Məhkəmə qərarları › İş №e-2-1(3-8)-1180/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-8)-1180/2026

21.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № e-2-1(3-8)-1180/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər X1 və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri nümayəndə1 və nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçının verdiyi apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI ## ####### 2023-cü il tarixli ****** nömrəli “Ibtidai istintaqın davam etdirilməsinin həvalə edilməsi haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq idarəsinə həvalə edilməsi qərar alınmışdır. ## ###### 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, iddiaçı tərəfindən 3.120.541,70 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergilərin ödənilməkdən yayınma faktı üzrə CM-in 213.3-cü maddəsi ilə cinayət işinin başlanılması və həmin işin icraata qəbul edilərək, ibtidai araşdırma aparılması qərara alınmışdır. ## ###### 2024-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, CM-in 213.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. ## ###### 2025-ci il tarixli **************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərardan görünür ki, iddiaçıdan nəzarət kitabçası, 2017-ci il # ###### tarixdən 2024-сü il 1 noyabr tarixədək olan dövr üzrə mühasibat kitabları, (gəlir vergisi məqsədləri üçün 2017-ci il # ###### - 2024-cü il # ######) uçot registrləri və dövriyyə cədvəlləri, şifarişçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (о cümlədə, onlara əlavələr), malların, əsas vasaitlərin alışına və təqdim edilməsinə dair hesabatlar, alış və satış qaimələri, alış aktları, idxal-ixrac müxabirləşmənin verilməsini əks etdirən sənədlər, debitor və kreditor borclarının siyahıları, smetalar, təmir və digər görülmüş işlərin və уа göstərilmiş xidmətlərin qəbul-təhvil aktları (Forma-2, Forma-3), aylıq texniki və əmtəə-material hesabatları (malların çeşidləri üzrə), xüsusi razılıq (lisenziya), hesab fakturalar, işçilərlə əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, yoxlanılan dövrün əvvəlinə və sonuna balans hesabları üzrə qalıqlar barədə və digər aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və sair analoji sənədlər, vəkalətnamələr, əmlak və torpağa dair əməliyyatlarına dair sənədlər, NKA çıxarışları, təhvil-təslim aktları, qaimələr, icarə müqavilələri, bank, xəzinə sənədləri, xərclərin (о cümlədən, enerji, digər və sair xərclərin) dair sənədlər, mühasibatlıqda icarə, mülkiyyət va alqısatqı sənədləri, vergilərin hesablanması üçün zəruri olan digər sənədlər (о cümlədən elektron daşıyıcılar üzrə olan məlumatlar), habelə hüquqi sənədlər, vergi ödəyicisinin rekvizitləri, filialları, nümayandəliyi, vergi ödəyicisinin nizamnaməsi və dövlət vergi orqanında qeydiyyata durması barədə sənədləri (xarici dildə tərtib olunduğu halda, bütün sənədlər Azərbaycan dilinə tərcümə olnumuş və təsdiq olunmuş halda) götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. ## ###### 2025-ci il tarixli “Sənədlərin təqdim olunması barədə” aktdan görünür ki, Baş Idarənin “X3nın keçirilməsi haqqında” 2024-cü il ## ###### tarixli, **************** nömrəli qərarı əsasında iddiaçının fəaliyyəti üzrə növbədənkənar X3 təyin edilmiş (yoxlanılan dövr: 2017-ci il # ###### - 2024-cü il # ######; gəlir vergisi üzrə 2017-ci il # ###### - 2024-cü il # ######) və yoxlamanın keçirilməsi zamanı fərdi sahibkara təqdim olunmuş “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 2024-cü il ## ###### tarixli, **************** nömrəli tələbnaməyə əsasən, vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuşdur. Fərdi sahibkar olan iddiaçı yoxlamanın əhatə etdiyi dövr üzrə fəaliyyətinə dair sənədləşmənin elektron qaydada aparıldığını əsas göstərərək, onda kağız formada sənədlərin olmadığını bildirmişdir. ## ###### 2025-ci il tarixli *************** nömrəli “Analoji vergi ödəyicilərinin müəyyən edilməsi haqqında” xidməti məktubdan görünür ki, yoxlama ilə əhatə olunan dövrdə fərdi sahibkar olan iddiaçı meyvə və tərəvəzin daxili bazardan alışı, idxalı, pərakəndə satışı, topdansatışı və ixracı fəaliyyəti ilə məşğul olmuşdur. 2025-ci il ## ###### tarixli, **************** nömrəli “Analoji vergi ödəyicilərinin müəyyən edilməsi haqqında” xidməti məktubdan görünür ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisi olan iddiaçı fəaliyyət göstərdiyi ərazi üzrə eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə məşğul olan analoji vergi ödəyiciləri barədə məlumat aşkar edilməmişdir. 2025-ci il # ##### tarixli, **************** nömrəli “Səyyar vergi yoxlanılması aktı”. 2025-ci il ## ##### tarixli, **************** nömrəli “Keçirilmiş növbədənkənar X3nın nəticəsinə dair materialın rəyə göndərilməsi barədə” xidməti məktubdan görünür ki, yoxlama 2024-cü il ## ###### tarixdə başlanmış, 2025-ci il # ##### tarixdə başa çatdırılmışdır. Aparılan X3 zamanı vergidən yayınma halları aşkar edilmiş və yoxlama 2025-ci il # ##### tarixli, **************** nömrəli aktla rəsmiləşdirilmişdir. 2025-ci il ## ### tarixli “Cinayət tərkibi yaradan borcların tərkibinə dair” aktdan görünür ki, iddiaçının şəxsi hesab vərəqəsi üzrə ümumilikdə 1.676.257,88 manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin 2025-ci il ## ### tarixli, **************** nömrəli qərarından görünür ki, iddiaçı vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmiş, onunla əsaslandırılmışdır ki, 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsinə (kassa metodu) əsasən malların təqdim edilməsindən gəliri 27.485.125,71 manat, mallarin təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərcləri 27.391.661,94 manat göstərməklə vergiyə cəlb olunan gəlir 93.463,77 manat olmaqla gəlir vergisi 18.692,75 manat təqdim edilmişdir. Təqdim edilmiş gəlir vergisi bəyannaməsinə * saylı Vergilər Baş Idarəsi tərəfindən kameral münasibət bildirilərək, 2021-ci il üzrə malların təqdim edilməsindən gəliri 28.717.533,85 manat, xərcləri - 17.369.441,16 manat, o cümlədən malın dəyərini 14.510.616 manat göstərməklə vergiyə cəlb olunan 11.348.092,69 manat (28.717.533,85 - 17.369.441,16) gəlirdən manat müəyyən edilmişdir. 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsinə (hesablama metodu) əsasən, malların təqdim edilməsindən gəliri 33.141.732,47 manat, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərcləri 32.998.285,14 manat göstərməklə vergiyə cəlb olunan gəlir 143.447,33 manat olmaqla gəlir vergisi 28.689,47 manat təqdim edilmişdir. Təqdim edilmiş gəlir vergisi bəyannaməsinə * saylı Vergilər Baş Idarəsi tərəfindən kameral münasibət bildirilərək, 2022-ci il üzrə malların təqdim edilməsindən gəliri 33.926.194,11 manat, xərcləri - 18.324.412,70 manat, o cümlədən malın dəyərini 18.145.972,85 manat göstərməklə vergiyə cəlb olunan 15.601.781,41 manat (33.926.194,11 - 18.324.412,70) gəlirdən manat müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən 2023-cü il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. * saylı Vergilər Baş Idarəsi tərəfindən 2023-cü ilə analoji qaydada kameral münasibət bildirilərək 2023- cü il üzrə malların təqdim edilməsindən gəliri 32.504.786,10 manat, xərcləri - 27.087.321,75 manat, o cümlədən malın dəyərini 27.080.980,37 manat göstərməklə vergiyə cəlb olunan 5.417.464,35 manat (32.504.786,10 - 27.087.321,75) gəlirdən müəyyən edilmişdir. Beləliklə, vergi ödəyicisinə 6.473.467,69 manat (2.269.618,54 + 3.120.356,28 + 1.083.492,87) məbləğində kameral olaraq gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisinin 2021-ci il # ###### və 2023-cü il # ###### tarixə mal qalığı olmamışdır. X3 ilə Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən təqdim edilmiş kənd təsərrüfatı məhsullarının dəyərinin (ƏDV nəzərə alınmadan) 2021-ci il üzrə 17.525.504,06 manat (təqdim edilmiş e-Qaimə-fakturalar üzrə 1.179.590,88 manat + Onlayn kassa əməliyyatları üzrə 11.250 manat + ixrac olunmuş mallar üzrə 16.334.663,18 manat) olmuşdur. Qeyd edilən dövr üzrə gəlir vergisi bəyannaməsi kassa metodu seçilməklə təqdim edildiyindən həmin dövr üzrə gəlir 1.713.936 (daxil olma təqdim edilmiş e-Qaimə-fakturalar üzrə 1.171.030,29 manat + onlayn kassa əməliyyatları üzrə 11.250 manat + ixrac olunmuş mallar üzrə 531.655,71 manat) təşkil etməklə 2021-ci il ## ###### tarixə təqdim edilmiş mallar üzrə debitor borcu 15.811.568,06 manat müəyyən edilmişdir. 2022-ci il üzrə fərdi sahibkar tərəfindən təqdim edilmiş kənd təsərrüfatı məhsullarının dəyərinin (ƏDV nəzərə alınmadan) 44.951.675,75 manat (təqdim edilmiş e- Qaimə-fakturalar üzrə 102.322,26 manat + onlayn kassa əməliyyatları üzrə 3.310.346,48 manat + ixrac olunmuş mallar üzrə 25.727.438,95 manat + uçot metodunun dəyişməsi üzrə 15.811.568,06) və 2023-cü il üzrə 111.272,38 manat (təqdim edilmiş e-Qaiməfakturalar üzrə 59.276,38 manat + ixrac olunmuş mallar üzrə 51.996 manat) olduğu müəyyən olunmuşdur. X3 ilə Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən (2021-ci ildə təqdim etmə 17.525.504,06 manat təşkil etmişdir) əldə edilmiş kənd təsərrüfat, məhsullarının alış dəyərinin 2021-ci il üzrə 21.809.580,65 manat (idxal üzrə 15.401.057,76 manat + əldə edilmiş e-Qaimə-fakturalar üzrə 1.832.435,32 manat + alış aktlan 4.576.087,57 manat), 2022ci il üzrə (təqdim edilmə 44.951.675,75 manat) 20.192.847 manat (idxal üzrə 8.436.889,22 manat + əldə edilmiş e-Qaimə-fakturalar üzrə 226.053,02 manat + alış aktlan 11.529.904,86 manat), və 2023-cü il üzrə (2023-cü ildə təqdim etmə 111.272,38 manat təşkil etmişdir) 27.070.012,88 manat (əldə edilmiş e-Qaimə-fakturalar üzrə 3.513,85 manat + alış aktlan 27.066.499,03 manat) olduğu müəyyən olunmuşdur. Baza məlumatlarından göründüyü kimi, 2022-2023-cü illərdə alış aktlarına əsasən alınmış 38.596.403,89 manat dəyərində kənd təsərrüfatı məhsullarının 37.494.428,62 manat dəyərində olan hissəsi X2 alınmışdır. Baş Prokurorluğunun Istintaq Idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə çıxarılmış 2024-cü il ## ###### tarixli qərardan görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətinə X2 (VÖEN: **********) rəhbərlik etmişdir. X2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 2023-cü ildə rəsmiləşdirdiyi əmtəəsiz alış aktları 2022-ci il üzrə vergi orqanı tərəfindən fərdi sahibkar iddiaçıya kameral qaydada hesablanmış gəlir vergisini azaltmaq məqsədi güdmüşdür. Vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində vergi ödəyicisi olan iddiaçı tərəfindən 2021-ci il ərzində 25 müxtəlif fiziki şəxslərdən elektron alış aktı əsasında ümumi dəyəri 2.671.985,55 manat olan kənd təsərrüfatı məhsullarının alındığı məlum olmuşdur. Lakin qeyd olunan fiziki şəxslər tərəfindən təqdim edilmiş izahat məktublarında (vergi ödəyicisinə göndərilmiş 2022-ci il # ##### tarixli **************** nömrəli, 2022-ci il ## ##### tarixli, 2202020224287500 və **************** nömrəli, 2022-ci il ## ##### tarixli **************** nömrəli, 2022-ci il ## ##### tarixli **************** nömrəli və 2022-ci il # #### tarixli, **************** nömrəli məktublarda ətraflı qeyd olunmuşdur) vergi ödəyicisi iddiaçını tanımadıqlarını, hər hansı bir mal təqdim etmədiklərini, eyni zamanda heç bir qarşılıqlı əlaqələrinin olmadıqlarını və bir qisminin də izahatlarında az məbləğdə mal təqdim etdiklərini bildirmişlər. Qeyd edilənlərlə əlaqədar iddiaçıya yuxarıda qeyd olunan tarixli və nömrəli malların alış aktı ilə alınması ilə bağlı ilkin uçot sənədlərinin 5 iş günü ərzində vergi orqanına təqdim edilməsi ilə bağlı məktublar göndərilmişdir. Lakin iddiaçı qeyd edilən müddət ərzində tələb edilən sənədləri vergi orqanına təqdim etməmişdir. Vergi ödəyicisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - “VM”) 16.1.3-cü, 130.1-ci və 130.2-ci maddələrinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlarının uçotunu aparmağa, vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa və tətbiq edilən uçot metodundan asılı olalaq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən yoxlama ilə əhatə olunan dövr üzrə fərdi sahibkara VM-in 67.14-cü, 83.9-cu, 101-3-cü, 96-cı və 108-ci maddələrinə və Nazirlər Kabinetinin 55 və ** saylı Qərarlarına əlavə və dəyişikliklər nəzərə alınmaqla əldə olunmuş gəlirə 20% şərti rentabellik tətbiq etməklə 2021- ci il üzrə 1.713.936 manat (ƏDV-siz) gəlirə görə 57.131,20 manat (1.713.936/120 x 20 x 20%), 2022-ci il üzrə 44.951.675.75 manat (ƏDV-siz) gəlirə 1.498.389,17 manat (44.951.675,75/120 x 20 x 20%) və 2023-cü il üzrə 111.272,38 manat ƏDV-siz gəlirə görə 3.709,08 manat (111.272,38/120 x 20 x 20%) olmaqla cəmi 1.559.229,45 manat (57.131,20 + 1.498.389,17 + 3.709,08) gəlir vergisi hesablanmışdır. Nəticədə X3 ilə fərdi sahibkara kameral qaydada 2021ci il üzrə 2.212.487,34 manat (2.269.618,54 – 57.131,20), 2022-ci il üzrə 1.621.967,11 manat (3.120.356,28 – 1.498.389,17) və 2023-cü il üzrə 1.079.783,79 manat (1.083.492,87 – 3.709,08), cəmi 4.914.238,25 manat (6.473.467,69 – 1.559.229,47) gəlir vergisinin artıq hesablandığı müəyyən edilmişdir. # ###### 2025-ci il tarixli, **************** saylı məktuba əsasən analoji vergi ödəyiciləri müəyyən olunmamışdır. Fərdi sahibkar yoxlama ilə əhatə olunan dövrdə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən 2.289,31 manat vergi hesablayaraq aidiyyət üzrə ödənilməsini təmin etmişdir. Yoxlama ilə 2021-ci ilin 2 və 3-cü rübləri üzrə icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqavilələrinin hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən az olması nəticəsində VM-in 124.1-ci maddəsinə əsasən, 116,06 manat əlavə ÖMV hesablanmış və həmin məbləğə VM-in 58.1-ci maddəsinə əsasən, 50% məbləğində 58,03 manat maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisi yoxlanılan dövr ərzində kənd təssərüfatı malları əsasən meyvə-tərəvəz məhsullarının ixracı və pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi ödəyicinə ƏDV üzrə kameral hesablanmış vergi məbləği aparılan X3 ilə təsdiqini tapmışdır və VM-in 159, 174.3 və 174.4-cü maddələrinə əsasən, vergi ödəyicisi tərəfindən ƏDV ticarət əlavəsindən hesablanır və kənarlaşma aşkar edilməmişdir. Vergi ödəyicisi tərəfindən isə 2025-ci il ## ###### tarixli məktubla Baş Idarəyə 1 ədəd fləşkart (7,15 GB, 3 excel faylı və 6 papka), o cümlədən 6 papka (alış aktı, bank çıxarışları, gələn qaimə, YGB, qaimələr, Invoce 2021) və 3 excel cədvəlləri (ƏDV depozit, ixrac, İddiaçı əmək haqqı 2021 yeni)) məlumatlar təqdim olunmuşdur. Təqdim olunan məlumatlara əsasən, baza məlumatlarından ibarət olmuş və digər məlumatlarlar təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, VM-in 43.10-cu maddəsinə əsasən, 2025-ci il ## #### tarixli iki nüsxədən ibarət sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. VM-in 43.10-cu maddəsinə əsasən, iki nüsxədən ibarət sənədlərin qismən təqdim olunması barədə akt tərtib olunmuşdur. Fərdi sahibkar tərəfindən fəaliyyətini dayandırdığı dövrdən və vergi öhdəliyi yaranmadığından 2023-cü ilin iyul ayından 2024-cü ilin iyun ayınadək olan dövr üzrə təqdim edilməyən ƏDV bəyannamələrinə maliyyə sanksiyası tətbiq edilmir. X2 təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ## #### 2025-ci il tarixli ittiham aktı. **************** nömrəli “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamədən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 2025-ci il ## ### tarixli, **************** saylı qərar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: - Əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları: 0,0 Azərbaycan manatı, 0,00 ABŞ dolları; - Vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: 218,03 Azərbaycan manatı, 0,00 ABŞ dolları; - Vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər: 0,00 Azərbaycan manatı, 0,00 ABŞ dolları. “Uçota dair arayış”dan görünür ki, İddiaçı (bundan sonra - “iddiaçı”) sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları ##.##.2023-cü il tarixdən ##.##.2043-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinə (bundan sonra - “cavabdeh”) qarşı “X3 aktı” əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 2025-ci il # ##### tarixli, **************** nömrəli “X3 aktı” əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-*****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzrə * saylı Ərazi Vergilər Baş Idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN:********** verilmişdir. Iddiaçı 2021-2023-cü illərdə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı fəaliyyət növü üzrə məşğul olmuşdur və onun heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti mövcud deyildir. 2023-cü il ## ### tarixdə iddiaçı fəaliyyətini 2043-cü il ## ### tarixədək dayandırmışdır. 2024cü il ## ###### tarixdən 2025-ci il # ##### tarixədək iddiaçı barəsində mübahisələndirilən X3 aparılmışdır. Bu X3 2017-ci il dekabr tarixindən - 2023-cü il oktyabr tarixləri arasındaki dövrü əhatə etmişdir. Yoxlama aparılan müddətdə iddiaçı tərəfindən yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, gəlir və xərclər barədə, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr və razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Barəsində tərtib edilmiş **************** nömrəli X3 aktı düzgün tərtib edilməmişdir. Belə ki, aktda qeyd edilən iddialar və tələblər qanunvericiliyin tələbləri ilə uyğunsuzluqlar təşkil edir. Aktın 1.8-ci bəndində X3 iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş, elektron məlumatlar, əsasında aparılmışdır. Aktın 1.9.1-ci bəndində “digər sənədlər təqdim edilmədi” qeyd olunsa da, həmin sənədlərin nədən ibarət olması cavabdeh inzibati orqan tərəfindən aktda qeyd edilməmişdir. Cavabdeh inzibati orqana göndərilən fləşkartda, göndərilənlərin siyahısında bununla bağlı məlumatlar öz əksini tapmışdır. Bu xüsusatı “sənədlərin qismən təqdim olunması barədə” 2025-ci il ## #### tarixli aktda və ona əlavə edilmiş siyahıda qeyd olunmuşdur. Eyni zamanda, həmin bənddə qeyd olunmuşdur ki, “sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. Belə bir akt tərtib edilməsi əsassızdır. Çünki, “sənədlərin qismən təqdim olunması barədə 2025-ci il ## #### tarixli aktla təsdiq olunur ki, sənədlər yoxlamaya təqdim edilmiş, eyni zamanda “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 2023-cü il ## #### tarixli, **************** saylı protokolda sənədlərin təqdim edilməsində iddiaçının iştirak etdiyi, onun tərəfindən 1 ədəd fləşkartda elektron məlumatların təqdim edildiyi, götürülən sənədlərin surətləri çıxarıldıqdan sonra ona qaytarıldığının qeyd olunması bir daha sübut edir ki, yuxarıda qeyd olunan imtina aktı saxta olmaqla qanunsuz tərtib edilmişdir. Həm akt, həm də protokolla bir daha təsdiq olunur ki, tələb olunan sənədlər yoxlamaya təqdim edilmişdir. Eyni zamanda, hansı sənədlərin təqdim edilmədiyi aktda qeyd olunmamışdır. Aktın 2.1-ci bəndində vergilər üzrə - gəlir vergisi üzrə qeyd olunmuşdur ki, iddiaçı 2022-2023-cü illərdə elektron alış aktı ilə X2 təsərrüfatı məhsulları almışdır. Aktda bir neçə şəxsin ərizə ilə müraciət edərək, iddiaçını tanımadıqlarını, ona kənd təsərrüfatı məhsullarını satmadıqlarını qeyd etsə də, əvvəllər keçirilmiş, kameral vergi yoxlaması zamanı bu ərizələrin onlara vergi orqanı tərəfindən təzyiqlər nəticəsində yazdıqlarını və həmin ərizələri təkzib etdiklərini, bununla bağlı vergi orqanında bu barədə məlumat olduğu qeyd olunmamışdır. Cavabdeh orqan daha sonra məhkəməyə vəsatətlə müraciət edərək, Ismayıllı Rayon Məhkəməsinin icraatında olan *(***)-**/**** nömrəli cinayət işi üzrə müvafiq məhkəmə qərarı qəbul edilənədək hazırkı icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-2-1(118)-8321/2025, 2026-cı il ## ###### tarixli qərardadı ilə e-2-1(118)- ****/**** nömrəli inzibati iş üzrə icraat əsl sahibkarın iddiaçı deyil, X2 olmasının sübuta yetiriləcəyi halda, hazırki mübahisə predmeti olan qərarın əsl olmayan şəxs barəsində çıxarılmasına səbəb olmaması məqsədi ilə dayandırılmışdır. Həmin qərardaddan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli *-*(*-*)- ***/**** nömrəli qərardaddan görünür ki, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, keçirilmiş növbədənkənar X3nın nəticəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılmışdır. X3nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün tələbnamə ödəyiciyə təqdim olunaraq orada qeyd olunan sənədlər tələb edilmişdir. Tələbnaməyə əsasən, yoxlamanın predmetinə aid 2017-cı il # ###### tarixdən 2024-ci il ## ####### tarixədək olan dövrdə ilkin mühasibat sənədlərini, bağlanmış müqavilələri, VHF və E- VHF-ları barədə məlumatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olduğu halda, lisenziyanın olub-olmaması barədə məlumatı, idxal-ixrac sənədləri, müəssisənin xidmət, anbar və satış obyektləri barədə məlumatları, bank və kassa sənədlərini, malların satışı və alınmasını təsdiq edən ilkin sənədləri, əmlak və torpağa dair mülkiyyət sənədləri, vergilərin hesablanmasına aid digər ilkin sənədləri, yük-gömrük bəyannamələri, əsas vəsaitlərin alınması, tikilməsi və istismarı ilə əlaqədar sənədləri, nəzarət kitabçası və digər zəruri sənədlərin yoxlamaya təqdim olunması tələb edilmişdir. Bundan başqa, iddiaçıya “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar təqdim edilmişdir. Fərdi sahibkar tərəfindən 2025-ci il ## ###### tarixli məktubla 1 (bir) ədəd fləşkartda olan elektron məlumatlar (7.15GB, 3-exsell fayl və 6 qovluq) təqdim olunmuş və bu barədə VM-in 43.8-ci maddəsinə əsasən, sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə 2025-ci il ## #### tarixli **************** nömrəli protokol tərtib edilmişdir. VM-in 43.10-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli iki nüsxədən ibarət sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. Tərtib olunmuş akt və protokol vergi ödəyicisinin poçt ünvanına göndərilmişdir. Iddiaçı yoxlama ilə əhatə olunan dövrdə meyvə-tərəvəz məhsullarının ixracı və pərakəndə satışı ilə məşğul olmuşdur. X3 iddiaçıya bildirilməklə, onun tərəfindən Baş Idarəyə təqdim olunmuş elektron məlumatlar (bank çıxarışları istisna olmaqla, digər məlumatlar baza məlumatlarından ibarət olmuşdur), vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları, bank hesabından çıxarışlar və Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə toplanmış sənədlər əsasında aparılmışdır. Yoxlama ilə gəlir vergisi üzrə hesablamalar aparılmış, təqdim edilmiş gəlir vergisi bəyannamələrinə * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən kameral münasibət bildirilmişdir. Vergi ödəyicisinin 2021-ci il # ###### və 2023-cü il # ###### tarixə mal qalığı olmamışdır. X3 ilə Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən, fərdi sahibkar tərəfindən təqdim edilmiş kənd təsərrüfatı məhsullarının satış dəyəri (ƏDV nəzərə alınmadan) 2021-ci il üzrə 17.525.504,06 manat olmuşdur. Qeyd edilən dövr üzrə gəlir vergisi bəyannaməsi kassa metodu seçilməklə təqdim edildiyindən, həmin dövr üzrə gəlir 1.713.936,00 manat təşkil etməklə ##.##.2021-ci ilə təqdim edilmiş mallar üzrə debitor borcu 15.811.568,06 manat müəyyən edilmişdir. 2022-ci il üzrə fərdi sahibkar tərəfindən təqdim edilmiş kənd təsərrüfatı məhsullarının dəyərinin (ƏDV nəzərə alınmadan) 44.951.675,75 manat və 2023-cü il üzrə 111.272,38 manat olduğu müəyyən olunmuşdur. X3 ilə Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən, fərdi sahibkar tərəfindən əldə edilmiş kənd təsərrüfatı məhsullarının alış dəyərinin 2021-ci il üzrə 21.809.580,65 manat, 2022-ci il üzrə 20.192.847,0 manat və 2023-cü il üzrə 27.070.012,88 manat olduğu müəyyən olunmuşdur. Baza məlumatlarından göründüyü kimi, 2022-2023-cü illərdə alış aktlarına əsasən, alınmış 38.596.403,89 manat dəyərində kənd təsərrüfatı məhsullarının 37.494.428,62 manat dəyərində olan hissəsi X2 alınmışdır. Baş Prokurorluğun Istintaq Idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə çıxarılmış 2024-cü il ## ###### tarixli qərardan görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətinə X2 (VÖEN: **********) rəhbərlik etmişdir. X2 tərəfindən 2023-cü ildə rəsmiləşdirilmiş əmtəəsiz alış aktları 2022-ci il üzrə vergi orqanı tərəfindən iddiaçıya kameral qaydada hesablanmış gəlir vergisini azaltmaq məqsədi güdmüşdür. Vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2021-ci il ərzində 25 müxtəlif fiziki şəxslərdən elektron alış aktı əsasında ümumi dəyəri 2.671.985,55 manat olan kənd təsərrüfatı məhsullarının alındığı məlum olmuşdur. Lakin qeyd olunan fiziki şəxslər tərəfindən təqdim edilmiş izahat məktublarında iddiaçını tanımadıqlarını, hər hansı bir mal təqdim etmədiklərini, heç bir qarşılıqlı əlaqələrinin olmadıqlarını və bir qisminin də izahatlarında az məbləğdə mal təqdim etdiklərini bildirmişlər. Qeyd edilənlərlə əlaqədar iddiaçıya malların alış aktı ilə alınması ilə bağlı ilkin uçot sənədlərinin 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilməsi ilə bağlı məktublar göndərilmişdir. Lakin iddiaçı qeyd edilən müddət ərzində tələb edilən sənədləri vergi orqanına təqdim etməmişdir. X3 ilə fərdi sahibkara kameral və analoji qaydada hesablanmış məbləğlər nəzərə alınmaqla 2021-ci il üzrə 2.212.487,34 manat və 2023-cü il üzrə 1.079.783,79 manat, cəmi 4.914.238,25 manat gəlir vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Könül Həbibova) ##.##.2026-cı il tarixli e-*- *(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materialında olan sənədlərlə müəyyən olunur ki, Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin “X3nın keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli qərar ilə ##.##.2017-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar X3 keçirilmiş, yoxlamanın nəticəsi 2025-ci il # ##### tarixli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2025-ci il ## ### tarixli qərar çıxarılmışdır. X3nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün 2024-ci il ## ###### tarixli tələbnamə ödəyiciyə təqdim olunmuş, orada qeyd olunan sənədlər tələb edilmişdir. 2025-ci il ## ###### tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar iddiaçıya təqdim edilmişdir. Iddiaçı tərəfindən 2025-ci il ## ###### tarixli məktubla 1 ədəd fləşkartda olan elektron məlumatlar təqdim olunmuş və bu barədə sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə 2025-ci il ## #### tarixli protokol tərtib edilmişdir. 2025-ci il ## #### tarixli iki nüsxədən ibarət sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. Yoxlama ilə gəlir vergisi üzrə hesablama aparılmaqla müəyyən edilmişdir ki, vergi orqanında olan uçot məlumatlarına əsasən, vergi ödəyicisinin 2021-ci il gəlir vergisi bəyannaməsində kassa metodu seçilməklə malların təqdim edilməsindən gəliri 27.485.125,71 manat, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərcləri 27.391.661,94 manat göstərilməklə vergiyə cəlb olunan gəlir 93.463,77 manat olmaqla gəlir vergisi 18.692,75 manat olmuşdur. Təqdim edilmiş gəlir vergisi bəyannaməsinə * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən kameral münasibət bildirilərək 2021-ci il üzrə malların təqdim edilməsindən gəliri 28.717.533,85 manat, xərcləri - 17.369.441,16 manat, o cümlədən malın dəyərini 14.510.616,00 manat göstərməklə vergiyə cəlb olunan mənfəət 11.348.092,69 (28.717.533,85 - 17.369.441,16) manat, 2.269.618,54 (11.348.092,69*20%) manat gəlir vergisi müəyyən edilmişdir. 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsinə (hesablama metodu) əsasən, malların təqdim edilməsindən gəliri 33.141.732,47 manat, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərcləri 32.998.285,14 manat göstərilməklə vergiyə cəlb olunan gəlir 143.447,33 manat, gəlir vergisi 28.689,47 manat təqdim edilmişdir. Gəlir vergisi bəyannaməsinə * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən kameral münasibət bildirilərək 2022-ci il üzrə malların təqdim edilməsindən gəliri 33.926.194,11 manat, xərcləri - 18.324.412,70 manat, o cümlədən malın dəyərini 18.145.972,85 manat göstərməklə vergiyə cəlb olunan mənfəəti 15.601.781,41 manat (33.926.194,11 -18.324.412,70), gəlir vergisi 3.120.356,28 (15.601.781,41*20%) manat müəyyən edilmişdir. Iddiaçı tərəfindən 2023-cü il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən 2023-cü ilə analoji qaydada kameral münasibət bildirilərək 2023-ci il üzrə malların təqdim edilməsindən gəliri 32.504.786,10 manat, xərcləri - 27.087.321,75 manat, o cümlədən malın dəyərini 27.080.980,37 manat göstərməklə vergiyə cəlb olunan mənfəəti 5.417.464,35 manat (32.504.786,10 -27.087.321,75), gəlir vergisi 1.083.492,87 manat (5.417.464,35*20%) müəyyən edilmişdir. Beləliklə, vergi ödəyicisinə 6.473.467,69 manat (2.269.618,54 + 3.120.356,28 + 1.083.492,87) məbləğində kameral olaraq gəlir vergisi hesablanmışdır. X3 ilə Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən, fərdi sahibkar tərəfindən təqdim edilmiş kənd təsərrüfatı məhsullarının satış dəyəri (ƏDV nəzərə alınmadan) 2021-ci il üzrə 17.525.504,06 manat (təqdim edilmiş e-Qaimə-fakturalar üzrə 1.179.590,88 manat + onlayn kassa əməliyyatları üzrə 11.250,00 manat + ixrac olunmuş mallar üzrə 16.334.663,18 manat) olmuşdur. Qeyd edilən dövr üzrə gəlir vergisi bəyannaməsi kassa metodu seçilməklə təqdim edilmiş, həmin dövr üzrə gəlir 1.713.936,00 manat (daxil olma təqdim edilmiş e-Qaimə fakturalar üzrə 1.171.030,29 manat + onlayn kassa əməliyyatları üzrə 11.250,00 manat + ixrac olunmuş mallar üzrə 531.655,71 manat) təşkil etməklə ##.##.2021-ci ilə təqdim edilmiş mallar üzrə debitor borcu 15.811.568,06 manat müəyyən edilmişdir. 2022-ci il üzrə təqdim edilmiş kənd təsərrüfatı məhsullarının dəyərinin (ƏDV nəzərə alınmadan) 44.951.675,75 manat (təqdim edilmiş e-Qaimə-fakturalar üzrə 102.322.26 manat + onlayn kassa əməliyyatları üzrə 3.310.346,48 manat + ixrac olunmuş mallar üzrə 25.727.438.95 manat + uçot metodunun dəyişməsi üzrə 15.811.568,06) və 2023-cü il üzrə 111.272,38 manat (təqdim edilmiş e-Qaiməfakturalar üzrə 59.276,38 manat + ixrac olunmuş mallar üzrə 51.996,00 manat) olduğu müəyyən olunmuşdur. Həmçinin, X3 ilə Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən, fərdi sahibkar tərəfindən (2021-ci ildə təqdim etmə 17.525.504,06 manat təşkil etmişdir) əldə edilmiş kənd təsərrüfatı məhsullarının alış dəyərinin 2021-ci il üzrə 21.809.580,65 manat (idxal üzrə 15.401.057,76 manat + əldə edilmiş e-Qaimə-fakturalar üzrə 1.832.435,32 manat + alış aktları 4.576.087,57 manat), 2022-ci il üzrə (təqdim edilmə 44.951.675,75 manat) 20.192.847,0 manat (idxal üzrə 8.436.889,22 manat + əldə edilmiş e-Qaimə-fakturalar üzrə 226.053,02 manat + alış aktları 11.529.904,86 manat), və 2023-cü il üzrə (2023-cü ildə təqdim etmə 111.272,38 manat təşkil etmişdir) 27.070.012,88 manat (əldə edilmiş e-Qaimə-fakturalar üzrə 3.513,85 manat + alış aktları 27.066.499,03 manat) olduğu müəyyən olunmuşdur. Hazırki iş üzrə cavabdeh tərəf etirazının dəlili kimi həmçinin istinad edir ki, baza məlumatlarına əsasən, 2022-2023-cü illərdə alış aktlarına əsasən, alınmış 38.596.403,89 manat dəyərində kənd təsərrüfatı məhsullarının 37.494.428,62 manat dəyərində olan hissəsi X2 alınmışdır. Baş Prokurorluğun Istintaq Idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə çıxarılmış 2024-cü il ## ###### tarixli qərardan görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətinə X2 (VÖEN: **********) rəhbərlik etmişdir. X2 tərəfindən 2023-cü ildə rəsmiləşdirilmiş əmtəəsiz alış aktları 2022-ci il üzrə vergi orqanı tərəfindən iddiaçıya kameral qaydada hesablanmış gəlir vergisini azaltmaq məqsədi güdmüşdür. Vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2021-ci il ərzində 25 müxtəlif fiziki şəxslərdən elektron alış aktı əsasında ümumi dəyəri 2.671.985,55 manat olan kənd təsərrüfatı məhsullarının alındığı məlum olmuşdur. Lakin qeyd olunan fiziki şəxslər tərəfindən təqdim edilmiş izahat məktublarında iddiaçını tanımadıqlarını, hər hansı bir mal təqdim etmədiklərini, eyni zamanda heç bir qarşılıqlı əlaqələrinin olmadıqlarını və bir qisminin də izahatlarında az məbləğdə mal təqdim etdiklərini bildirmişlər. Qeyd edilənlərlə əlaqədar iddiaçıya (VÖEN: **********) yuxarıda qeyd olunan tarixli və nömrəli malların alış aktı ilə alınması ilə bağlı ilkin uçot sənədlərinin 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilməsi ilə bağlı məktublar göndərilmişdir. Lakin iddiaçı qeyd edilən müddət ərzində tələb edilən sənədləri vergi orqanına təqdim etməmişdir. Nəticə etibarilə, məhkəmə iş materialında mövcud olan yuxarıda haqqında bəhs edilən sənədlərin mövcud olmasını əsas götürərək, həmçinin vergi qanunvericiliyinin müddəalarını tətbiq edərək hеsаb еdir ki, iddiaçı tərəfin tələbi qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün, əsassızdır və təmin еdilməməlidir. Iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın, məhkəmənin mövqeyi hissəsində qeyd etmişdir ki, “Məhkəmə tərəflərin mövqelərini, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır” qeyd etsə də, həmin bənddən sonrakı bəndlərdə, iddianın təmin edilməməsinə səbəb olan halların heç birini əsaslandırmamış, əksinə bütün bəndlərində iddia ərizəsində qeyd olunanları və iddia ərizəsinə etirazda qeyd olunanları olduğu kimi qərarına köçürmüşdür. Eyni zamanda mübahisələndirilən məhkəmə qərarının 39-cu bəndində “Məhkəmə iddiaçı tərəfin qərarın ləğvinə dair yuxarıda sadalanmış dəlillərini əsassız hesab edir.” qeyd etsə də, iddiaçının dəlillərinin hansı səbəbdən əsassız olduğunu, qərarın 39cu bəndindən sonrakı bəndlərində də qeyd etməmişdir. Əksinə mübahisələndirilən Qərarın 50ci bəndində, iddia ərizəsi və iddia ərizəsinə etiraz ərizəsində yazılanları qərara köçürərək, “Nəticə etibarilə, məhkəmə iş materialında mövcud olan yuxarıda haqqında bəhs edilən sənədlərin mövcud olmasını əsas götürərək, həmçinin vergi qanunvericiliyinin müddəalarını tətbiq edərək hеsаb еdir ki, iddiaçı tərəfin tələbi qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün, əsassızdır və təmin еdilməməlidir.” qeyd etmişdir. Bununla da məhkəmə qərarının məhkəmənin mövqeyi adlı əsaslandırma hissəsindən aşkar görünür ki, məhkəmə qərarı birinci instansiya məhkəməsinin hakimi tərəfindən əsaslandırılmamışdır. Bu xüsusatlar da, birinci instansiya məhkəməsinin hakiminin hazırki iş üzrə ədalət mühakiməsinin aparılması qaydasını bilməməsini, maddi və prosessual hüquq normalarının nədən ibarət olmasını bilməməsini və ya qərəzli olaraq qanunsuz və əsassız məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki Azərbaycan Respublikası Inzibati-Prosesusal Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla da bir daha təsdiq edilir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən Qərarı qəbul edərkən, IPM-nin 68.2-ci maddəsinin tələblərini, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən məhkəmə qərarı əsaslandırılmadığından, işin hallarının araşdırılması prinsipinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmalı, birinci instansiya məhkəməsində mübahisələndirilən inzibati aktın qəbul edilməsinin “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olub olmaması, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Bildidirlər ki, iddiaçı İddiaçı aidiyyəti üzə * saylı Ərazi Vergilər Baş Idarəsi olan vergi orqannda vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. Iddiaçı 2021-2023-cü illərdə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı fəaliyyət növü üzrə məşğul olub və heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. ##.##.2023-cü ildə iddiaçı fəaliyyətini ##.##.2043-cü il tarixədək dayandırmışdır. ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək iddiaçı İddiaçı barəsində mübahisələndirilən X3 aparılmışdır. Bu X3 dekabr 2017 - oktyabr 2023-cü ilə olan dövrü əhatə etmişdir. Yoxlama aparılan müddətdə iddiaçı tərəfindən yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, gəlir və xərclər barədə, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr və razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Hesab edirik ki, iddia barəsində tərtib edilmiş **************** nömrəli X3 aktı düzgün tərtib edilməmişdir. Belə ki, aktda qeyd edilən iddialar və tələblər qanunvericiliyin tələbləri ilə uyğunsuzluqlar təşkil edir. 1) Aktın 1.8-ci bəndində X3 İddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş, elektron məlumatlar, əsasında aparılmışdır. 2) Aktın 1.9.1-ci bəndində “digər sənədlər təqdim edilmədi” qeyd olunsa da, həmin sənədlərin nədən ibarət olması cavabdeh inzibati orqan tərəfindən aktda qeyd edilməmişdir. Cavabdeh inzibati orqana göndərilən fləşkartda, göndərilənlərin siyahısında bununla bağlı məlumatlar öz əksini tapmışdır. Bu xüsusatı “sənədlərin qismən təqdim olunması barədə” ##.##.2025-ci il tarixli Akt-da və ona əlavə edilmiş Siyahıda qeyd olunmuşdur. Eyni zamanda həmin bənddə qeyd olunmuşdur ki, “sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. Belə ki, belə bir akt tərtib edilə bilməzdi, belə bir akt əsassızdır. Çünki “sənədlərin qismən təqdim olunması barədə ##.##.2025-ci il tarixli Akt”la təsdiq olunur ki, sənədlər yoxlamaya təqdim edilib, eyni zamanda “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **************** saylı ##.##.2023-cü il tarixli Protokolda sənədlərin təqdim edilməsində iddiaçı İddiaçı iştirak etdiyini, onun tərəfindən 1 ədəd fləşkartda elektron məlumatların təqdim edildiyi, götürülən sənədlərin surətləri çıxarıldıqdan sonra iddiaçı İddiaçı qaytarıldığının qeyd olunması bir daha sübut edir ki, yuxarıda qeyd olunan imtina aktı saxta olmaqla qanunsuz tərtib edilmişdir. Həm Akt, həm də Protokolla bir daha təsdiq olunur tələb olunan sənədlər yoxlamaya təqdim edilmişdir. Eyni zamanda hansı sənədlərin təqdim edilmədiyi Aktda qeyd olunmamışdır. Beləliklə gəlirlər üzrə satış əməliyyatları üzrə xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir qeyd olunsa da, yuxarıda qeyd olunan aktla, protokolla, X3 Aktının 1.8-ci bəndində qeyd olunan məlumatlarla sübut olunur ki, bütün sənədlər yoxlamaya təqdim edilmişdir. 3) Aktın 2.1-ci bəndində Vergilər üzrə - Gəlir vergisi üzrə (aktın 18-ci səhifəsi) qeyd olunmuşdur ki, iddiaçı 2022-2023-ü illərdə elektron alış aktı ilə X2 təsərrüfatı məhsulları almışdır. Eyni zamanda aktda qeyd olunsa da ki, bir neçə şəxs ərizə ilə müraciət edərək, iddiaçını guya tanımadıqlarını, ona kənd təsərrüfatı məhsullarını satmadıqlarını qeyd etsə də, əvvəllər keçirilmiş, kameral vergi yoxlaması zamanı bu ərizələrin onlara vergi orqanı tərəfindən təzyiqlər nəticəsində yazdıqlarını və həmin ərizələri təqzib etdiklərini, bununla bağlı vergi orqanında bu barədə məlumat olduğu qeyd olunmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan Aktda guya V.Kərimov istintaqa ifadəsində bildirmişdir ki, 2023-cü ildə rəsmiləşdirdiyi əmtəəsiz alış aktları 2022-ci il üzrə vergi orqanı tərəfindən fərdi sahibkar İddiaçı kameral qaydada hesablanmış gəlir vergisini azaltmaq məqsədi güdmüşdür qeyd etsə də, əmtəəsiz əməliyyatı önə çıxarmaq istəsə də, gömrük orqanı təsdiq edir ki, kənd təsərrüfatı məhsulları, xarici ölkələrə ixrac edilmiş, bununla bağlı yük gömrük bəyannamələri mövcuddur. Eyni zamanda qeyd olunmuşdur ki, yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi xərcləri təsdiq edən sənədləri yoxlamaya tam təqdim etməmişdir. Bunun nəticəsində X3 ilə cavabdeh inzibati orqan tərəfindən yoxlama ilə əhatə olunan 2021-2023-cü illərin gəlir vergisinin düzgünlüyünün yoxlanılması məqsədilə vergi ödəyicisinin xərclərinin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmadığından Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli ** nömrəli Qərarına əsasən gəlirə görə şərti rentabellik norması əsasında müəyyən edilmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-***/**** saylı, ##.##.2024-cü il Qərarında olan hüquqi mövqedən çıxış edərək bildirirlər ki, gəlirin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 2021-ci ildə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Cavabdeh iddiaçının bəyan etdiyi xərclərin təxminən yarısını qəbul etdiyi və həmin hissəni əks etdirən göstəricilərdən əlaqəli məlumat kimi istifadə etmək imkanına malik olduğu halda, həmin göstəricilər əsasında sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən olunmasına səy göstərməmişdir. Halbuki, iş üzrə materiallardan görünür ki, iddiaçının rəsmi idxal etdiyi və alış aktları ilə aldığı mallar mövcuddur və qeyd olunan məlumatlar sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən olunması üçün yetərlidir. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3cü və 67.4-cü maddələrinin 2021-ci ildə qüvvədə olan redaksiyasından göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur. Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır. Vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən yoxlama aparılan zaman, mallarının dəyərinnin müəyyən edilməsi üçün ekspertiza və ya mütəxəssis rəyinin alınması ilə bağlı səlahiyyətləri olsa da, imkanlarından istifadə etməiş, X3 Aktının 1.9.4 və 1.9.5-ci bəndləri ilə də təsdiq edilir ki, ekspertiza aparılmamış, mütəxəssis rəyi alınmamışdır. Bu cür hüquqi mövqe şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin ##.##.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur. Əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Ümumiyyətlə cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2022-ci il və 2023-cü üzrə fəaliyyətinin yoxlanması zaman qanunvericiliyin tələbləri pozulmuşdur.Belə ki, həmin dövr üzrə cavabdeh 2022-ci ilə münasibətdə isə diskression səlahiyyəti olmamışdır birbaşa VM67.14 tətbiqi qanunsuz olmuşdur. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə bildirirlər ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergilərin hesablanması zamanı əlaqəli məlumatın təqdim edilməsinin başqa imkanlarını da təsbit etmişdir ki, hazırkı halda həmin imkanların tükənildiyi və 67.14-cü maddəyə əsasən şərti rentabellik normasının tətbiqinin zəruriliyi əsaslandırılmamışdır. Qeyd edilməlidir ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhz, Vergi Məcəlləsinə # ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi. Odur ki, hazırkı halda, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl edilməmiş, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Inzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Belə ki, IPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan maddələri anlamında yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 4) Akt-ın 2.6-cı bəndində əks olunan cədvəldə iyul 2023-may 2024-cü il dövrü ərzində əlavə dəyər vergisinin hesablandığı qeyd olunmuşdur. Bu absurddur. Bununla əlaqədar olaraq, iddia ərizəsində yuxarıda qeyd etdikləri kimi iddiaçının fəaliyyəti ##.##.2023-cü iltarixdən fəaliyyəti dayandırıldığından və bu məlumat Aktda qeyd olunduğundan, həmin tarixlərdə iddiaçının fəaliyyəti olmadığından iyul 20## ### 2024-cü aylarda ƏDV hesablanmadığından ona görə də hər aya müvafiq olaraq VM-nin 57.1ci maddəsinə əsasən 640 manat maliyyə sanksiyasının hesablanması qanunsuz olmuşdur. Hazırkı halda cavabdeh inzibati orqan iddiaçıya ##.##.2025-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Odur ki, hesab edir ki, həmin qərar ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, izahatında şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməyə; Maddə 42. Sənədlərin tələb edilməsi 42.1. X3nı keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. 42.2. X3nı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini X3nın keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. 42.3. X3 üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, X3nı həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. 42.4. Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməlidir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.1-1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması üfüqi monitorinq zamanı aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X3nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 70. Vergi ödəyiciləri ilə yazışma 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. “Inzibati icraat haqqında” Qanun: Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin əsas dəlillərindən biri birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmaması, məhkəmənin iddiaçının dəlillərinə konkret münasibət bildirməməsi və qərarın əsaslandırma hissəsində iddia ərizəsi ilə etirazın məzmununun təkrar edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan sənədlər tədqiq edilmiş, tərəflərin mövqeləri dinlənilmiş və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş faktiki hallar araşdırılmışdır. Belə ki, məhkəmə qərarının əsaslandırma hissəsində X3nın keçirilməsinin əsası, yoxlama zamanı sənədlərin təqdim olunması ilə bağlı vəziyyət, vergi orqanının müəyyən etdiyi gəlir və xərclər, eləcə də vergi ödəyicisinin alış əməliyyatları ilə bağlı müəyyən edilmiş hallar ardıcıl şəkildə əks etdirilmişdir. Bu baxımdan, qərarın yalnız tərəflərin mövqelərinin təkrarlanmasından ibarət olması barədə apellyasiya şikayətinin dəlili iş materiallarının məzmunu ilə uzlaşmır. Apellyasiya şikayətinin digər əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən yoxlama zamanı tələb olunan bütün sənədlərin, o cümlədən elektron məlumatların vergi orqanına təqdim edildiyi, buna görə də sənədlərin təqdim edilməsindən imtina barədə aktın tərtib edilməsinin əsassız olduğu bildirilir. Lakin iş materiallarından görünür ki, 2024-cü il ## ###### tarixli tələbnamə ilə X3nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, 2025-ci il ## ###### tarixli qərarla həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi nəzərdə tutulmuş, iddiaçı tərəfindən isə ## ###### 2025-ci il tarixli məktubla bir ədəd fləşkartda elektron məlumatlar təqdim edilmişdir. Bununla yanaşı, ## #### 2025-ci il tarixdə sənədlərin təqdim edilməsindən imtina barədə akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsi məhz həmin sənədlərin məcmu qiymətləndirilməsi əsasında nəticəyə gəlmişdir. Iddiaçının müəyyən elektron məlumatların təqdim edilməsini yoxlama üçün tələb olunan bütün ilkin uçot və maliyyə sənədlərinin təqdim edilməsi ilə eyniləşdirməsi isə iş materialları ilə təsdiqlənmir. Belə ki, yoxlama zamanı vergi orqanı tərəfindən tələb olunan sənədlərin tam təqdim edilməməsi nəticəsində vergi orqanı tərəfindən hesablamanın aparılması zərurəti yaranmışdır. Vergi ödəyicisi kimi uçotda olan və VÖEN-ə malik şəxsdən malların alınması “alış aktı” ilə deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olduğundan, belə şəxsdən malların alışının alış aktı ilə rəsmiləşdirilməsi həmin aktın vergi uçotu baxımından hüquqi qüvvəyə malik ilkin uçot sənədi kimi qəbul edilməsini istisna edir. Buna görə də, VÖEN-i olan şəxsdən alış aktı əsasında əldə edildiyi göstərilən malların dəyərinin vergi məqsədləri baxımından xərc kimi tanınması üçün elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi tələb olunur. Apellyasiya şikayətində həmçinin vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmək imkanlarını tam tükətmədən şərti rentabellik normasını tətbiq etdiyi iddia edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarın qanuniliyinin qiymətləndirilməsi zamanı vergi orqanının yalnız istinad etdiyi normanın mövcudluğu deyil, həmin normanın tətbiq edilməsinə əsas verən faktiki halların iş materialları ilə təsdiqlənibtəsdiqlənməməsi də nəzərə alınmalıdır. Iş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, X2 meyvə və tərəvəzin pərakəndə satışı ilə bağlı ##.##.2006-cı il tarixdə ********** nömrəli VÖEN verilmiş, sonradan həmin VÖEN-in fəaliyyəti dayandırılmışdır. Hazırkı iş üzrə X3 nəticəsində vergi ödəyicisinin 2021-2023-cü illər üzrə gəlir və xərclərinə dair məlumatlar araşdırılmış, Dövlət Vergi Xidmətinin baza məlumatlarından, təqdim edilmiş elektron məlumatlardan, e-qaimələrdən, alış aktlarından və digər uçot məlumatlarından istifadə edilmişdir. Yoxlama materiallarında iddiaçının müxtəlif şəxslərdən elektron alış aktları əsasında kənd təsərrüfatı məhsulları əldə etməsi, həmin şəxslərin bir qisminin isə izahatlarında iddiaçını tanımadıqlarını və ona mal təqdim etmədiklərini bildirmələri də əks olunmuşdur. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, vergi orqanı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş məlumatlar, 2022-ci il üzrə bəyannamə və kameral hesablamalar, habelə 2023-cü il üzrə təqdim edilməmiş bəyannamə ilə bağlı məlumatlar araşdırılmış, sonrakı X3 zamanı isə vergi ödəyicisinin faktiki əməliyyatları Dövlət Vergi Xidmətinin baza məlumatları ilə müqayisə edilmişdir. Beləliklə, vergi hesablamasının yalnız bir sənədə və ya tək bir fakta əsaslandığını söyləməyə əsas verən hal müəyyən edilmir. Apellyasiya şikayətində istinad edilən Ali Məhkəmənin ## ### 2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqenin hazırkı işə avtomatik tətbiq edilməsi də mümkün hesab edilmir. Çünki, hüquqi mövqenin konkret mübahisəyə tətbiqi işin faktiki hallarının həmin iş üzrə müəyyən edilmiş hallarla uyğunluğundan asılıdır. Hazırkı işdə isə vergi orqanının sərəncamında olan məlumatların məzmunu, təqdim edilməyən sənədlərin xarakteri və yoxlama nəticəsində müəyyən edilmiş əməliyyatlar ayrıca qiymətləndirilməlidir. Apellyasiya şikayətinin iddiaçının fəaliyyətinin ## ### 2023-cü il tarixdən dayandırılması səbəbindən sonrakı dövr üzrə ƏDV və maliyyə sanksiyalarının hesablanmasının qanunsuz olması barədə dəlilinə gəldikdə isə, iddiaçının bu dəlili də mübahisələndirilən qərarın tam ləğv edilməsini şərtləndirən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında iddiaçının sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarının ## ### 2023-cü il tarixdən ## ### 2043-cü il tarixədək dayandırılması barədə məlumat mövcuddur. Bununla yanaşı, mübahisələndirilən vergi qərarının əsasını təşkil edən yoxlama 2017-ci il # ###### tarixdən 2024-cü il ## ####### tarixədək olan dövrü əhatə etmişdir. Hazırki iş üzrə cavabdeh tərəf etirazının dəlili kimi həmçinin istinad edir ki, baza məlumatlarına əsasən, 2022-2023-cü illərdə alış aktlarına əsasən, alınmış 38.596.403,89 manat dəyərində kənd təsərrüfatı məhsullarının 37.494.428,62 manat dəyərində olan hissəsi X2 alınmışdır. Baş Prokurorluğun Istintaq Idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə çıxarılmış 2024-cü il ## ###### tarixli qərardan görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətinə X2 (VÖEN: **********) rəhbərlik etmişdir. X2 tərəfindən 2023-cü ildə rəsmiləşdirilmiş əmtəəsiz alış aktları 2022-ci il üzrə vergi orqanı tərəfindən iddiaçıya kameral qaydada hesablanmış gəlir vergisini azaltmaq məqsədi güdmüşdür. Vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2021-ci il ərzində 25 müxtəlif fiziki şəxslərdən elektron alış aktı əsasında ümumi dəyəri 2.671.985,55 manat olan kənd təsərrüfatı məhsullarının alındığı məlum olmuşdur. Lakin qeyd olunan fiziki şəxslər tərəfindən təqdim edilmiş izahat məktublarında iddiaçını tanımadıqlarını, hər hansı bir mal təqdim etmədiklərini, eyni zamanda heç bir qarşılıqlı əlaqələrinin olmadıqlarını və bir qisminin də izahatlarında az məbləğdə mal təqdim etdiklərini bildirmişlər. Qeyd edilənlərlə əlaqədar iddiaçıya (VÖEN: **********) yuxarıda qeyd olunan tarixli və nömrəli malların alış aktı ilə alınması ilə bağlı ilkin uçot sənədlərinin 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilməsi ilə bağlı məktublar göndərilmişdir. Lakin iddiaçı qeyd edilən müddət ərzində tələb edilən sənədləri vergi orqanına təqdim etməmişdir. Bu səbəbdən iddiaçının fəaliyyətinin dayandırılması barədə məlumatın mövcudluğu özlüyündə yoxlama ilə əhatə olunan bütün dövr üzrə müəyyən edilmiş vergi öhdəliklərinin əsassız olduğunu təsdiq etmir. Həmin halın konkret vergi öhdəliyinə və maliyyə sanksiyasına təsiri ayrıca olaraq müvafiq hesablamalar və vergi qanunvericiliyinin tətbiq edilən müddəaları əsasında müəyyən edilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, yoxlama nəticəsində əlavə hesablanmış vergilər və icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə son tələbnamədə 0,00 manat göstərilmiş, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği isə 218,03 manat təşkil etmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən və mübahisələndirilən qərarın ləğvini zəruri edən mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, IPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar araşdırılmış və onların məcmusu əsasında iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlinmişdir. Qərarın 40-50-ci bəndlərində məhkəmənin gəldiyi nəticənin faktiki əsasları göstərilmiş, vergi yoxlamasının materialları və vergi ödəyicisinin əməliyyatları təhlil edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan sənədlərin məzmununa, X3nın nəticələrinə və məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallara uyğundur. Məhkəmə qərarında iddianın rədd edilməsinin əsasları göstərilmiş və nəticə etibarilə iddiaçının mübahisələndirdiyi vergi qərarının ləğvi üçün hüquqi əsasların mövcud olmadığı qənaətinə gəlinmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-1(118)-8321/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar