Məhkəmə qərarları › İş №e-2-1(120)-1323/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1323/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-1323/2024 29.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Cavabdehnə qarşı “onun Cavabdeh “tibb” ixtisasına bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Cavabdehnə qarşı onun Cavabdeh “tibb” ixtisasına bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-4052/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “İddiaçı Cavabdeh “tibb” ixtisasına bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı hazırkı iddia ilə aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə sonda tələbinin publik hüquq münasibəti olması qənaətinə gəlib iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Ona görə də, hazırkı iddia ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın mahiyyəti üzrə isə bildirirlər ki, İddiaçı Azərbaycan Respublikası Tələbə qəbulu üzrə Dövlət Komissiyasının 06/Q saylı xx.xx.2015-ci il tarixli əmri və 09/1187-7 saylı xx.xx.2015-ci il tarixli məktubu nəzərə alınaraq, Tibb Univeristetinin xx.xx.2015-ci il tarixli 450 nömrəli əmri ilə Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul olmuş, lakin Tibb Univeristetinin xx.xx.2018-ci il tarixli, 487/T saylı əmri ilə hərbi tibb kalutəsindən İV kursundan müvəffəqiyyətsizlik əsasında xaric edilmişdir. Bundan sonra Tibb universitetinin müalicə işi ixtisasına bərpa olunmasını xahiş etmiş, lakin Tibb Univeristetinin xx.xx.2022-ci il tarixli, 01-6/1287 saylı məktubu ilə bildirilmişdir ki, Səhiyyə Nazirliyi X3 Tibb Univeristetinə bərpa edilməsini məqsədə uyğun hesab etmir. X1 tibb fakultəsində oxumasına onun səhhəti imkan vermir və hərbi xidmətə yararlı hesab edilməmişdir. Onun univeristetə qəbul olduğu bal isə anloloji olaraq müalicə işi ixtisasına uyğundur. Ümumiyyətlə universitetdən xaric olunma və bərpa olunması ilə bağlı tələblər aşağıdakı kimidir.“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli təsdiq edilmiş qaydaların 3-cü bəndində ali təhsil müəssisəsindən xaric edilmə əsasları göstərilmiş, həmin əsasların heç birində tələbənin müvəffəqiyyətsizliyə görə xaric edilmə əsası qeyd edilməmişdir. Başqa sözlə desək tələbənin həmin əsasla xaric edilməsi tam qanunsuz olmuşdur. Buna görə nə qədər ki, iş üzrə iddiaçı müvafiq olaraq qanunsuz əsasla univeristetdən xaric edilmiş, iddiaçı Tibb Univeristetinə bərpa edilməlidir. Həmin qaydaların 4.1-ci maddəsinə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. 4.2. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Hazırkı iş üzrə İddiaçı hazırda səhhətinə görə qəbul olunduğu Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə bərpası mümkün olmadığı halda sonuncunun bərpası məhz göstərilən halda öz ixtisası ilə eynilik təşkil edən müalicə işi ixtisasına bərpası qeyd edilən qaydaların 4.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməldir. Belə ki, həmin qaydaların 1.5-ci bəndinə əsasən ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşma) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu prosedurlar bu qaydaların 1.4-cü bəndində göstərilən müddətdə həyata keçirilir. Hazırki işdə Tibb Universitetinin xx.xx.2022-ci il tarixli məktubunda onun müalicə işi ixtisasına bərpa edilməsininin məqsədə müvafiq hesab edilməməsinin səbəbi kimi Səhiyyə Nazirliyinin razılıq verməməsi göstərilmişdir. Hansı ki, bu iş üzrə yuxarıda göstərilən qaydalardan və vahid məhkəmə praktikasının yaratdığı təcrübədən görünür ki, iddiaçının Cavabdehnə bərpası yalnız rektorun əmri ilə həyata keçirilə bildiyindən onun üçün müvafiq olaraq Səhiyyə Nazirliyinin razlığına ehtiyac yoxdur.Bundan əlavə xüsusi ilə qeyd edim ki, iddiaçının müalicə işi ixtisasına bərpa edilməsi həm də onun univeristetə qəbul olunarkən topladığı müvafiq bala uyğundur. Digər tərəfdən isə Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda onun 15 il müddətində bərpa edilmək hüququ göstərilməklə Tibb Univeristetinə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı tərəfindən Tibb Univeristetinə müraciət edilsə də əsassız olaraq onun bərpası həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası X9nin xx.xx.2015-ci il tarixli 06, Q nömrəli əmrinə əsasən 561 bal toplayaraq 2015/2016-cı tədris ilində Cavabdeh Hərbi Tibb Fakültəsinin 1 kursuna dövlət hesabına qəbul olunmuşdur. 4 illik təhsili müddətində Mənsimlidə 17 fəndən ümumilikdə 73 kredit borcu yaranmışdır və o, təhsildə müvəffəqiyyətsizliyə görə Cavabdeh rektorunun xx.xx.2018-ci il tarixli 487 №-li əmri ilə Cavabdeh Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2004-cü il tarixli 34 №-li əmri ilə tədbiq olunmuş “Hərbi Tibb Fakültəsi haqqında” Əsasnamənin 4-cü bölməsinin 9cu bəndinə uyğun olaraq Mənsimli Cavabdeh Hərbi Tibb Fakültəsinə bərpa oluna bilməz. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 №-li Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas(baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları”ın 1.8. bəndinə müvafiq olaraq tələbələrin dövlət adından təsisçi funksiyalarını həyata keçirən nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Hərbi Tibb Fakültəsindən müvəffəqiyyətsizliyə və intizamsızlığa görə xaric olmuş tələbələrin Cavabdeh digər fakültələrinə bərpa edilməsi məqsədəuyğun hesab edilməmişdir. Belə ki, Hərbi Tibb Fakültəsinə tələbələrin qəbulu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi əsasında Müdafiə Nazirliyinin kadr heyətinin komplektləşdirilməsi məqsədi ilə həyata keçirilir. Həmin tələbələr dövlət büdcəsi hesabına təhsil alırlar. X5 Fakültəsinə yox, Hərbi Tibb Fakültəsinə qəbul olunmuşdur. Bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 №li qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” nın 3.2.15 yarımbəndinə müvafiq olaraq tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə almamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərdən əvvəl qazandığı kreditləri itirir. Tələbə həmin bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda, onun əvvələr qazandığı kreditlər həmin Qaydaların 3.2.15-ci yarımbəndinin tələbləri gözlənilməklə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 45 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat(əsas(baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların(proqramların) təsnifatı” yenilənmiş və təsdiqlənmişdir. Bu təsnifatda nəzərdə tutulan ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli F-386 №-li əmri ilə yeni “Ali təhsil pilləsinin Dövlət Standartı və Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsil ixtisası üzrə Təhsil Proqramları” qəbul edilmişdir. Eyni zamanda bildiririk ki, Ali təhsilin bakalavriat (əsas(baza ali)tibb təhsili) səviyyəsi üzrə ixtisasların(proqramların) təsnifatında “müalicə işi” ixtisası yox, "tibb” ixtisası mövcuddur. Hətta ixtisasın şifri belə dəyişib (050904). Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə bərpa tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu, xx.xx.2022-ci il tarixli məktubun surəti, iddiaçıya aid qiymət kitabçasından çıxarışın surəti, iddiaçıya aid hərbi biletin surəti və məhkəmənin sorğusu əsasında əldə edilən digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) Subyektiv hüququnun olub-olmamasını, 2) Cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Univerisitetdən xaric edildiyi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Universitetin hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin universitetdən xaric edildiyindən, bərpa olunması da ATU-nun səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, ATU hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı ATU-ya müraciət etmiş, lakin cavabdeh imtina edərək onun müraciətini müsbət həll etməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia tələbini mümkün hesab etmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Masallı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün iddiadır və mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Şirvan İnzibati Məhkəməsində baxılması mümkündür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2018-ci il tarixli, 487/T nömrəli əmrindən görünür ki, 2015-ci ildə Hərbi Tibb Fakültəsinə qəbul olmuş, dördüncü kurs 1117c qrupunun tələbəsi İddiaçı təhsildə müvəffəqiyyətisizliyə görə 17 fənndən 73 kredit akademik borcu olduğu üçün Cavabdeh Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. İş materiallarında olan iddiaçıya və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kadrlar, elm və təhsil şöbəsinə ünvanlanmış 01-03/240 nömrəli, xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 06/Q saylı xx.xx.2015-ci il tarixli əmrinə əsasən Cavabdeh 450/T saylı 14 08.2015-ci il tarixli əmri ilə 561 bal toplayaraq hərbi tibb fakultəsinin İ kursuna dövlət hesabına qəbul olmuş və rektorun 487/T saylı xx.xx.2018-ci il tarixli əmri ilə təhsildə müvəffəqiyyətsizliyinə görə həmin fakultənin İV kursundan xaric olunmuşdur. Ə.Ş. Mənsimli təhsildə müvəffəqiyyətsizliyinə görə Müdafiə Nazirinin 34 saylı 21 yanvar 2004cü il tarixli əmri ilə təsdiq olunmuş «Hərbi Tibb Fakultəsi haqqında» Əsasnamənin 4-cü bölməsinin 9-cu bəndinə uyğun olaraq Cavabdeh 487/T saylı xx.xx.2018-ci il tarixli əmri ilə fakultədən xaric edildiyi üçün həmin Əsasnamənin müvafiq bəndinə əsasən Universitetin hərbi tibb və digər fakultələrinə bərpa oluna bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və ortopediya İnstitutu” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 191 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və ortopediya İnstitutu” PHŞ-nin Uşaq Travmatologiya və Ortopediya şöbəsində xəstələrə qulluq edən kiçik tibb qardaşı vəzifəsində çalışır. İş materiallarında olan M-8879/10-24 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisəsindən xaric olduqdan bir semestr sonra 15 il müddətində qış və yay tətili dövründə ali təhsil müəssisəsinə müraciət etməklə bərpa olunmaq hüququ var. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçının Cavabdehnə müraciət etməyi tövsiyə olunur. Azərbaycan Respublikası Səhiyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, xx-xx/1287 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.15 yarımbəndinə müvafiq olaraq tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə almamaqla) toplaya bilmədiyi halda o. məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərdən əvvələr qazandığı kreditləri itirir.Tələbə həmin bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. Tələbə bir ali təhsil müəssisəsindən ixtisasdan digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda, onun əvvələr qazandığı kreditlər həmin Qaydaların 3.2.15-ci yarımbəndinin tələbləri gözlənilməklə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 45 Ne-li qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisas- ların (proqramların) təsnifatı" yenilənmiş və təsdiqlənmişdir. Bu təsnifatda nəzərdə tutulan ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli F-386 №-li əmri ilə yeni "Ali təhsil pilləsinin Dövlət Standartı və Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsil ixtisası üzrə Təhsil Proqramları" qəbul edilmişdir. İddiaçı Cavabdeh rektorunun xx.xx.2018-ci il tarixli 487/T N№-li əmri ilə təhsildə müvəffəqiyyətsizliyə görə (17 fəndən 73 kredit borcu) Cavabdeh Hərbi Tibb Fakültəsindən xaric edilmişdir.Eyni zamanda bildirir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 Nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas(baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları"ın 1.8. bəndinə müvafiq olaraq tələbələrin dövlət adından təsisçi funksiyalarını həyata keçirən nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Cavabdeh təsisçisi olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh Hərbi Tibb Fakültəsindən intizamsızlığa və təhsildə müvəffəqiyyətsizliyə görə xaric olunmuş şəxslərin Cavabdeh digər fakültələrinə bərpası məqsədə müvafiq hesab edilməmişdir.Qeyd olunanları nəzərə almağınız xahiş olunur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2019-cu il tarixli, SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi təlim keçməmişdir və hərbi xidmətə yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-28/2-247/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Tibb Uiversitetinin müalicə işi ixtisasına berpa olunması barədə sorğuya Səhiyyə Nazirliyində baxılmışdır. Bildirirlər ki, İddiaçı 2015-ci ildə Cavabdeh Hərbi Tibb fakültəsinə qəbul olunmuş, 2018-ci ildə təhsildə müvəffəqiyyətsizliyinə görə hamin fakültənin İV kursundan xaric edilmişdir. Həmin ildə İddiaçı Səhiyyə Nazirliyinə müalicə işi fakültəsinə bərpa olunması ilə bağlı muraciətləri baxılması üçün Cavabdehnə göndərilmişdir.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil muəssisələrinin bakalavriat ve magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunnması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 1.8-ci bəndinə əsasən dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsı və ya idarələrin (bundan sonra dövlət qurumu) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürulməsi və bərpası tabe olduqları dövlət qurumunun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Ə. Mənsimlinin müalicə işı ixtisasına bərpa olunması ilə bağlı təkrar muraciətlərinə baxılmış və təhsildə müvəffəqiyyətsizliyinə görə müdafiə nazirinin 21 yanvar 2004-cu il tarixli 34 nömrəli Əmri ilə təsdiq olunmuş "Hərbi Tibb Fakültəsi haqqında Əsasnamənin 4-cu bölməsinin 9-cu bəndinə uyğun olaraq Cavabdeh 487/T nomralı 24. 09.2018-ci il tarixli Əmri ilə fakultədən xaric edildiyi üçün həmin Əsasnamənin müvafiq bəndinə əsasən onun universitetin hərbi tibb və digər fakültələrinə bərpa olunması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası X9nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-115/2024 nömrəli məktubundan görünür ki, 5 sentyabr 1997-ci il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx) 2015-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 ballıq şkala üzrə 561 bal toplayaraq Cavabdeh "Hərbi həkim işi" ixtisasına dövlət sifarişi əsasında əyani təhsilalma forması üzrə qəbul olmuşdur. 2015-ci ildə Cavabdeh aşağıda qeyd edilmiş ixtisaslar üzrə minimal keçid ballarını təqdim edirik: Hərbi həkim işi (əyani, dövlət sifarişli)- 352 bal, Müalicə işi (əyanı, dövlət sifarişli)- 639 bal, Müalicə işi (əyani, ödənişli)- 507 bal. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-03/33 nömrəli məktubunda qeyd edilmişdir ki, 2023/2024-cü tədris ili ücün Cavabdeh "Tibb" ixtisası üzrə 3-cü kursunda 552 tələbə və 4-cü kursunda 560 tələbə təhsil alır. 2020/2021-ci və 2021/2022-ci tədris illerının qəbulu üzrə "Tibb" ixtisası üzrə plan yerləri hər tədris ili üçün - 550 nəfər verilmişdir (plan yerləri dövlət sifarişi və ödənişli əsaslarla birlikdə verilib). İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-28/2-247/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Tibb Uiversitetinin müalicə işi ixtisasına bərpa olunması barədə sorğuya Səhiyyə Nazirliyində baxılmışdır. Bildirirlər ki, İddiaçı 2015-ci ildə Cavabdeh Hərbi Tibb fakültəsinə qəbul olunmuş, 2018-ci ildə təhsildə müvəffəqiyyətsizliyinə görə həmin fakültənin İV kursundan xaric edilmişdir. Həmin ildə İddiaçı Səhiyyə Nazirliyinə müalicə işi fakültəsinə bərpa olunması ilə bağlı müraciətləri baxılması üçün Cavabdehnə göndərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunnması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ın 1.8-ci bəndinə əsasən dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra dövlət qurumu) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və bərpası tabe olduqları dövlət qurumunun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. İddiaçı müalicə işi ixtisasına bərpa olunması ilə bağlı təkrar müraciətlərinə baxılmış və təhsildə müvəffəqiyyətsizliyinə görə müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəlı Əmri ilə təsdiq olunmuş "Hərbi Tibb Fakültəsi haqqında" Əsasnamənin 4-cü bölməsinin 9-cu bəndinə uyğun olaraq Cavabdeh 487/T nömrəli xx.xx.2018-ci il tarixli Əmri ilə fakültədən xaric edildiyi üçün həmin Əsasnamənin müvafiq bəndinə əsasən onun universitetin hərbi tibb və digər fakültələrinə bərpa olunması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasi Elm Və Təhsil Nazirliyi X11 Təhsil Üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh "Tibb" (əvvəlki adı "Müalicə işi") ixtisası üzrə təhsil alan 3cü kurs tələbələrinin sayı 551 nəfərdir. Onlardan 408 nəfəri dövlət sifarişli, 94-ü ödənişli əsasla, 12-si təkrar ali təhsil, 37-si isə təhsil haqqından azad olmaqla təhsil alırlar. Qeyd edilən ixtisas üzrə 4-cü kurs tələbələrinin sayı 559 nəfər təşkil edir. Onlardan 476-sı dövlət sifarişli, 61-i ödənişli əsasla, 22-si isə təhsil haqqından azad olmaqla təhsil alırlar. İş materiallarında olan Azərbaycan Respublikasi Elm Və Təhsil Nazirliyi X11 Təhsil Üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavnat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi xanc edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların (bundan sonra - Qaydalar) 1.8-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və bərpası ali təhsil müəssisələrinin tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Tələbələr sırasına bərpa ilə bağlı məsələlər Qaydaların 4-cü hissəsinə əsasən tənzimlənir. Tətbiq edilən hüquq normaları: Məhkəmə hesab edir ki, iddiaçı aşağıda qeyd edilənlərə əsasən Universitetə bərpa olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 5/2 saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.4-cübəndinə əsasən ali təhsilin bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. Həmin qaydaların 1.5-ci bəndinə əsasən ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşma) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu prosedurlar bu qaydaların 1.4-cü bəndində göstərilən müddətdə həyata keçirilir. Həmin qaydaların 1.8-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olamayaq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Həmin qaydaların 1.11-ci bəndinə əsasən bərpa olunan, təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən tələbələrin bir ixtisasdan digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, X9 tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından az olmasın. Həmin Qaydaların 4.1 -ci maddəsinə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bəndin tələbindən göründüyü kimi, ixtisas üzrə minimal keçid balı ilə bağlı tələblər bir ixtisasdan digərinə köçürülmə zamanı nəzərə alınır, hazırkı tələbin mahiyyəti isə köçürülmə olmamaqla iddiaçının “tibb işi” ixtisasına bərpa olunması təşkil edir.Cavabdehin məhkəməyə ünvanladığı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 45 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat(əsas(baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların(proqramların) təsnifatı” yenilənmiş və təsdiqlənmişdir. Bu təsnifatda nəzərdə tutulan ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli F-386 №-li əmri ilə yeni “Ali təhsil pilləsinin Dövlət Standartı və Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsil ixtisası üzrə Təhsil Proqramları” qəbul edilmişdir. Eyni zamanda bildiririk ki, Ali təhsilin bakalavriat (əsas(baza ali)tibb təhsili) səviyyəsi üzrə ixtisasların(proqramların) təsnifatında “müalicə işi” ixtisası yox, "tibb” ixtisası mövcuddur. Və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2015-ci ildə Cavabdeh aşağıda qeyd edilmiş ixtisaslar üzrə minimal keçid balları belə olmuşdur: Hərbi həkim işi (əyani, dövlət sifarişli)- 352 bal, Müalicə işi (əyanı, dövlət sifarişli)- 639 bal, Müalicə işi (əyani, ödənişli)- 507 bal.İddiaçı isə 2015-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 ballıq şkala üzrə 561 bal toplamışdır. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1-2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası” nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarına əsasən, müəyyən edir ki, ali təhsil müəssisəsindən xaric edilmiş şəxsin yenidən ali təhsil ocağına qəbul edilməsi üçün razılığın verilməsi tələbə adını yenidən qazanmaq istəyən şəxsin ərizəsi ali təhsil müəssisəsi tərəfindən Elm və Təhsil Nazirliyinə göndərilməlidir. Lakin bu qayda bir ixtisasdan digər ixtisasa keçən tələbələrə aiddir. Qalan hallarda isə tələbənin ali təhsil müəssisəsinə qəbul edilməsi üçün Nazirliyin razılığına ehtiyac qalmır. Bu hal Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavnat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi xanc edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların (bundan sonra - Qaydalar) 1.8-ci bəndində də öz əksini tapmışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili X4 iddiaçı ilə eyni əsaslar üzrə Tibb Universitetindən xaric edilən X6 işinin araşdırılmasını və iddiaçıya münasibətdə analoji hal kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-965/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə iddiaçı X6 Tibb Universitetinə qarşı “tibb ixtisasına bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi təmin edilmişdir. Məhkəmə hesab edir ki, eyni qanun eyni halda vətəndaşlara fərqli şəkildə tətbiq edilə bilməz. Və analoji hal kimi iddiaçıya münasibətdə də nəzərə alınmalıdır. Əksi ədalət prinsipinin də pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tibb işi ixtisasına bərpa olunmasından imtina edilməsi üçün yuxarıda qeyd olunan qaydalarla hər hansı əsas müəyyən edilməmişdir. Göründüyü kimi, müvafiq qaydalara əsasən iddiaçının Cavabdehnə bərpası yalnız rektorun əmri ilə həyata keçirilə bildiyindən iddia tələbi də məhz Cavabdehnə münasibətdə təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibatiaktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh “tibb” ixtisasına bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar