Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-1673/2023 15.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ehtiyata buraxılması barədə 140 ş/h nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, əmrin ləğv edildiyi günə kimi hesablanmış kompensasiya məbləğinin ödənilməsi və qeyd olunan müddətin xidmət illərinə hesablanması” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ehtiyata buraxılması barədə 140 ş/h nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, əmrin ləğv edildiyi günə kimi hesablanmış kompensasiya məbləğinin ödənilməsi və qeyd olunan müddətin xidmət illərinə hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 15 mart 2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “ehtiyata buraxılması barədə 146 ş/h nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, əmrin ləğv edildiyi günə kimi hesablanmış kompensasiya məbləğinin ödənilməsi və qeyd olunan müddətin xidmət illərinə hesablanması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. 2010-cu il tarixində Qəzli kənd orta məktəbini bitirmişdir. 2010-cu ildə X6 X3 Hərbi Məktəbinin sistem mühəndisliyi ixtisasına daxil olmuşdur və 2014-cü ildə ali hərbi bakalavr təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 2014-2015-ci il müddətində X1 Komandanlığının Jandarma baza zabit kursunu uğurla bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin "X4"unu müvəffəqiyyətlə başa vurmuşdur. 30 iyul 2022-ci il tarixinədək Daxili Qoşunların N saylı hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsi komandirinin müavini vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixinə hesablanmış hərbi xidmət müddəti təqvimlə 11 il 10 ay 29 gün təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 140 ş/h nömrəli 30 iyul 2022-ci il tarixli qanunsuz əmri ilə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin "e" bəndi əsasında Daxili Qoşunların N saylı hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsi komandirinin müavini vəzifəsindən azad edilərək ehtiyata buraxılmışdır. Bildirir ki, xidmət etdiyi 12 ilə yaxın müddətdə xidmətimdə yol verdiyi nöqsanlar ilə əlaqədar heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Ehtiyata buraxılmağı barədə əmr qəbul edilməmişdən əvvəl qeyd olunan hərbi hissədə onun barəsində fiziki şəxsə borclu olmağı ilə əlaqədar şərəf məhkəməsi keçirilmişdir. Birbaşa tabeliyində olduğu komandiri onun hərbi xidməti ilə bağlı hər hansı qüsurlarının olmadığını bildirmiş lakin hərbi hissə komandiri şərəf məhkəməsi prosesinin kamera vasitəsilə qeydə alındığını və birbaşa komandirindən onun əleyhinə ifadə verməli olduğunu bildirmişdir. Fiziki şəxsə borcu olmasının şəxsi ailə vəziyyəti səbəbindən mövcud olduğunu və bunun hərbi xidməti ilə əlaqəsi olmadığını bildirsə də şərəf məhkəməsi onun hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu qərarına gəlmişdir. Həmin prosesin nə protokolu nə də qəbul etdiyi qərar ona təqdim olunmamışdır. AR Əmək Məcəlləsinin 6-cı maddəsinin "a" bəndinə əsasən AR Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 155-ci maddəsinin sonuncu abzasına əsasən hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin "ə" bəndinə əsasən yerinə yetirilir. Sözügedən Əsasnamənin 156-cı maddəsinin "ə" bəndi hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) onların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasını nəzərdə tutur. Daxili Qoşunların N saylı hərbi hissəsində barəsində keçirilmiş şərəf məhkəməsində tərəfindən hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törədilməsi sübuta yetirilməmişdir. Şərəf məhkəməsinin vəsatəti əsasında qanunamüvafiq olaraq yalnız "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "ə" bəndi əsasında AR Silahlı Qüvvələrindən ehtiyata buraxıla biləcəyi halda ona əsassız şəkildə eyni Əsasnamənin "e" yəni xidməti uyğunsuzluğa görə bəndi tətbiq edilmiş və bununla da ciddi qanunpozuntusuna yol verilmişdir. Halbuki onun xidmətə uyğun olmamaqla bağlı nə şəxsi müraciəti nə də xidmətdən yayınmağı ilə əlaqədar heç bir fakt müzakirə mövzusu belə olmamışdır. "İnzibati icraat" haqqında Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Eyni Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Konkret halda isə onun ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 140 ş/h nömrəli 30 iyul 2022-ci il tarixli əmrində əmrdən şikayət verilməsi qaydası və müddəti nəzərdə tutulmamışdır və həmin əmr rəsmi qaydada ona təqdim (elan) olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış 25 oktyabr 2022-ci il tarixli vəkil sorğusu vasitəsilə onun ehtiyata buraxılmağı haqqında 140 ş/h nömrəli 30 iyul 2022-ci il tarixli əmrin rəsmi qaydada təqdim edilməsi xahiş edilmişdir. 23 noyabr 2022-ci il tarixində qeyd olunan sorğu AR Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş lakin sorğunun daxilolma tarixindən 10 gündən çox müddət keçməsinə baxmayaraq sorğu cavablandırılmamışdır. Halbuki İnzibati İcraat haqqında AR Qanununun 25.3-cü maddəsinə əsasən inzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından istifadə etmək hüququ vardır. Hesab edir ki, onun hərbi xidmətdən bu qaydada azad edilməyi əsassız və qanunsuzdur. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan baş leytenant İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ehtiyata buraxılması barədə 140 ş/h nömrəli xx.xx.2022ci il tarixli əmrin ləğv edilməsi, əmrin ləğv edildiyi günə kimi hesablanmış kompensasiya məbləğinin ödənilməsi və qeyd olunan müddətin xidmət illərinə hesablanması” tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 2010-cu ildə X6 X3 Hərbi Məktəbinin sistem mühəndisliyi ixtisasına daxil olmuş, 2014-cü ildə ali hərbi bakalavr təhsilini müvəffəqiyyətlə başa vurmuş, 2014-2015-ci il müddətində X1 Komandanlığının Jandarma baza zabit kursunu uğurla bitirmiş, 2014-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin “X2 müvəffəqiyyətlə başa vurmuş, xx.xx.2022-ci il tarixədək Daxili Qoşunların N saylı hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsi komandirinin müavini vəzifəsində xidmət etmiş, xx.xx.2022-ci il tarixinə hesablanmış xidmət müddəti təqvimlə 11 il 10 ay 29 gün təşkil etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 140 ş/h nömrəli xx.xx.2022-ci il tarixli qanunsuz əmri ilə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi əsasında Daxili Qoşunların N saylı hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsi komandirinin müavini vəzifəsindən azad edilərək ehtiyata buraxılmışdır. Həmçinin, iddiaçı ərizəsində bildirmişdir ki, xidmət etdiyi 12 ilə yaxın müddətdə xidmətində yol verdiyi nöqsanlar ilə əlaqədar heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Eyni zamanda, iddiaçı ərizəsində ehtiyata buraxılması barədə əmr qəbul edilməmişdən əvvəl qeyd olunan hərbi hissədə onun barəsində fiziki şəxsə borclu olması ilə əlaqədar şərəf məhkəməsi keçirilmiş, birbaşa tabeliyində olduğu komandirinin onun hərbi xidməti ilə bağlı hər hansı qüsurlarının olmadığını bildirsə də, lakin hərbi hissə komandiri şərəf məhkəməsi prosessinin kamera vasitəsi ilə qeydə alındığını, birbaşa komandirinin onun əleyhinə ifadə verməli olduğunu bildirməsini, fiziki şəxsə borclu olmasını ailə vəziyəti ilə əlaqədar olduğunu, bunun hərbi xidməti ilə əlaqəsinin olmadığını bildirsə də, şərəf məhkəməsinin onun hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu qərarına gəlməsini, həmin prosessin nə protokolu nə də ki, qəbul edilmiş qərarın təqdim olunduğunu qeyd etmişdir. Bundan başqa, iddiaçı ərizəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinə əsasən qeyd olunan məcəllənin hərbi qulluqçulara şamil edilməməsini, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin sonuncu abzasına əsasən hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılışa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilməsini, sözügedən Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi ilə hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) onların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasının nəzərdə tutulduğunu, N saylı hərbi hissədə barəsində keçirilmiş şərəf məhkəməsində tərəfindən hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törədilməsi sübuta yetirilmədiyini, şərəf məhkəməsinin vəsatəti əsasında qanunamüvafıq olaraq yalnız “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “ə” bəndi əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxıla biləcəyi halda ona əsassız şəkildə eyni Əsasnamənin “e” yəni xidməti uyğunsuzluğa görə bəndi tətbiq edildiyini və bununla da ciddi qanun pozuntusuna yol verildiyini, onun xidmətə uyğun olmamaqla bağlı nə şəxsi müraciəti, nə də xidmətdən yayınması ilə əlaqədar heç bir faktın müzakirə mövzusu olmadığını bildirərək ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 140 ş/h nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, əmrin ləğv edildiyi günə kimi hesablanmış kompensasiya məbləğinin (hərbi qulluqçulara ödənilməli olan aylıq pul təminatı) ödənilməsi və qeyd olunan müddətin xidmət illərinə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edirəm və iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan baş leytenant İddiaçı daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli, 111 №li nizami hissə üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinin “q” bəndinə və 58-ci maddəsinin “a” bəndinə müvafiq olaraq Türkiyə Respublikası Quru Qoşunlarının Hərbi Məktəbini bitirmiş və “leytenant” hərbi rütbəsi verilmiş hərbi qulluqçuların siyahısında 11 sentyabr 2014-cü il tarixdən daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının sərəncamında hesab edilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 146 №-li nizami hissə üzrə əmrilə Türkiyə Respublikasına xidməti ezamiyyətə getmiş hesab edilmişdir. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 97 №-li nizami hissə üzrə əmrilə 22 avqust 2015-ci il tarixdə Türkiyə Respublikasından xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. Daxili işlər nazirinin müavini daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 75 №-li şəxsi heyət üzrə əmrinə əsasən Ali Hərbi Məktəb rəisinin xx.xx.2015-ci il tarixli 239 №-li əmrilə daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının sərancamından azad edilib, Ali Hərbi Məktəbin zabit hazırlayan tədris taborunun 1-ci zabit hazırlayan tədris bölüyündə 4-cü taqım komandiri vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Daxili işlər nazirinin müavini daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 60 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 151 №-li nizami hissə üzrə əmrilə xidmətini davam etdirmək üçün Ali Hərbi Məktəbdən gəlmiş və 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsində 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin komandirinin müavini vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. O, xidmət etdiyi dövrdə xx.xx.2017-ci il tarixdə “bölmə üzrə cavabdeh olduğu zaman günün nizamında nəzərdə tutulmuş tədbirin icrasında yol verdiyi nöqsana görə” bölük komandiri tərəfindən “Töhmət”, xx.xx.2019-cu il tarixdə “tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə və funksional vəzifə borclarının icrasına laqeyd münasibət bəslədiyinə görə” xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri tərəfindən “Töhmət”, xx.xx.2019-cu il tarixdə “tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə görə” xüsusi vasitələrtin tətbiqi dəstəsinin komandiri tərəfindən “Töhmət”, xx.xx.2019-cu il tarixdə “İnspeksiya yoxlaması zamanı döyüş təlimi və döyüş hazırlığı üzrə qeyri-kafı qiymət aldığına görə” hərbi hissə komandiri tərəfindən “Töhmət”, xx.xx.2021-ci il tarixdə “hərbi hissədə keçirilən inspeksiya yoxlaması zamanı döyüş təlimi və döyüş hazırlığı üzrə aşağı nəticələr göstərərək qeyri-kafı qiymət aldığına görə” hərbi hissə komandiri tərəfindən “Töhmət”, xx.xx.2022-ci il tarixdə “üzərinə götürdüyü borc öhdəliyini vaxtında ödəmədiyinə görə” hərbi hissə komandiri tərəfindən “Şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2020-ci il tarixli 231 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili Qoşunlarrın hərbi qulluqçularının etik davranış qaydaları”nın 1.18-ci bəndinin tələblərini pozaraq xidməti vəsiqəsini girov qoyaraq borc pul götürdüyünə görə” hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən “Töhmət”, xx.xx.2022-ci il tarixdə “daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2020-ci il tarixli 231 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili Qoşunlarrın hərbi qulluqçularının etik davranış qaydaları”nm 4.12-ci bəndinin və daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2022-ci il tarixli G3-014-22 nömrəli göstərişinin 18-ci bəndinin tələblərini pozaraq DQ000644 nömrəli “zabitin şəxsi vəsiqəsi”ni girov qoyaraq borc pul götürdüyünə görə” hərbi hissə komandiri tərəfindən “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilərək intizam qaydasında cəzalandırılmış, ehtiyyata buraxıldığı günədək üzərində qüvvədə olan 4 intizam cəzası olmuş, lakin, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. Onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığı üçün N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Əl83-387-22 nömrəli əmri ilə hissənin kiçik zabitlərin şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin iclası zamanı o, səmimi peşman olduğunu, bir daha belə nöqsanlara yol verməyəcəyini bildirərək xidmətində dönüş yaradılması üçün vaxt verilməsini xahiş etmiş, şərəf məhkəməsi xahişini və verdiyi vədi nəzərə alaraq ona “Xəbərdarlıq” elan edilmişdir. Bundan başqa, onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından, həmçinin hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin elan etdiyi xəbərdarlıqdan nəticə çıxartmayaraq təkrarən xidməti vəsiqəsini girov qoyaraq və digər üsullarla ödəyə bilməyəcəyi borc öhdəliyini götürərək vətəndaşların haqlı narazılığına səbəb olmuş, vətəndaşların yazılı müraciəti və hərbi hissənin nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq narazılıq ifadə etməsi nəticəsində Daxili Qoşunların vətəndaşlar arasında nüfuzuna xələl gətirilməsinə səbəb olmuşdur. Göstərilənlərlə əlaqədar İddiaçı N saylı hərbi hissə komandirinin Ə518-387-22 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin qərarına əsasən onun Daxili İşlər Nazirliyinin Q58-001-15 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daxili İşlər Nazirliyinin X8 məhkəmələri haqqında Əsasnamə”nin 5.1.6-cı maddəsinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2022-ci il tarixli 146 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən, N saylı hərbi hissə komandirinin Ə523-387-22 nömrəli xx.xx.2022-ci il tarixli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon bölməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı xidmət müddətində onunla aparılmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından, hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi tərəfindən elan edilmiş “Xəbərdarlıq”dan nəticə çıxartmayıb xidməti fəaliyyətində dönüş yaratmayaraq təkrarən xidməti vəsiqəsini girov qoyaraq və digər üsullarla ödəyə bilməyəcəyi borc öhdəliyini götürərək vətəndaşların haqlı narazılığına səbəb olmuş, vətəndaşların yazılı müraciəti və hərbi hissənin nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq narazılıq ifadə etməsi nəticəsində Daxili Qoşunların vətəndaşlar arasında nüfuzuna xələl gətirilməsinə səbəb olduğundan hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin qərarına əsasən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin, iddiaçı xidmət etdiyi 12 ilə yaxın müddətdə xidmətində yol verdiyi nöqsanlar ilə əlaqədar heç bir intizam məsuliyyətinə cəlb edilmədiyini bildirsə də, onun adma tərtib olunmuş xidməti vərəqədən məlum olur ki, yol verdiyi intizam pozuntularına görə 7 (yeddi) intizam cəzası almış, həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən üzərində qüvvədə olan 4 (dörd) intizam cəzası olmuş, onlardan biri inspeksiya yoxlaması zamanı qeyri-kafı qiymət alması, digər üçü xidməti vəsiqəsini girov qoyaraq ödəyə bilməyəcəyi borc öhdəliyi götürməsi ilə əlaqədar olmuşdur. Eyni zamanda iddiaçı ərizəsində birbaşa tabeliyində olduğu komandirinin onun hərbi xidməti ilə bağlı hər hansı qüsurlarının olmadığını bildirdiyini qeyd etsə də, məlum olmuşdur ki, 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin komandanlığı tərəfindən qeyd olunan pozuntularla bağlı hərbi hissə komandiri qarşısında vəsatətlər qaldırmışdırlar. Bundan başqa, iddiaçı ərizəsində fiziki şəxsə borclu olmasını ailə vəziyəti ilə əlaqədar olduğunu, bunun hərbi xidməti ilə əlaqəsinin olmadığını bildirsədə “daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli 231 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili Qoşunlarrın hərbi qulluqçularının etik davranış qaydaları”nm 1.18-ci bəndinin, 4.12-ci bəndinin və daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2022-ci il tarixli G3-014-22 nömrəli göstərişinin 18-ci bəndinin tələblərini pozması məlum olmuşdur. İddiaçı şərəf məhkəməsinin onun hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu qərarına gəlməsini, həmin prosesin nə protokolu nə də ki, qəbul edilmiş qərarın təqdim olunduğunu qeyd etsə də, məlum olur ki, şərəf məhkəməsi keçirdiyi iclasın sonunda qərarı İddiaçı və iştirakçılara elan etmişdir. Eyni zamanda, İddiaçı daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2022-ci il tarixli 146 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və N saylı hərbi hissə komandirinin Ə523-387-22 nömrəli xx.xx.2022-ci il tarixli nizami hissə üzrə əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması elan olunaraq ona hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon bölməsinə göndərilmiş verilmişdir. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 73.1ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adm və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Beləliklə, göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan baş leytenant İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil qeyd edilən əmrin əsassız olduğunu bildirmiş və iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbində mübahisələndirilən əmrin iddiaçıya rəsmən elan edildiyini, onunla söhbətlər aparıldığını, əmrdən məlumatlı olduğunu bildirərək iddia müddətinin keçməsini məhkəmənin nəzərə almasını və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Baş leytenant İddiaçı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilməsi haqqında” N saylı hərbi hissə komandirinin Ə183- 387-22 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı şərəf məhkəməsində dinlənməsi və hərbi qulluqçuların tərbiyəsində səmərəli istifadə edilməsi barədə əmrin icrası şərəf məhkəməsinin sədrinə, nəzarət edilməsi isə hərbi hissə komandirinin tərbiyyə işləri üzrə müavininə həvalə edilmişdir. İş materiallarında olan N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, 2021-ci ilin inspeksiya yoxlaması zamanı döyüş hazırlığı və döyüş təlimi üzrə aşağı nəticələr göstərdiyinə, üzərinə götürdüyü borc pul öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə, Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının 231 nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydalarının 3.18 və 4.12-ci bəndinin və Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanının 17 fevral 2022-ci il tarixli G3-014-22 nömrəli göstərişinin 18-ci bəndinin tələblərini pozaraq “Zabitin şəxsi vəsiqəsi’ni girov qoyaraq borc pul götürdüyünə görə “Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Q58-001-15 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daxili İşlər Nazirliyinin X8 məhkəmələri haqqında Əsasnamə”nin 5.1.1. bəndinin tələblərinə uyğun olaraq 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3cü xüsusi vasitələrin tətbiqi bölməsinin komandirinin müavini baş leytenant İddiaçı xəbərdarlıq elan olunsun. Baş leytenant İddiaçı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin qərarından 3 (üç) gün müddətində N saylı hərbi hissə komandirinə şikayət etmək hüququ izah olunsun. İş materiallarında olan N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2022ci il tarixli əmrinin surətindən görünür ki, 2021-ci ilin inspeksiya yoxlaması zamanı döyüş hazırlığı və döyüş təlimi üzrə aşağı nəticələr göstərdiyinə üzərinə götürdüyü borc pul öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə, Daxili İşlər nazirinin müavını-Daxili Qoşunların komandanının 231 nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydalarının 3.18 və 4.12-ci bəndinin və Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanının 17 fevral 2022-ci il tarixli G3-014-22 nömrəli göstərişinin 18-ci bəndinin tələblərini pozaraq “Zabitin şəxsi vəsıqəsi’ni girov qoyaraq borc pul götürdüyünə görə ‘Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q58-001-15 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daxili işlər Nazirliyinin Daxılı Qoşunlarında Şərəf məhkəmələri haqqında Əsasnamə'nin 5.1.1 bəndinin tələblərinə uyğun olaraq 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin komandirinin müavini baş leytenant İddiaçı xəbərdarlıq elan olunsun. Əmrin icrası qərargah rəisinin şəxsi heyətin uçotu üzrə baş köməkçisinə, nəzarət isə hərbi hissə komandirinin 1-ci müavini-qərargah rəisinə həvalə edilsin. Əmr aidiyyəti üzrə elan edilsin. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Ə518-387-22 nömrəli “Baş leytenant İddiaçı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilməsi haqqında” N saylı hərbi hissə komandirinin Ə183-387-22 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı şərəf məhkəməsində dinlənməsi və hərbi qulluqçuların tərbiyəsində səmərəli istifadə edilməsi barədə əmrin icrası şərəf məhkəməsinin sədrinə, nəzarət edilməsi isə hərbi hissə komandirinin tərbiyyə işləri üzrə müavininə həvalə edilmişdir. İş materiallarında olan N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tutulan iradlardan düzgün nəticə çıxartmadığına, 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin komandirinin müavini baş leytenant İddiaçı 2021-ci ilin inspeksiya yoxlaması zamanı döyüş hazırlığı və döyüş təlimi üzrə aşağı nəticələr göstərdiyinə, üzərinə götürdüyü borc pul öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə, Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının 231 nömrəli 31,12.2020-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydalarının 3.18 və 4.12-ci bəndinin və Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanının 17 fevral 2022-ci il tarixli G3-014-22 nömrəli göstərişinin 18-ci bəndinin tələblərini pozaraq “Zabitin şəxsi vəsiqəsi”ni girov qoyaraq borc pul götürdüyünə görə "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q58- 001-15 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daxili İşlər Nazirliyinin X8 məhkəmələri haqqında Əsasnamə”nin 5.1.6. maddəsinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsın. Baş leytenant İddiaçı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin qərarından 3 (üç) gün müddətində N saylı hərbi hissə komandirinə şikayət etmək hüququ izah olunsun. İş materiallarında olan iddiaçının vəkili Vəkil məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, həm xx.xx.2022-ci il tarixli iddia ərizəsində həm də tərəflərindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli etiraza dair mülahizədə prosessual müddət ilə bağlı iddia tərəfinin münasibəti aydınlaşdırılmışdır. İlk növbədə qeyd edirlər ki, "İnzibati icraat haqqında" AR Qanununun 73.2-ci bəndinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd olunan əmrdə (inzibati aktda) mümkün müdafiə vasitələri və bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı üçün 30 günlük mübahisələndirmə müddəti ümumiyyətlə hazırkı məhkəmə mübahisəsinə şamil edilə bilməz. Əmrin qəbul edildiyi vaxtdan işin məhkəməyə təqdim olunduğu vaxtadək 6 ay ötmədiyi üçün isə mübahisələndirmə müddəti ilə bağlı mümkünlük şərti ödənilmişdir. Həmçinin qeyd edir ki, məhkəmə mübahisəsinin predmetini təşkil edən qanunsuz əmr iddiaçıya nə təqdim olunmuş, nə həmin əmrin mətni və istinad olunmuş qanunvericilik ona izah olunmuş nə də əmrdən şikayət verilməsi qaydası onun üçün aydınlaşdırılmamışdır. Əmr yalnız vəkil sorğusu əsasında iş məhkəməyə göndərildikdən sonra rəsmi qaydada xx.xx.2022-ci il tarixində "Prospekt" Vəkil Bürosuna təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların təmin edilməsi barədə vəsatətin mətnində isə iddiaçının işdən çıxarıldığı tarixdən məhkəməyə müraciət etdiyi vaxtadək yuxarı inzibati orqanlara etdiyi şikayətlər və onların cavablandırılma tarixləri ardıcıl şəkildə qeyd olunmuşdur. İddiaçı onun yuxan inzibati orqanlara müraciətlərinin sonuncu cavablandmlmasından iki gün sonra məhkəməyə müraciət etmişdir. Ümumilikdə isə qeyd edir ki, "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 165-ci maddəsində ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunmasının qeyd olunması ehtiyata buraxılan şəxslərin yuxarı inzibati orqana və ya məhkəməyə müraciət edən şəxslərin həmin əmrləri kağız daşıyıcıda əldə etməklərini məhdudlaşdıran norma kimi müəyyən edilməmişdir və həmin maddənin "İnzibati icraat haqqında" Qanunun 25.1-ci maddəsi ilə kolliziya təşkil etdiyini hesab etmirik. AR Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd olunanları və qeyd olunan əmrdə (inzibati aktda) mümkün müdafiə vasitələri və bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığını həmçinin ehtiyata buraxılmaq haqqında əmrin məhkəmə mübahisəsinin mövcud olmasından sonra iddia tərəfinə təqdim olunmasını nəzərə alaraq 30 günlük mübahisələndirmə müddəti ilə bağlı mümkünlük şərtinin ödənilmiş hesab edilməsini xahiş edirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan İddiaçı Azərbaycan Respublikasının Daxili X11 Eyvazova elektron müraciətində qeyd olunmuşdur ki, Sabirabad rayon Qəzli kəndinin sakini, keçmiş Daxili Qoşunların “n” saylı hərbi hissəsinin, Xüsusi vasitələrin tətbiqi bölüyünün bölük komandirinin müavini İddiaçıdur. 1993-cü ildə Sabirabad rayon Qəzli kəndində anadan olmuşdur, orta məktəbi bu kənddə bitirdikdən sonra, imtahan verərək Türkiyə Respublikası Ali Hərbi Akademiyasına (X12) daxil olmuşdur. 5 il bu akademiyada təhsil aldıqdan sonra leytnant rütbesi əldə edərək 2014 cü ildə X10 Hərbi Akademiyasında tağım komandiri vəzifəsində çalışmışdır. 2018-ci ildən etibarən Daxili Qoşunların “n” sayli hərbi hissəsində, Xüsusi vasitələrin tətbiqi bölüyündə, bölük komandirin müavini vəzifəsində çalışmışdır. Bu vaxtlar ərzində isinə görə hər hansi bir cəza və ya nöqsanı olmayıb. Lakin 2022-ci ildə ailində yaranan maddi sıxıntılara görə bir nəfərdən borc olaraq pul götürmüş, vaxtında qaytara bilmədiyinə görə hərbi hissəyə şikayət edib və o, "vəzifəyə uyğunsuzdur" töhməti ilə işdən azad olunmuşdur. Yazmaqda məqsədi, bu işdə ona kömək olmaqdır, 12 illik hərbi həyatını itirmək istəmir, yenidən xidmətini davam etdirib bir də uyğunsuz bir hal olmayacağına soz verir. Xahiş edir onun bu işinə köməklik edilsin. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan İddiaçı Azərbaycan Respublikasının Daxili X11 Eyvazova elektron müraciətindən görünür ki, o, işlərini qaydasına qoyaağını və bir daha uyğunsuz bir hal olmayacağına söz vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan İddiaçı Azərbaycan Respublikasının Daxili X11 Eyvazova elektron müraciətindən qeyd olunmuşdur ki, 4 il dünyada hərbi təhsilə görə ön sıralarda olan Türk Respublikası Ali Hərbi Akademiyasını (X12) müvəffəqiyyətlə bitirib,2014_2015 ci illərdə Türkiyədə 10 aylıq Jandarma kursuna qoşulub və bu kursuda müvəffəqiyyətlə bitirib,2015_2022 ci illərdə Daxili Qoşunların iki müxtəlif hərbi hissəsində layiqincə xidmət edən lakin,xx.xx.2022 ci ildə heç bir fiziki qüsuru olmadan,hansısa bir jşəxsə kobudluq,hörmətsizlik etmədən şərəf məhkəməsi keçirilərək 156cı maddənin e bənddi (xidmətə uyğunsuz) ilə təxris olunan ehtiyyatda olan zabit baş İeytnant İddiaçıdur.12 il bütün dövlət tədbirlərində,ictimai asaişin bərpasında,torpaqların müdafiəsində yaxından iştirak etmişəm.Günlərdir yazıb cavab ala bilmədiyim bir sual vaj,12 il xidmətə uyğun olub son bir gündə nə etdim ki,xidmətə uyğunsuz oldum?Artıq 1 aya yaxındır bu suala cavab ala bilmədiyim üçün düşünürəm bu sualı ölkəmizin birinci Xanımı və Cənab Prezidentə ünvanıayım.Ümid edirəm ki,onlar r|ıənim üzləşdiyim haqqsızlığa biganə qalmayacaqlar.Ailəmdə yaranan maddi sıxıntılardan Cabbarov Zamiq adlı şəxsdən 5000 manat faizlə pul götürdüm.1 il faizi ödədikdən sonra 2300 manat borcum qaldı,biraz gözləməsini xahiş etdim,razılaşmadı,şikayət edərək böhtan atdı ki,guya 15000 borcum var və mənim kimi neçə zabitləri bu yolla təxris elətdirib.Cənab Nazir 12 il xidmət etmiş bir zabitəm,qaldığım yataqxanada bele bir ay möhlət vermədilər kirayə ev tapıb ailəsini çıxarsın. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan İddiaçı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olmuş elektron müraciətində qeyd olunmuşdur ki, xx.xx.1993 cü ildə Sabirabad rayon Qəzli kəndində doğulmuş, orta təhsilini doğulduğu kənddə aldıqdan sonra yüksək balla Azərbaycan Dövlət Memarlıq və inşaat Universitetinə qəbul olmuş, lakin, uşaqlıqdan hərbiyə olan marağına görə ilk kursda imtahan verərək Türkiyə Respublikası Ali Hərbi Akademiyasına qəbul oluş, .2014-cü ildə akademiyanı bitirdikdən sonra 10 aylıq Jandarma kursunu bitirib 2015-ci ildə vətənə geri qayıdaraq 2015-ci ildən xx.xx.2022-ci il tarixinədək Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının iki müxtəlif hərbi hissəsində xidmət etmiş, Dövlət tədbirlərində, ictimai əsaişin bərpasında, pandemiya ilə əlaqəli karantin postlarinda, torpaqlarımızın müdafiəsində xidmətə cəlb olunmuş və 12 illik xidmətimdə hər hansı bir nöqsana yol verməmişdir. xx.xx.2022-ci ildə şərəf məhkəməsi keçirilərək 156-ci maddənin “e” bəndi ilə təxris olunmuşdur. Təxris olunma səbəbi Cabbarov Zamiq adlı şəxsdən övladının müalicəsi üçün götürdüyü pulu vaxtında qaytara bilməməsi olub. Götürdüyü məbləği sələm ilə birlikdə ödəmiş qalan 2300 manat pulu bir müddət gözləməsini xahiş etmişdir. Ailəlidir, bir övladı var, ailəsi ilə yaşadığı zabit yataqxanasından çixarılmış, kirayə qalmağa imkanı olmadığı üçün qardaşının ailəsiylə 56 kv m2 evdə birlikdə qalırlar. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Daxili X11 Eyvazova yazdığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı ehtiyata buraxılması barədə 140 ş/h nömrəli xx.xx.2022-ci il tarixli əmr barədə məlumatlıdır. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı ehtiyata buraxılması barədə 140 ş/h nömrəli xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu əmri 2022-ci ilin dekabr ayında (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 04 aydan çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı 140ş/h nömrəli 20 iyul 2022-ci il tarixli əmrini 15 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tutulan iradlardan düzgün nəticə çıxartmadığına, 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin komandirinin müavini baş leytenant İddiaçı 2021-ci ilin inspeksiya yoxlaması zamanı döyüş hazırlığı və döyüş təlimi üzrə aşağı nəticələr göstərdiyinə, üzərinə götürdüyü borc pul öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə, Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının 231 nömrəli 31,12.2020-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydalarının 3.18 və 4.12-ci bəndinin və Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanının 17 fevral 2022-ci il tarixli G3-014-22 nömrəli göstərişinin 18-ci bəndinin tələblərini pozaraq “Zabitin şəxsi vəsiqəsi”ni girov qoyaraq borc pul götürdüyünə görə "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q58-001-15 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daxili İşlər Nazirliyinin X8 məhkəmələri haqqında Əsasnamə”nin 5.1.6. maddəsinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və Baş leytenant İddiaçı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin qərarından 3 (üç) gün müddətində N saylı hərbi hissə komandirinə şikayət etmək hüququ izah olunmuşdur. Daha sonra N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 30 iyul 2022-ci il tarixli 146 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən 30 iyul 2022-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan İddiaçı Azərbaycan Respublikasının Daxili X11 Eyvazova elektron müraciətində qeyd olunmuşdur ki, Sabirabad rayon Qəzli kəndinin sakini, keçmiş Daxili Qoşunların “n” saylı hərbi hissəsinin, Xüsusi vasitələrin tətbiqi bölüyünün bölük komandirinin müavini İddiaçıdur. 1993-cü ildə Sabirabad rayon Qəzli kəndində anadan olmuşdur, orta məktəbi bu kənddə bitirdikdən sonra, imtahan verərək Türkiyə Respublikası Ali Hərbi Akademiyasına (X12) daxil olmuşdur. 5 il bu akademiyada təhsil aldıqdan sonra leytnant rütbesi əldə edərək 2014-cü ildə X10 Hərbi Akademiyasında tağım komandiri vəzifəsində çalışmışdır. 2018-ci ildən etibarən Daxili Qoşunların “n” sayli hərbi hissəsində, Xüsusi vasitələrin tətbiqi bölüyündə, bölük komandirin müavini vəzifəsində çalışmışdır. Bu vaxtlar ərzində isinə görə hər hansi bir cəza və ya nöqsanı olmayıb. Lakin 2022-ci ildə ailində yaranan maddi sıxıntılara görə bir nəfərdən borc olaraq pul götürmüş, vaxtında qaytara bilmədiyinə görə hərbi hissəyə şikayət edib və o, " vəzifəyə uyğunsuzdur" töhməti ilə işdən azad olunmuşdur. Yazmaqda məqsədi, bu işdə ona kömək olmaqdır, 12 illik hərbi həyatını itirmək istəmir, yenidən xidmətini davam etdirib bir də uyğunsuz bir hal olmayacağına soz verir. Xahiş edir onun bu işinə köməklik edilsin. Göründüyü kimi, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmrdən ən geci 08 avqust 2022-ci il tarixdə xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən hüquqi yardım məktubuna münasibət bildirilməsi barədə ərizə təqdim edilərək 30 günlük mübahisələndirmə müddətinni hazırki iş üzrə şamil edilməməli olduğu, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərinin şamil edilməli olduğu bildirilmişdir. Qeyd edilən hala məhkəmə münasibət bildirərək qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Halbuki, sözügedən maddəyə əsasən 06 aylıq müddət ərzində şikayətin verilə bilməsi halı inzibati aktdan şikayət instansiyasına verilən şikayətlərə şamil olunmalı olan müddəadır. İnzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi zamanı isə İPM-nin 38.1-ci maddəsi tətbiq olunur ki, apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələbi baxımından işin faktiki hallarına əsasən iddianın mümkünlük şərtlərinə qiymət verməli idi. Həmin maddənin tələbindən göründüyü kimi inzibati aktdan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlanır. Sözügedən əmrin iddiaçıya elan olunduğu hesab edilsə də, hər bir halda müddətin ötürülməsi məsələsi “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin yox, İPM-in 38.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İddiaçıya mübahisələndirdiyi N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli xəbərdar olmuş, o, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə ən azından xx.xx.2022-ci il tarixindən xəbərdar olmuş, lakin xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2- 1(102)-1712/2020 nömrəli qərarının 32-bəndində qeyd edilmişdir ki, hazırkı qərarın 18-20-ci bəndlərində göstərilən normalardan görünür ki, qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçularaehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 01 iyun 2023-cü il tarixli, 2-1(120)-1673/2023 nömrəli məktubu hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ehtiyata buraxılması barədə 140 ş/h nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, əmrin ləğv edildiyi günə kimi hesablanmış kompensasiya məbləğinin ödənilməsi və qeyd olunan müddətin xidmət illərinə hesablanması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-1673/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-1673/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver