Məhkəmə qərarları › İş №e-8(5-113)-56/2026

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-8(5-113)-56/2026

03.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-8(5-113)-56/2026 03.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradlı Calal Habil oğlunun katibliyi ilə, Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-923 nömrəli, xx.xx.2026-cı il tarixli icra sənədi üzrə Borclu1 məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-923 nömrəli, xx.xx.2026-cı il tarixli icra sənədi üzrə Borclu1 məxsus olan “Khazar SD” minik markalı, 77GR112 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-923 nömrəli, xx.xx.2026-cı il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 36097 manat 31 qəpik pul tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyirinə ödənilməlidir. İcra sənədi xx.xx.2026-cı il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu1 məxsus olan “Khazar SD” minik markalı, 77GR112 dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu1 məxsus olan “Khazar SD” minik markalı, 77GR112 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-923 nömrəli, xx.xx.2026-cı il tarixli icra sənədindən görünür ki, borclular Borclu1 və Borclu2 36097 manat 31 qəpik pul tutularaq Tələbkar ASC-nin xeyirinə ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Elektron icra" informasiya sistemindən təqdim edilmiş SMS bildiriş məlumatlarından görünür ki, Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-923 nömrəli, xx.xx.2026-cı il tarixli icra sənədi üzrə icraata başlanılması və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2026-cı il tarixli Xəbərdarlıqdan görünür ki, Borclu1 inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. “Elektron-icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu1 mülkiyyətində “Khazar SD” minik markalı, 77GR112 dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. -44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. -50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu1 məxsus “Khazar SD” minik markalı, 77GR112 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 50.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə adından, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-923 nömrəli, xx.xx.2026-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu1 məxsus “Khazar SD” minik markalı, 77GR112 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası öz səlahiyyətləri daxilində Beyləqan Rayon İcra və probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tamerlan İslamov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar