Məhkəmə qərarları › İş №e-2-1(120)-3623/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3623/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3623/2023 21.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə müqavilələr, təhvil təslim aktların, elektron-qaimə fakturalar, əsas vəsaitlərin adlı siyahısı (sayı və qiyməti göstərilməklə), bank və digər kredit təşkilatlarınnan alınmış kreditlər barədə məlumatlar (kredit müqavilələri, kreditin hərəkəti barədə illik hesabatlar) nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədlərin, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, ƏDV məqsədləri üçün xx.xx.2020 ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixə Ərizəni imzalayan şəxs haqqında məlumat: debitor borcların adlı siyahısı, işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, yanacağın norma daxilində silgisi barədə hesabatlar, sərf olunmuş elektrik enerjisi barədə aylıq hesabat sənədləri, daşıma xidmətləri ilə əlaqədar e-qaiməyə əlavə (yol vərəqələri), əmək müqavilərinin bağlanması barədə bildirişləri) təsdiq edilmiş (imza və möhürlə) surətlərini cavabdeh "xxxx" MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylıƏrazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim olunmasına» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə müqavilələr, təhvil təslim aktların, elektron-qaimə fakturalar, əsas vəsaitlərin adlı siyahısı (sayı və qiyməti göstərilməklə), bank və digər kredit təşkilatlarınnan alınmış kreditlər barədə məlumatlar (kredit müqavilələri, kreditin hərəkəti barədə illik hesabatlar) nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədlərin, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, ƏDV məqsədləri üçün xx.xx.2020 ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixə Ərizəni imzalayan şəxs haqqında məlumat: debitor borcların adlı siyahısı, işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, yanacağın norma daxilində silgisi barədə hesabatlar, sərf olunmuş elektrik enerjisi barədə aylıq hesabat sənədləri, daşıma xidmətləri ilə əlaqədar eqaiməyə əlavə (yol vərəqələri), əmək müqavilərinin bağlanması barədə bildirişləri) təsdiq edilmiş (imza və möhürlə) surətlərini cavabdeh "xxxx" MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylıƏrazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023cü il tarixli **********172033 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrünü əhatə etməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.Səyyar vergi yoxlamasına xx.xx.2023-cü il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli KY231923458 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, xx.xx.2023-cü il tarixli **********172033 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2023-cü il tarixli **********172060 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə xx.xx.2023-cü il tarixli **********451100 №-li məktubla "xxxx" MMC-nin elektron poçtuna göndərilmişdir.Tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməmişdir.“Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173282 saylı Qərar çıxarılmışdır.Vergi yoxlamasının keçirilməsi üçün tələb olunan xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə müqavilələr, təhvil təslim aktların, elektron - qaimə fakturalar, əsas vəsaitlərin adlı siyahısı (sayı və qiyməti göstərilməklə), bank və digər kredit təşkilatlarınnan alınmış kreditlər barədə məlumatlar (kredit müqavilələri, kreditin hərəkəti barədə illik hesabatlar) nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədlərin, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları , ƏDV məqsədləri üçün xx.xx.2020 ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı, işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, yanacağın norma daxilində silgisi barədə hesabatlar, sərf olunmuş elektrik enerjisi barədə aylıq hesabat sənədləri, daşıma xidmətləri ilə əlaqədar e-qaiməyə əlavə (yol vərəqələri), əmək müqavilərinin bağlanması barədə bildirişləri) təsdiq edilmiş (imza və möhürlə) surətlərinin yoxlamaya təqdim edilməməsinə görə xx.xx.2023-cü tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur.Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi üzrə inzibati işə onun iştirakı olmadan baxılmasının xahiş etməsi barədə ərizə əlavə etmişdir. Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddiaçı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh barəsində səyyar vergi yoxlaması həyata keçirilməsini qərara almışdır. İddiaçıya görə cavabdeh yoxlama ilə bağlı zəruri sənədləri təqdim etməkdən imtina etmişdir. Tərəflər arasında iddiaçının inzibati orqan kimi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsa da, hazırkı vəziyyətdə sahibkarlıq subyekti ilə vergi orqanı arasında yaranmış mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmaqla inzibati məhkəmə icraatı qaydasında həll edilə bilər. İddiaçının qəbul etdiyi aktın nəticəsində iddiaçı ilə cavabdeh arasında publik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. Bununla belə, qanunvericiliyə əsasən, bəzi hallarda inzibati orqan (iddiaçı) mübahisə ilə əlaqədar yekun qərar qəbul etmək hüququna malik olmur. Məsələn, hazırkı halda Vergi Məcəlləsinin 43.10-cu maddəsinə görə iddiaçı sənədlərin götürülməsi barədə özü qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bu halda mübahisə məhkəmə icraatı qaydasında həllini tapa bilər. Odur ki, iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibəti yarandığından İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı yoxlama aparılması ilə bağlı cavabdehdən sənədlərin təqdim edilməsini xahiş edir. İnzibati Prosessual Məcəllənin 2.2.3 və 34.1-ci maddələrinə əsasən bu öhdəliyin icrası haqqında iddia növüdür. Öhdəliyin icrası haqqında iddia özü-özlüyündə müəyyən hərəkətin edilməsinin tələb olunması ilə bağlıdır. İddianın mahiyyəti: İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172033 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2020-ci il – xx.xx.2023-cü il) təyin edilmişdir. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, xx.xx.2020-ci il – xx.xx.2023-cü il dövrünün yoxlanılması məqsədilə qəbul edilən növbədənkənar səyyar vergi yoxlaması barədə vergi orqanın qərarı reyestrdə qeydiyyata alınmışdır. - Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172060 nömrəli tələbnamə təqdim edilmişdir. - Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sənədləri təqdim etmək cavabdeh orqanın rəhbəri Abdurrrahman Modukbaşa təklif olundu. O isə bildirmişdir ki, vaxt azlığı və sənədlərin çox olması ilə əlaqədar sənədləri təqdim edə bilməmişdir. Qısa müddət ərzində sənədləri təqdim edəcəkdir. - İddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173282 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən xx.xx.2020-ci il – xx.xx.2023-cü il dövrü üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. - Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2023-cü il tarixdə “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt tərtib edilmişdir. - İddiaçı orqan tərəfindən xx.xx.2023-cü il tqarixli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında tələbnamə cavabdehə göndərilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında yaranmış hüquq münasibətini tənzimləyən əsas normativ hüquqi aktı olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin yuxarıda göstərilən normalarının tələblərindən göründüyü kimi vergi yoxlaması üçün zəruri sənədləri tələb etmək hüququ, vergi ödəyicisinin isə həmin sənədləri təqdim etmək vəzifəsi, hətta, vergi ödəyicisi tərəfindən həmin sənədlərin təqdim edilməməsinə məsuliyyət daşıdığı təsbit edilmişdir. Cavabdeh tərəfindən vergi orqanının tələb etdiyi sənədlər təqdim edilmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərarının məhkəmə qaydasında mübahisələndirildiyi və buna görə də hazırkı iş üzrə iddianın mümkün sayılmaması barədə mülahizəsi əsassızdır. Belə ki, cavabdeh tərəfindən həmin qərarın mübahisələndirilməsi barədə iddiası üzrə işin nəticəsindən asılı olmayaraq, vergi ödəyicisi tərəfindən vergi münasibətlərinin şəffaflığını təmin etmək məqsədilə tələb olunan sənədlər vergi orqanına təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə müqavilələr, təhvil təslim aktların, elektron-qaimə fakturalar, əsas vəsaitlərin adlı siyahısı (sayı və qiyməti göstərilməklə), bank və digər kredit təşkilatlarınnan alınmış kreditlər barədə məlumatlar (kredit müqavilələri, kreditin hərəkəti barədə illik hesabatlar) nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədlərin, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixə Ərizəni imzalayan şəxs haqqında məlumat: debitor borcların adlı siyahısı, işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, yanacağın norma daxilində silgisi barədə hesabatlar, sərf olunmuş elektrik enerjisi barədə aylıq hesabat sənədləri, daşıma xidmətləri ilə əlaqədar eqaiməyə əlavə (yol vərəqələri), əmək müqavilərinin bağlanması barədə bildirişləri) təsdiq edilmiş (imza və möhürlə) surətləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar