Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “AZƏREKSPERTİZA” Birliyindən (VÖEN **********) X8 dəvət olunmuşdur. “AZƏREKSPERTİZA” Birliyinin (VÖEN **********) mütəxəssisi tərəfindən xx.xx.2023-cü il tarixli rəy təqdim edilmişdir. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli Rəy tanış olmaq üçün xx.xx.2023-cü il tarixli **********351100 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Mütəxəssis tərəfindən müəssisəyə baxış keçirilən zaman müsissədə faktiki istehsal olmamış, avadanlıqlar işləməmişdir. Mütəxəssis tərəfindən istehsal üzrə ölçmə aparmaq mümkün olmamışdır. Keçirilən səyyar vergi yoxlaması zamanı Mütəxəssis rəyindən istifadə edilməmişdir. Keçirilən yoxlama zamanı aksiz markaları qalıqlar nəzərə alınaraq yoxlanılmışdır. Nəticədə aksiz markalarnın əskikgəlməsi müəyyən edilmişdir. Yoxlama ilə əlavə satışa verilmiş çeşidlər üzrə hər bir butulka arağın e-qaimə üzrə satış qiyməti tətbiq edilərək hər bir ilin sonuncu ayına əlavə edilərək hesablama aparılmışdır. Yoxlanılan dövr üzrə müəssisəyə Vergi Məcəlləsinin 166-cı, 175-ci, 159-cu və 58.1-ci maddələrinə əsasən 53318,62 manat əlavə vergi məbləğinin hesablanmış və 28360,45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. AR-nın Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilən zaman təqdim edilən iddia ərizəsində iddiaçı tərəfindən həmçinin AR-nın Vergi Məcəlləsinin 67.1-ci maddəsinə də istinad edilmiş və səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ olduğunu da iddiaçı öz iddia ərizəsində qeyd etmişdir. İddiaçı tərəfindən AR-nın Sumqayıt inzibati Məhkəməsinə təqdim edilən iddia ərizəsində vergi orqanlarının 67.1-ci maddəsinin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli olan verginin məbləğini hesablamaq hüququnun olduğu, lakin elektrik enerjisi sərfiyyatına görə verginin hesablanmasının qeyd olunan maddənin bəndlərində nəzərdə tutulmadığını, qanunvericiliklə əlaqəli məlumatların dairəsinin konkret olaraq müəyyən edildiyini, vergi orqanın vergi məbləğinini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya biləcəyini, lakin hazırkı mübahisəyə münasibətdə vergilərin cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada hesablanmaması ilə yanaşı, mənfəət vergisinə münasibətdə həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinə istinad edilməklə hesablamanın aparıldığını, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, mübahisələndirilən qərarla cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə iddiaçıya əlavə mənfəət vergisinin hesablandığını, lakin diskression səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğunun cavabdeh tərəfindən əsaslandırılmadığı qeyd edilmişdir.. Həmçinin iddia ərizəsində Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən səbəblərdən verginin hesablanması mümkün olmadıqda həmin maddədə və bu maddə ilə əlaqəli olaraq Məcəllənin 83-cü maddəsində əks olunmuş ardıcıllıqla vergilərin bir neçə hesablanma qaydasının müəyyən edildiyini, vergi orqanının qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməli olduğu halda vergi orqanı tərəfindən göstərilənlərin əksinə elektrik enerjisi sərfiyyatını əsas götürərək iddiaçıya məxsus müəssisədə müvafiq dövr ərzində spirtli içkilərin istehsal həcminin müəyyən edildiyini qeyd etmişdir. İddia ərizəsində öz əksini tapmış xüsusatla bağlı qeyd edirlər ki, SVY zamanı müəssisənin 2020-2022-ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri yoxlanılmışdır. Vergi ödəyicisi hesablama metodundan istifadə edərək mənfəət vergisi bəyannamələrini təqdim etmişdir. Keçirilən səyyar vergi yoxlaması zamanı Mütəxəssis rəyindən istifadə edilməmişdir. Aparılan səyyar vergi yoxlaması ilə əlavə araq (aksiz əskikgəlməsindən yaranan) müəyyən edilərək satışa verildiyindən yoxlama ilə vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Yoxlama üçün naməlum olan xərclərin VM-nin 67.1.1- ci maddəsində sadalanan əlaqəli məlumatlarla müəyyən edilməsi mümkün olmadığından 2020-2022-ci illər üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və **********605600 nömrəli məktubla 3 saylı Ərazi Vergilər idarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət olunmuşdur. Əldə olunmuş **********900200 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinə uyğun 3 saylı Ərazi Vergilər İdarəsində 2020-2022-ci illər üzrə mənfəət vergisi ödəyicisi olan analoji vergi ödəyicisinin müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi tapılmadığı üçün 2020-2022-ci illər üzrə mənfəət vergisini müəyyən etmək üçün Vergi məcəlləsinin 67.14-cü, 83.9-cu,104-cü və 105-ci maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir. M=G : (100 + R)xR M - Vergi ödəyicisinin mənfəəti; G - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik norması (20%). Vergi ödəyicisinin yoxlama ilə 2020-ci il üzrə gəliri 402059,43 manat (ƏDV-siz, Aksizsiz) təsdiqlənmişdir. Şərti rentabellik norması əsasında 13401,98 manat mənfəət vergisi müəyyən olunmuşdur. Müəssisə tərəfindən 2020-ci il üzrə 2281,63 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisinin yoxlama ilə 2021-ci il üzrə gəliri 446356,69 manat (ƏDV-siz, Aksizsiz) (o cümlədən 93485,0 manat əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) təsdiqlənmişdir. Əvəzsiz əsasla təqdim olunmuş aktivlər üzrə birbaşa 20% hesablama aparılmış digər hissəyə şərti rentabellk tətbiq edilmişdir. 2021-ci il üzrə 30459,39 manat mənfəət vergisi müəyyən olunmuşdur. Müəssisə tərəfindən 2021-ci il üzrə 6873,80 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisinin yoxlama ilə 2022-ci il üzrə gəliri 219923,36 manat (ƏDV-siz, Aksizsiz) təsdiqlənmişdir. Şərti rentabellik norması əsasında 7330,78 manat mənfəət vergisi müəyyən olunmuşdur. Müəssisə tərəfindən 2022-ci il üzrə 2666,90 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisinin 2020-2022-ci illər üzrə hesabladığı vergilər nəzərə alındıqda ümumilikdə Vergi məcəlləsinin 67.14-cü, 83.9-cu, 104-cü, 105-ci maddələrinə və NK 55 saylı Qərarına əsasən vergi ödəyicisinə 2020-2022-ci ilin mənfəət vergisi üzrə 39369,82 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 19684,82 manat (39369,82x50%) maliyyə sanksiyasının tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək isə vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********181395 saylı Qərar əsasında Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinə əsasən ƏDV üzrə 53318,62 manat əlavə vergi məbləği hesablanmış və 28360,45 manat maliyyə sanksiyası tətbiq edilməsi, Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu,104-cü, 105-ci maddələrinə və NK-nin 55 saylı Qərarına əsasən mənfəət vergisi üzrə ümumilikdə 39369,82 manat əlavə vergi məbləği hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19684,92 manat – məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, Vergi Məcəlləsinin 182-ci və 184.1.1-ci maddələrinə əsasən aksiz üzrə məüsssisəyə 157612,64 manat əlavə vergi məbləği hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78806,32 manat maliyyə sanksiyası tətbiq edilməsi, MDSS üzrə müəssisəyə 19,01 manat sosial sığorta haqqı hesablanması və 10,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, Vergi Məcəlləsinin 58.6-ci maddəsində nəzərdə tutulmuş hüquqpozuntularına göra müəssisəyə 2837,67 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, vergi yoxlaması üzrə müəssisəyə ümumilikdə 250320,09 manat əlavə vergi məbləği hesablanması və ya 129699,36 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Cavabdehin 21 noyabr 2025-ci il tarixli 3-21-2-10/2-103347/2025 saylı məktubunda qeyd edilmişdir ki, 1. müəssisənin direktoru tərəfindən səyyar vergi yoxlaması zamanı təqdim edilmiş izahatda 2020-ci ilin yoxlanılan aylarında 4646 ədəd 0,7 litrlik butulkada, 17700 ədəd 1 litrlik butulkada, 2021-ci il üzrə 1400 ədəd 0,5 litrlik butulkada, 9590 ədəd 0,7 litrlik butulkada, 9775 ədəd 1 litrlik butulkada, 2022-ci il üzrə isə 1500 ədəd 0,5 litrlik butulkada, 2700 ədəd 0,7 litrlik butulkada, 6251 ədəd 1 litrlik butulkada araq təqdim edildiyi qeyd edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********171410 nömrəli Səyyar vergi yoxlaması Aktının 16-cı səhifəsində bununla bağlı qeydlər aparılmışdır. 2. uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə ******* butulka (o cümlədən ******* butulka e-qaimə, 70546 butulka NKA üzrə) müxtəlif çeşidli araq məhsulları təqdim edilmişdir. 3. aksiz markaları üzrə qalıq müəyyən olunarkən xx.xx.2020-ci il tarixə aksiz vergisi bəyannaməsində 147986 ədəd aksiz markası qalığı götürülmüş üzərinə ******* ədəd alınmış aksiz markası gəlinmiş və xx.xx.2023-cü il tarixə aksiz markası qalığı olan 16198 ədəd aksiz markası çıxılmış və istifadə olunmuş ******* ədəd (147986+1000000-16198) aksiz markası müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən ******* ədəd butulka araq aksiz markası yapışdırılaraq təqdim edildiyindən 53562 ədəd (1131***-*******) aksiz markasının əskik gəlməsi müəyyən edilmişdir. 4. əlavə satışa verilmiş çeşidlər üzrə satış qiymətləri vergi ödəyicisinin yoxlama ilə əhatə olunan dövr ərzində e-qaimə əsasında təqdim edilmiş məhsulların çeşidlər və illər üzrə qiyməti əsasında müəyyən edilmişdir. 5. 2020-2022-ci illər üzrə vergi ödəyicisinin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirləri həmin illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş e- qaimə və NKA üzrə satışların (aksiz vergisiz) üzərinə hər bir il üzrə əlavə satışa verilmiş məhsulların dəyəri əlavə olunaraq (aksiz vergisiz) yoxlama ilə təsdiqlənmişdir. 5. Yoxlamanın nəticələrinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********171410 nömrəli Səyyar vergi yoxlaması Aktının 14-cü səhifəsində bununla bağlı qeydlər aparılmışdır. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın yoxlamaların vahid reyestrində qeydiyyatdan keçməsini təsdiq edən çıxarış və müəssisənin direktorunun yoxlamaya təqdim etdiyi izahatın surəti məktuba əlavə olunur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, Vergi məcəlləsinin 67.14-cü, 83.9-cu, 104-cü, 105-ci maddələrinə və NK 55 saylı Qərarına əsasən vergi ödəyicisinə 2020-2022-ci ilin mənfəət vergisi üzrə 39369,82 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 19684,82 manat (39369,82x50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə yoxlama ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə olunmuşdur. Yoxlanılan dövr üzrə müəssisəyə Vergi Məcəlləsinin 166-cı, 175-ci, 159-cu və 58.1-ci maddələrinə əsasən 53318,62 manat əlavə vergi məbləği hesablanmış və 28360,45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aksiz vergisi üzrə yoxlama ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə olunmuşdur. 2020-2022-ci illər üzrə Vergi Məcəlləsinin 182-ci və 184.1.1ci maddələrinin pozulması nəticəsində ümumilikdə müəssisəyə 157612,64 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğlərinin 50%-i miqdarında, yəni 78806,32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2023-cü ilin yanvar-fevral aylarının aksiz bəyannamələrində kənarlaşma müəyyən edilməmişdir. MDSS üzrə yoxlanılan dövr üzrə müəssisəyə Sosial sığorta haqqında Qanuna əsasən 19,01 manat sosial sığorta haqqı hesablanmış və 10,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********181395 saylı Qərar əsasında Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinə əsasən ƏDV üzrə 53318,62 manat əlavə vergi məbləği hesablanmış və 28360,45 manat maliyyə sanksiyası tətbiq edilməsi, Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu,104-cü, 105-ci maddələrinə və NK-nin 55 saylı Qərarına əsasən mənfəət vergisi üzrə ümumilikdə 39369,82 manat əlavə vergi məbləği hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19684,92 manat – məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, Vergi Məcəlləsinin 182-ci və 184.1.1-ci maddələrinə əsasən aksiz üzrə məüsssisəyə 157612,64 manat əlavə vergi məbləği hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78806,32 manat maliyyə sanksiyası tətbiq edilməsi, MDSS üzrə müəssisəyə 19,01 manat sosial sığorta haqqı hesablanması və 10,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, Vergi Məcəlləsinin 58.6-ci maddəsində nəzərdə tutulmuş hüquqpozuntularına göra müəssisəyə 2837,67 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, vergi yoxlaması üzrə müəssisəyə ümumilikdə 250320,09 manat əlavə vergi məbləği hesablanması və ya 129699,36 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Maddə 36. Vergi yoxlamaları, üfüqi monitorinq və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. İddiaçı xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərarın ləğv edilməsi tələbi ilə müraciət etmişdir. İddiaçı qeyd edir ki, cavabdeh səyyar vergi yoxlaması zamanı iddiaçının mütəxəssis rəyi ilə elektrik enerjisinin sərfiyyatına uyğun müəyyən edilmiş spirtli içki istehsalının həcminə əsasən ona əlavə vergi məbləği hesablayaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz. Belə ki, bu, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Hazırkı iş üzrə cavabdeh vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimj qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Lakin işin hallarından görünür ki, yoxlanılan dövr ərzində vergi ödəyicisi spirtli içkilərin istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfəndən istehsal normaları, kalkulyasiya məlumatları, material hesabatları yoxlamaya təqdim edilməmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən istifadə edilmiş qaz, eneıji sərfiyyatlan həmçinin istehsal avadanlıqlarının istehsal gücü nəzərə alınmaqla istehsal həcminin müəyyən edilməsi zərurəti yaranmışdır. Həmin məlumatlar nəzərə alınmaqla istehsal həcminin müəyyən edilməsi vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan xüsusi bilik və təcrübə tələb etdiyi üçün 3 saylı Ərazi Vergilər İdarəsinin "Mütəxəssisin dəvət edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********172296 nömrəli Qərarına əsasən "xxxx" MMCdsn (VÖEN **********) istehsal sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssis dəvət edilmişdir. Mütəxəssis olaraq "xxxx" MMC -nin (VÖEN **********) mütəxəssisi X5 dəvət olunmuşdur. "xxxx" MMC -nin (VÖEN **********) mütəxəssisi tərəfindən rəy verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli **********311000 nömrəli imtina məktubu daxil olmuşdur. İmtina məktubu xx.xx.2023-cü il tarixli **********398100 nömrəli məktubla vergi ödəyicisinə təqdim edilmişdir. Həmçinin istehsal avadanlıqlarının gücünün və istehsal olunmuş məhsulun həcminin müəyyən edilməsi ilə bağlı xx.xx.2023cü il tarixli **********176685 nömrəli Qərar əsasında Azərbaycan Respublikası Ticarət- Sənaye Palatasının “AZƏREKSPERTİZA” Birliyindən (VÖEN **********) X8 dəvət olunmuşdur. “AZƏREKSPERTİZA" Birliyinin (VÖEN **********) mütəxəssisi tərəfindən xx.xx.2023-cü il tarixli rəy təqdim edilmişdir. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli Rəy tanış olmaq üçün xx.xx.2023-cü il tarixli **********351100 məktubla vergi ödəyicisinə göndərilmişdir. Mütəxəssis tərəfindən müəssisəyə baxış keçirilən zaman müsissədə faktiki istehsal olmamış, avadanlıqlar işləməmişdir. Mütəxəssis tərəfindən istehsal üzrə ölçmə aparmaq mümkün olmamışdır. Mütəxəssis ötən SVY zamanı təqdim olunan mütəxəssis rəyindəki göstəricilərdən istifadə edərək rəy təqdim etmişdir. Keçirilən səyyar vergi yoxlaması zamanı Mütəxəssis rəyindən istifadə edilməmişdir. Keçirilmiş növbəti səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2024cü il tarixli **********171410 nömrəli Səyyar vergi yoxlaması Aktının 1 nüsxəsi vergi ödəyicisi İddiaçı MMC-nin rəhbəri X2 təqdim edilmişdir. Müəssisənin rəhbəri X3 tərəfindən heç bir narazılıq və etiraz edilmədən akt qəbul edilmiş, onun tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə ******* butulka (o cümlədən ******* butulka e-qaimə, 70546 butulka NKA üzrə) müxtəlif çeşidli araq məhsulları təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sorğuya cavab məktubundan müəyyən olunur ki, aksiz markaları üzrə qalıq müəyyən olunarkən xx.xx.2020-ci il tarixə aksiz vergisi bəyannaməsində 147986 ədəd aksiz markası qalığı götürülmüş üzərinə ******* ədəd alınmış aksiz markası gəlinmiş və xx.xx.2023-cü il tarixə aksiz markası qalığı olan 16198 ədəd aksiz markası çıxılmış və istifadə olunmuş ******* ədəd (147986+1000000-16198) aksiz markası müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən ******* ədəd butulka araq aksiz markası yapışdırılaraq təqdim edildiyindən 53562 ədəd (1131***-*******) aksiz markasının əskik gəlməsi müəyyən edilmişdir. Əlavə satışa verilmiş çeşidlər üzrə satış qiymətləri vergi ödəyicisinin yoxlama ilə əhatə olunan dövr ərzində e-qaimə əsasında təqdim edilmiş məhsulların çeşidlər və illər üzrə qiyməti əsasında müəyyən edilmişdir. Müəssisənin direktoru tərəfindən səyyar vergi yoxlaması zamanı təqdim edilmiş izahatda 2020-ci ilin yoxlanılan aylarında 4646 ədəd 0,7 litrlik butulkada, 17700 ədəd 1 litrlik butulkada, 2021-ci il üzrə 1400 ədəd 0,5 litrlik butulkada, 9590 ədəd 0,7 litrlik butulkada, 9775 ədəd 1 litrlik butulkada, 2022-ci il üzrə isə 1500 ədəd 0,5 litrlik butulkada, 2700 ədəd 0,7 litrlik butulkada, 6251 ədəd 1 litrlik butulkada araq təqdim edildiyi qeyd edilmişdir. Qeyd edilən izahatın X3 tərəfindən imza edilməsi və müəssisənin möhürü ilə təsdiq edilməsi mübahisələndirilməmiş, məhkəmə tərəfindən mötəbər sənəd kimi qəbul edilmişdir. Vergi ödəyicisi təqdim etdiyi izahatda 2020-2022-ci illərdə araq istehsal edərək satdığını lakin dövriyyədə bəyan etmədiyindən əskikgəlmə yarandığını bildirmişdir. Nəticədə bəyan edilməyərək satılmış araqların hansı aylarda təqdim edildiyini müəyyən etmək mümkün olmadığından hər ilin dekabr ayına əlavə edilərək hesablama aparılmışdır. Belə ki, 2020-ci ilin yoxlama ilə əhatə olunan aylarında 20952,2 litr əlavə araq satışı, 2021 -ci üzrə 17188 litr əlavə araq satışı, 2022-ci il üzrə 8891 litr əlavə araq satışı müəyyən olunmuşdur. Beləliklə, iş üzrə aparılmış araşdırma ilə müəyyən edilir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuş, qəbul edilmiş qərarla iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №e-2-1(118)-2114/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2114/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver