Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2770/2025 04.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-33642/2024 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 33642/2024 nömrəli Qərara əsasən 2022-ci ilin sentyabr ayına ƏDV üzrə 9,350.75 manat vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-9/2-33642/2024 nömrəli qərarı qanunsuz və əsassız hesab edir: Mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “Sair: Tərəfinizdən 2019-cu ilin may ayı əlavə dəyər vergisi bəyannaməsində əvəzləşdirilməsi aparılmış xx.xx.2019-cu il tarixli İB seriyalı 682638 nömrəli elektron hesab-fakturası xx.xx.2020-ci il tarixdə ləğv olunduğu üçün bu elektron qaimə-fakturası üzrə əvəzləşdirilmə aparılması mümkün olmamışdır. Lakin bununla əlaqədar müvafiq vergi hesab faktura üzrə əvəzləşdirilmənin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli **********350300 nömrəli dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi haqqında bildiriş göndərilməsinə baxmayaraq, tərəfinizdən bugünkü tarixədək müvafiq düzəliş edilməmişdir. Qeyd olunan səbəbdən cari dövr üzrə ƏDV bəyannaməsinin “Dəqiqləşdirilən” dövriyyə hissəsinin 324-cü “Əvəzləşdirilən əməliyyatların AZALDİLMASİNA görə ƏDV-nin bərpa edilən məbləği” sətrinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda həmin əvəzləşdirilmə məbləği üzrə düzəliş edilməlidir.( 52003,60 manat əsas məbləğ və 9360,65 manat ƏDV məbləği)” Məhkəmənin nəzərinə çatdırım ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmişdir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-33642/2024 nömrəliqərarı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş və həmin qərarla iddiaçı xx.xx.2020-ci il tarixdə olan dövrdə aparılmış əməliyyatlara görə 2022-ci ilin sentyabr ayı üzrə əlavə vergi məbləği hesablamışdır. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni, kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2022-ci ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin sentyabr ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Sadalanan maddələrə nəzər yetirdikdə aydın olur ki, 2022-ci ilin sentyabr ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-ni çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun. Lakin, hazırkı işdən görünür ki, vergi ödəyicisinin 2022-ci ilin sentyabr ayında vergitutma obyekti üzrə hər hansı kənarlaşma olmadığı halda, vergi orqanı xx.xx.2020-ci il tarixdə olan dövrdə aparılmış əməliyyatlara görə iddiaçı barəsində 2022-ci ilin sentyabr ayı üzrə əlavə vergi məbləği hesablamışdır ki, bu da Vergi Məcəlləsinin normalarının pozuntusudur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2270/2023 nömrəli qərarındada məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vergi orqanı kameral qaydada ƏDV hesabladığı zaman həmin hesabat dövründə baş vermiş əməliyyatları əsas götürməlidir. Göstərilənlərə əsasən hesab edirlər ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilmədiyindən ƏDV üzrə vergi məbləğlərinin hesablanması ilə bağlı qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 33642/2024 nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə (VÖEN: **********) 2022-ci ilin sentyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 9.360,65 manat vəlavə vergi məbləği hesablanmışdır. Belə ki, Vergi ödəyicisi tərəfindən 2019-cu ilin may ayı əlavə dəyər vergisi bəyannaməsində əvəzləşdirilməsi aparılmış xx.xx.2019-cu il tarixli İB seriyalı 682638 nömrəli elektron hesab- fakturası xx.xx.2020-ci il tarixdə ləğv olunduğu üçün bu elektron qaimə-fakturası üzrə əvəzləşdirilmə aparılması mümkün olmamışdır. Lakin bununla əlaqədar müvafiq vergi hesab faktura üzrə əvəzləşdirilmənin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli **********350300 nömrəli dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi haqqında bildiriş göndərilməsinə baxmayaraq, bugünkü tarixədək müvafiq düzəliş edilməmişdir. Qeyd olunan səbəbdən 2022-ci ilin sentyabr ayı ƏDV bəyannaməsinin “Dəqiqləşdirilən” dövriyyə hissəsinin 324-cü “Əvəzləşdirilən əməliyyatların AZALDİLMASİNA görə ƏDV-nin bərpa edilən məbləği” sətrinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda həmin əvəzləşdirilmə məbləği üzrə düzəliş edilməlidir. (52003,60 manat əsas məbləğ və 9360,65 manat ƏDV məbləği). Bununla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********334000 AVİS- dən kənar uyğunsuzluq məktubu göndərilmiş, kameral vergi yoxlamasına əsasən 9360,65 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli **********956300 AVİS-dən kənar kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi xx.xx.2023-cü, xx.xx.2024cü və xx.xx.2024-cü il tarixlərdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək hesablanmış vergi məbləğini azaltmışdır. Vergi orqanı tərəfindən yenidən xx.xx.2024-cü il tarixli **********251700 AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş, təkrar kameral vergi yoxlamasına əsasən 9360,65 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2024-cü il tarixli **********643800 elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62- ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-33642/2024 saylı qərar əsasında 2022-ci ilin sentyabr ayına İddiaçınə ƏDV üzrə 9,350.75 manat vergi məbləği hesablanmışdır. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 19 sentyabr 2025-ci il tarixli məktubu ilə İB seriyalı 682638 nömrəli elektron hesab fakturası barədə məlumat məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-33642/2024 saylı qərar əsasında 2022-ci ilin sentyabr ayına İddiaçınə ƏDV üzrə 9,350.75 manat vergi məbləği hesablanmışdır. İddiaçı məhkəməyə müraciət edərək Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 33642/2024 nömrəli qərarın ləğv edilməsini istəyir. Cavabdeh qeyd edir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə (VÖEN: **********) 2022-ci ilin sentyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 9.360,65 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, Vergi ödəyicisi tərəfindən 2019-cu ilin may ayı əlavə dəyər vergisi bəyannaməsində əvəzləşdirilməsi aparılmış xx.xx.2019-cu il tarixli İB seriyalı 682638 nömrəli elektron hesab- fakturası xx.xx.2020-ci il tarixdə ləğv olunduğu üçün bu elektron qaimə-fakturası üzrə əvəzləşdirilmə aparılması mümkün olmamışdır. Lakin bununla əlaqədar müvafiq vergi hesab faktura üzrə əvəzləşdirilmənin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli **********350300 nömrəli dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi haqqında bildiriş göndərilməsinə baxmayaraq, bugünkü tarixədək müvafiq düzəliş edilməmişdir. Qeyd olunan səbəbdən 2022-ci ilin sentyabr ayı ƏDV bəyannaməsinin “Dəqiqləşdirilən” dövriyyə hissəsinin 324-cü “Əvəzləşdirilən əməliyyatların AZALDİLMASİNA görə ƏDV-nin bərpa edilən məbləği” sətrinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda həmin əvəzləşdirilmə məbləği üzrə düzəliş edilməlidir. (52003,60 manat əsas məbləğ və 9360,65 manat ƏDV məbləği). Bununla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********334000 AVİS- dən kənar uyğunsuzluq məktubu göndərilmiş, kameral vergi yoxlamasına əsasən 9360,65 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli **********956300 AVİS-dən kənar kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi xx.xx.2023cü, xx.xx.2024- cü və xx.xx.2024-cü il tarixlərdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək hesablanmış vergi məbləğini azaltmışdır. Vergi orqanı tərəfindən yenidən xx.xx.2024-cü il tarixli **********251700 AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş, təkrar kameral vergi yoxlamasına əsasən 9360,65 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2024-cü il tarixli **********643800 elektron kameral hesablama barədə qərar göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri və azadolmaları müəyyənləşdirilə bilər. Vergi güzəştlərinin və azadolmalarının dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə vergi güzəştləri və azadolmaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təsnifləşdirilir. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi kameral qaydada ƏDV hesablandığı zaman həmin hesabat dövründə baş vermiş əməliyyatların nəzərə alınması müəyyən edilmişdir. Lakin, hazırkı işdən görünür ki, vergi ödəyicisinin 2022-ci ilin sentyabr ayında vergitutma obyekti üzrə hər hansı kənarlaşma olmadığı halda, vergi orqanı xx.xx.2020-ci il tarixdə olan dövrdə aparılmış əməliyyatlara görə iddiaçı barəsində 2022-ci ilin sentyabr ayı üzrə əlavə vergi məbləği hesablamışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 19 sentyabr 2025-ci il tarixli məktubu ilə ləğv edilmiş İB seriyalı 682638 nömrəli elektron hesab fakturasının ləğv edildiyi tarix 7.27.2020-ci il, məbləği 52003.6, ƏDV-si 9360.65 olaraq qeyd edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, vergi orqanı 2022-ci ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə baş vermiş əməliyyatları əsas götürməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 33642/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №e-2-1(118)-2770/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2770/2025
04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver